Cümə axşamı günü, 12 noyabr 2026
     

Əliyev İtaliyada, Azərbaycan yeni dünya düzənində, Gürcüstanla Türkmənistan arasında "atla gediş"... - Aydın QULİYEV yazır...

Image


Ötən əsrin məşhur geopolitiklərindən biri Hausxofer yazırdı: "Dünyada böyük geosiyasi dəyişikliklər böyük ideyalardan başlayır". Mübahisəli fikir deyil, lakin əlavə etmək lazımdır ki, nəhəng ölkələrlə bərabər bəzi hallarda kiçik ölkələrin liderləri də qlobal geosiyasi dəyişmələri şərtləndirən ideyaların müəllifləri ola bilirlər...

...Bu günlərdə İtaliyada müəyyən beynəlxalq tədbirlərdə çıxış edən və müsahibələr verən  Prezident İlham Əliyevin bir neçə fikri diqqətimizi çəkdi. Əliyevin fikirləri təxminən belə idi - Biz özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmırıq, dünya daha heç vaxt fevrala qədərki kimi olmayacaq, dəyişən dünya reallıqlarında hər kəs xarici neqativ təsirlərdən qorunmaq haqda düşünməlidir, yeni qlobal düzənin necə olacağı bəlli deyil, Ukraynada müharibənin necə və nə zaman bitəcəyini bilmirik, qonşularımızın hər biri ilə ayrıca ikitərəfli əməkdaşlıq gündəliyimiz var...

Azərbaycan Prezidentinin mahiyyətcə bir-biri ilə uzlaşan bu fikirlərini bir cümləlik çərçivəyə sığışdırmaq istəsək təxminən belə nəticəyə gələ bilərik: "Ukrayna müharibəsinin labüd nəticəsi olaraq meydana çıxacaq yeni dünya düzənində daxili  birliyə və sabitliyə malik ölkələr üçün xarici neqativ təsirlərin qarşısını almaq əsas vəzifə olacaq"...

Şübhə yoxdur ki, Əliyevin "dünya daha heç vaxt fevrala qədərki kimi olmayacaq" fikri ilə razılaşmayanlar olacaq. Söhbət dəyişikliklərin içində müəyyən statusla yer almış  siyasətçilərdən, ölkələrin və beynəlxalq qurumların liderlərindən gedir. Razılaşmayanlar fevraldan, yəni Ukrayna müharibəsindən sonra tam fərqli və yeni dünya düzənini görmək istəməyənlərdir, köhnə düzən onlara ya sərf edir, ya da yeni düzəndə öz çevrələrindəki köhnə mikro-siyasi hakimiyyət mühitini saxlaya biləcəklərinə tam əmin deyillər və buna görə də, risq etmək istəmirlər. Lakin köhnə düzənin gedişi və yeninin gəlişi kiminsə onu istəyib-istəməməsi ilə müəyyən olunmur. Ağıllı adamlar bunu yaxşı bilir...

Başlayaq dünyanın gözlədiyi və yetişməkdə olan yeni geosiyasi düzəndən. Öncə müasir geosiyasi düzənin mahiyyətini və ya məzmununu dəyərləndirmək lazımdır. Geosiyasi eraların təxminən 17-ci əsrdən başladığını nəzərə alsaq, 1648-ci il Vastfaliya, 1815-ci il Vyana, 1918-ci il Versal, 1945-ci il Potsdam və 1991-ci il Belovejsk sazişi və ya konfranslarından başlanmış dövrləri qeyd etmək olar. Geosiyasi dövrlərin ardıcıllıq məntiqinə söykənərək söyləmək olar ki, 1991-ci ildən 2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlanmasına qədərki geosiyasi dövr təkqütblü və çoxqütblü dünya tərəfdarlarının hələ bitməmiş mübarizə dövrüdür. Bəllidir ki, ABŞ və Avropa təkqütblü, Rusiya və Çin çoxqütblü dünya konsepsiyasının tərəfdarlarıdır. SSRİ dağılandan sonra Putinin dövründə Rusiyanın imperialist siyasi-hərbi, Çinin iqtisadi-hərbi dirçəlişi ABŞ və Avropaya təkqütblü dünya düzənini axıradək formalaşdırmağa imkan vermədi. Bu gün Ukraynada gedən müharibə də elə bu bitməmiş mübarizənin ən parlaq təzahür formasıdır. Demək, fevrala qədərki geosiyasi mənzərənin mahiyyəti tək ya çoxqütblü dünya uğrunda gedən hələ bitməmiş müharibədən ibarətdir. Təbii ki, bu müharibənin sonu olacaq və yeni dünya düzəni gələcək. Cənab Əliyevin hansı dünya düzənini daha real saymasına dair heç şübhəsiz ki, özünün konkret mülahizə və təsəvvürləri var. Onun bu təsəvvürlərə uyğun olaraq taleyi üçün məsuliyyət daşıdığı ölkənin - Azərbaycanın gələcək dünyadakı mövqeyi barədə düşündüyü də şübhəsizdir. Aydındır ki, yeni düzən uğrunda mübarizə və ya müharibə əbədi davam etməyəcək, 1991-ci ilə qədərki ikiqütblü dünya da geri  qayıtmayacaq, ya ABŞ, ya Rusiya məhv olacaq kimi qeyri-real ehtimallara da yer yoxdur, üstəlik Çin də getdikcə mövqeyini gücləndirir və Çinin yeganə dünya qütbünə çevrilməməsi naminə ABŞ və Rusiya bir-birini sonadək məhv etmək istəməyəcəklər də... Beləliklə, qarşıdakı onilliklərdə ABŞ, Rusiya, Çin və Avropadan, onların hansısa birinin   yandaşları olan Afrika, Latın Amerikası və Cənub Şərqi Asiyadan ibarət iqtisadi-siyasi-hərbi çoxqütblü dünya düzəni daha real görünür. Ərəb dünyası müstəqil güc qütbü olmaq keyfiyyətlərinə malik deyil. Zatən vəziyyət hazırda bu məzmundadır. Lakin legitimləşməyib, hər tərəf öz mövqeyində və mülahizələrindədir. Legitimləşmə uzun və hamı üçün məhvedici müharibə yolu ilə baş verməsin deyə yeni qlobal konfransa ehtiyac yarana bilər. Keçmişlərdəki Vyana, Versal, Potsdam və sair kimi.

Prezident Əliyev də bunu istisna etmədi, yeni dünya təşkilatının yaranacağını, ya BMT-nin islah ediləcəyini mümkün variantlar kimi saxladı. Gözlənilən dünya qütblərinin hər birinin öz daxili iqtisadi-siyasi sisteminin olacağını, ya oxşar modellərin olacağını hələlik kimsə dəqiq iddia edə bilmir. Ancaq Əliyev tam haqlıdır ki, Azərbaycan kimi ölkələrin çoxqütblü dünya şəraitində xaricdən gələn neqativ təsirləri neytrallaşdırmaqdan ibarət çətin bir problemi olacaq və bu, uzun müddət davam da edə bilər. Ölkədaxili birlik Prezidentin dediyi kimi, həmin təsirləri neytrallaşdırmaq üsullarından biri ola bilər. Başqa üsullar da mümkündür. Regionumuzdakı nəhəng dövlətlərin siyasətinə birə-bir  uyğunlaşmamaq və digər ölkələrin hər biri ilə ayrıca ikitərəfli əməkdaşlıq gündəliyi içində olmaq Azərbaycanı yeni dünya düzəninə sağ-salamat, əzilmədən və zəifləmədən çıxara biləcək tutarlı siyasi kursdur. Həqiqətən də ötən dövrlərdə Azərbaycan Rusiya və İran, müəyyən mənada Çin kimi nəhəng region dövlətlərinin siyasətlərinə uyğulaşmağa çalışsaydı, nə baş verərdi? İsrail və Amerika, Avropa ilə pis mənada indikindən xeyli fərqli münasibətlərdə olardıq. Azərbaycan təbii ki, Ukrayna müharibəsinin tərəflərindən biri kimi od-alovun ortasına düşə bilərdi. Ancaq Kremldəki bəzi ermənipərəst lobbiçilər və Tehrandakı bəzi ifrat panfarsistlər xaricində Azərbaycan Rusiya və İran hakimiyyətləri ilə heç vaxt antaqonizm yaşamadı. Eləcə də regionumuzun digər ölkələri ilə ayrıca gündəmə əsaslanan ikitərəfli əməkdaşlıq taktikası da şərait üçün ideal nəticələr verir. Bu taktikanın yox, başqa siyasətin aparıldığı şərait üçün də mümkün nəticələri göz önünə gətirməyə çalışın. Təkcə bunu deyək ki, illər boyu Azərbaycan Türkmənistanla bir qədər soyuq münasibətlərini müvəqqəti konservasiya etməklə Gürcüstanla daha fəal dialoq qurdu və öz qarşısında Qərbə yönəlik geniş tranzit imkanlar açdı. Elə imkanlar ki, "atla  gediş" kimi çoxşaxəli xarakter daşımaqla bu gün hətta Türkmənistanın da potensiallarını Qərbə daşımaq gücünə malikdir. Halbuki öz zamanında yəqin çoxları başa düşmürdülər ki, Gürcüstanla aparılan siyasət illərdən sonra Türkmənistanla münasibətlərdəki soyuqluqların da aradan qalxmasına ciddi təsir edəcək. 2021-ci ilə qədər soyuqluq məkanı olmuş Kəpəz yatağı "Dostluq" qiyafəsində Azərbaycan-Türkmənistan münasibətlərini yeni mərhələyə çıxardı. Hazırda Türkmənistan özü də çox ümidlə baxdığı Transxəzər enerji kəmərini məhz Azərbaycan-Gürcüstan əməkdaşlığının açdığı imkan kimi dəyərləndirir. Doğurdan da Azərbaycan əgər Gürcüstanın tranzit imkanlarını "kəşf və hifz etməsəydi" Transxəzərin Türkmənistan və Avropa üçün nə önəmi qalardı ki... Heç bir önəmi qalmazdı...

Beləliklə, Azərbaycanın hazırkı xarici siyasəti yeni qlobal düzənə doğru iki hədəfi vurmağa yönəlib.

1. Yeni dünya düzəninin formalaşma prosesinin içində və fəal iştirakçısı olmaq...

2. Avropanın ümumi təhlükəsizliyinin azı 80 faizini təşkil edən enerji təminatında əsas tranzit və mənbə ölkə mövqeyində daha da möhkəmlənmək…

3. Beynəlxalq hüquq normaları ilə milli mənafelərin düzgün əlaqələndirilməsini ayaqda qalmağın ən dürüst yolu kimi təşviq etmək...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ