çərşənbə günü, 11 noyabr 2026
     

Qarabağda Azərbaycanın istədiyi proseslərə start verildi...

Image


Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrupun Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsini aparmasından sonra həm Ermənistanda, həm də Qarabağda qalan ermənilər arasında ciddi narahatlıq müşahidə edilməkdədir.

Qeyd edək ki, müzakirələr Rusiya sülhməramlı kontingentinin yerləşdiyi, Xankəndidən təxminən 7 kilometr aralıda olan Xocalı qəsəbəsində komandanlıq heyəti ilə Azərbaycan nümayəndələri arasında baş tutub. Bu qəbildən olan müzakirələrin davam etdirilməsi və ardınca praktiki addımların atılması nəzərdə tutulur. Elə bu da ermənilərin təşvişini artırır.

Hesab edilir ki, baş verənlər əslində Qarabağın tam şəkildə Azərbaycanın nəzarətinə qaytarılmasına xidmət edir. Ermənistanın “Qraparak” nəşri yazır ki, Azərbaycan tərəfinin nümayəndələri təbii sərvətlərin qanunsuz istismarı, onun ekoloji nəticələri ilə bağlı vəziyyəti araşdırmaq və monitorinq aparmaq üçün göndərilən mütəxəssislərdir: “Azərbaycan dekabrın 3-də Laçın dəhlizini bağlamaqla da bu məsələni gündəmə gətirib. Azərbaycanın hədəfi “Vallex” şirkətlər qrupuna daxil olan Kaşen mədən və emal zavodudur. Hələ 2021-ci ildə İlham Əliyev bildirmişdi ki, Azərbaycan Qarabağ ərazisində mədənləri işlədən şirkətlərdən təzminat tələb edəcək və məhkəməyə müraciət edəcək. İndi Bakı konkret əməliyyatlara keçib və bu həm iqtisadi, həm də siyasi çağırışdır. Çəkilmiş fotolardan görünür ki, görüşdə “Qarabağ təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan iştirak edib. Lakin indiyə  qədər “Qarabağ təhlükəsizlik şurası” bu görüşlə bağlı heç bir açıqlama verməyib. Vitali Balasanyan və “komandası” artıq  Rusiya sülhməramlılarının rəhbərinin təkidi ilə ictimaiyyətin başının altına “yumşaq yastıq” qoymağa çalışır. Guya Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırılmayacaq və cihazların quraşdırılması məsələsi hələlik yalnız müzakirə mövzusudur. Lakin Qarabağdakı mənbələrimiz deyir ki, onlar artıq cihazların quraşdırılması ilə bağlı razılığa gəliblər və belə qurğular yaxın vaxtlarda sülhməramlıların keçid məntəqəsində quraşdırılacaq. Azərbaycanlılar Qarabağa daxil olan avtomobillərin sərnişinlərini və baqajlarının içindəkiləri onlayn müşahidə edə biləcəklər, yəni dəhlizə nəzarət ruslarla birgə həyata keçiriləcək. Məlumatlar var ki, Rusiya sülhməramlılarının rəhbəri Volkovun Balasanyanla uzun-uzadı söhbəti olub və anti-Rusiya səs-küyü yaratmamaq üçün hələlik bu razılaşmalar faktını gizlətməyə qərar veriblər”. O da qeyd edilir ki, Azərbaycan 2025-ci ildən əvvəl Qarabağla bağlı məsələni birdəfəlik həll etməyə hazırlaşır. Bunun təsdiqi kimi erməni siyasi analitik Samvel Ohanesyan bildirir ki, yaxın günlərdə Qarabağda ciddi proseslər baş verəcək: “Kremldən gələn tapşırığa əsasən bütün silahlı ermənilər – polis, hərbçi, mühafizəçi, fərq etməz, əlində silah olan hər kəs Qarabağın rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərindən tam olaraq çıxarılmalıdır.  Bizim əlimizdə bununla bağlı sübutlarımız var. İrəvan hakimiyyətinə yaxın mənbələrdən aldığımız məlumatlara əsasən, bir neçə gün öncə Kremldən zəng gəlib və vaxt verilib ki, bütün silahlı ermənilər Qarabağdan çıxarılmalı və yaxud tərk-silah olunmalıdır. Bu o deməkdir ki, Rusiya tam olaraq Bakının bütün istəklərini yerinə yetirir. Bizim bugünə qədər istismar etdiyimiz faydalı qazıntılar ilə də sağollaşmaq lazım olacaq. Sülhməramlıların komandanı Volkovun dedikləri kimi mini-gömrüyün yaradılacağı da buna əyani sübutdur”.

Baş verənlər artıq Qarabağda separatçı rejim daxilində ciddi çaxnaşmalara yol açıb. Məlumata görə, Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katib”i Samvel Babayan terrorçuların rəhbəri  Araik Arutyunyana qarşı savaş başladıb. Belə ki, o, Qarabağda təcili “seçki” keçirilməsini tələb edib. Babayan, həmçinin, Xankəndidə insanlara yalan məlumat verildiyini, əslində, bütün bölgənin Bakının nəzarətinə keçməyə hazırlandığını bildirib. Diqqət çəkən məsələ isə Babayanın belə açıqlama ilə Araik Arutyunyan və Ruben Vardanyanın Qarabağda olmaması fonunda çıxış etməsi olub. Qeyd edək ki, Babayan, xüsusilə Paşinyana yaxınlığı ilə seçilir.

Baş verənlərlə bağlı erməni politoloq Edvard Antinyan isə bildirir ki, Qarabağ sakinləri səssiz razılıqla Azərbaycana təhvil verilir, amma burada Ermənistan günahkar deyil: “Qarabağ məsələsi indi kənarda qalmalı, öz məsələmizi həll etməliyik, sonra Qarabağa keçməliyik. Ruben Vardanyan Qarabağın Jirinovskisidir. O, Ermənistanı Qarabağdan ayırmaq üçün hər şeyi edir”. Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryanın sözlərinə görə, Azərbaycan Rusiya ilə ortaq məxrəcə gəlir: “Mən Rusiyanın indi klassik vasitəçi olduğunu düşünmürəm. Rusiyanın maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür və onlar bütün addımları əlaqələndirirlər. Son zamanlar Azərbaycanın atdığı bütün addımlar, o cümlədən Laçın dəhlizinin bağlanması cəhdləri, ekoloji tələblər Rusiya ilə razılaşdırılıb. Əgər bunlar razılaşdırılmasaydı, Rusiya sülhməramlıları müvafiq bəyanatlar verərdilər”.
O bildirib ki, Rusiyanın bu gün mövqeyi vasitəçilik mövqeyi deyil: “Vəziyyət elədir ki, bir tərəfdə Ermənistan, digər tərəfdə Azərbaycan və Rusiyadır”. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ