Məlumatlar alırıq ki, keçmiş Dağlıq Qarabağın ərazisində elan edilmiş və özünü heç kimin tanımadığı qondarma "dövlət qurumunun" guya "prezidenti", "baş naziri", "naziri" kimi təqdim edən adamlar orda-burda hüquqi-siyasi əsasları olmayan cəfəng bəyanatlar verirlər.
Məsələn, "prezident Arutunyan" Fransa televiziyasına, "baş nazir" Vatdanyan alman televiziyasına, Babayan adlı "Xar. (xarici yox, məhz xar) işlər naziri" deyilən birisi harasa müsahibə verərək çərənləyiblər. Nə dedikləri Azərbaycan üçün təbii ki, heç bir məna kəsb etmir və hər fikrin üzərində Azərbaycan mediasının və dövlət orqanlarımızın ayrıca siyasət qurmasına da ehtiyac yoxdur. Biz onları tanımırıqsa, hansı fikirləri bizim üçün məna və əhəmiyyət kəsb edə bilər?!
Lakin burada bir neçə həssas məqam nəzərə alınmalıdır.
Əvvəla, bu yalançı "rəsmi xadimlər" öz davranışları ilə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd getməklə faktiki dövləti cinayət törədirlər, başqa sözlə, onlar cinayətkarlardır. Onlar bu cinayətləri sülhməramlıların razılığı ilə törətməkdə davam edirlər. Sülhməramlılar bu cinayətkarlara qarşı nə özləri lazımi tədbirləri görür, nə də bu işi Azərbaycanın müvafiq dövlət orqanlarının ixtiyarına buraxırlar. Bu da ona gətirir ki, Azərbaycanın bir məşhur atalar sözündə deyildiyi kimi, "Tazının (sülhməramlıların) yavalığından tülkü gəlib tayada (Xankəndidə) balalayır"...
2. Azərbaycanın bu gün tam əsasları və hüququ var ki, sülhməramlılardan Qarabağdakı yalançı "dövlət xadimlərinin" separatçı çərənləmələrinə qarşı sərt tədbirlər görmələrini tələb etsin. Əks təqdirdə "ərazilərimizdən çıxın" tələbi qoysun...
Ancaq buna doğru gedirik...
Aydın QULİYEV