Cümə günü, 13 noyabr 2026
     

Qarabağda qalan ermənilər də Azərbaycanın Laçın mövqeyini qəbul etməli oldu...

Image


Laçın dəhlizinə alternativ yol çəkilişi Ermənistanda getdikcə daha böyük ajiotaja səbəb olmaqdadır. Yolun yekunlaşmaq üzrə olması Ermənistanda revanşist qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı daha aktiv fəaliyyətə keçməsi və müxtəlif ittiham səsləndirməsi lə müşayiət edilir.

Baş verənlərlə bağlı Ermənistanın “Qraparak” nəşri yazır ki, Azərbaycan Qarabağın dağlıq hissəsini Ermənistana bağlayan, 5 kilometr eni olan Laçın dəhlizinin əvəzinə yeni yolun tikintisini sürətlə davam etdirir: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı bəyanata görə, bu yol ermənilərin sadəlövhcəsinə düşündüyü kimi dəhliz olmayacaq, bəyanatın 6-cı bəndində deyildiyi kimi, yeni marşrut olacaq. Sitat gətirək: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”. Bu cümlədən sonra bəyanatda yazılıb: “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Bunu belə başa düşmək olar ki, Bakı bu yeni marşrutdan keçən hərəkətin təhlükəsizliyinə yox, Laçın dəhlizi mövcud olduğu müddətcə Laçın dəhlizindən keçən hərəkətin təhükəsizliyinə təminat verir. Bu mövcudluq isə qeyd olunan yeni marşrutun inşa edilməsindən sonra dayanacaq. Bundan sonra Laçın dəhlizi Bakıya veriləcək. Bəyanatın Laçın dəhlizini marşrutla əvəz etmək niyyətindən fərqli olaraq, Mehridən keçəcək yol faktiki olaraq dəhliz olacaq”. Xatırladaq ki, söhbət burada Zəngəzur dəhlizindən gedir. Razılaşmaya görə isə, Qarabağdan Ermənistana Laçından yan keçərək gedən yeni yolun tikintisi başa çatdıqdan sonra Laçın şəhəri, habelə Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Bu yaşayış məntəqələri Rusiya sülhməramlılarının nəzarətində olan 5 kilometrlik zolaqda yerləşir.

Baş verənlər Qarabağ separatçılarında da böyük təşviş yaradıb.  “Azatutyun” radiosu qeyd edir ki, separatçıların lideri Arayik Arutyunyan daha çox  Laçın rayonunun Zabux kəndindən narahat olduqlarını bildirib. Bu kənddə hazırda Ermənistandan, Suriya və Livandan köçürülmüş 200-dək erməni yaşayır. Arayik Arutyunyan məsələ ilə bağlı qeyd edib: “Zabux ilə əlaqədar Ermənistan baş naziri ilə müzakirə zamanı mən demişdim: Zabux məsələsini biz bugün müzakirə etmirik, biz danışıqlar aparırıq, gəlin bu məsələni danışıqların bu mərhələsində saxlayaq. Baxaq görək imkanlarımız daxilində hansı həll yolları var”. “Azatutyun” yazır ki, bu məsələ separatçıların “parlamentində” müzakirə olunub. “Deputatlardan” Metkase Akopyan Arutyunyandan soruşub ki, yeni yol tikilərsə bu erməni icmalarının köçürülməsinin təhlükəsizliyi müzakirə olunubmu? Arutyunyan deyib ki, Laçın şəhərindəki və Sus kəndindəki ermənilərə kompensasiya veriləcək: “Ermənilərin bu yaşayış məntəqəsindən köçürülməsinə gəlincə isə, bu məsələ bugün müzakirə olunmayıb. Əsasən söhbət Zabux yaşayış məntəqəsindən gedir. Bu məsələ müzakirə olunmur, biz hələ danışıqlar aparırıq. Söhbət Laçından getmir, biz Laçını tərk etməliyik, bənddə (üçtərəfli bəyanatın bəndi) belə də yazılıb. Zabux yaşayış məntəqəsinə gəlincə isə, biz bu istiqamətdə də danışıqları davam etdiririk”. “Azatutyun” yazır ki, “deputatlardan” birinin yeni yol haqqında sualı Arayik Arutyunyanı əsəbiləşdirib. Həmin şəxs deyib: “Laçından yan keçən yolun tikintisini Azərbaycan 10 noyabr bəyanatının əsirlərə dair bəndini yerinə yetirənədək dayandırmaq olmazdımı?”. Arutyunyan belə cavab verib: “Bu yoldan imtina etməyin nəticələri barədə düşünmüsünüzmü? Gəlin bu iclasdan sonra yığışaq və müəyyən edək. Yəni biz əleyhinəyik. Heç nə etmirik, Laçından getmirik. Buyurun müəyyən edin. Gəlin, nəticələr barədə birlikdə düşünək və Qarabağda yaşayan ermənilərin taleyi barədə düşünək”. Arayik Arutyunyan deyib ki, Laçın dəhlizinə alternativ kimi çəkilən yeni yol daha təhlükəsiz olacaq. Onun sözlərinə görə, yeni yol üçün marşrutun seçilməsində təhlükəsizliklə bağlı bəzi məqamlar nəzərə alınıb. Arutyunyan bu məqamların nədən ibarət olduğunu deməyib: “Biz, bizim nəzərimizcə ən yaxşı variantı seçmişik. Məhz bu yolu niyə seçməyimizlə bağlı bəzi sirlər var ki, mən təhlükəsizlik mülahizələri ilə burda açmaq istəmirəm”. Arutyunyan iddia edib ki, tikinti başa çatdıqdan sonra yolun keyfiyyətinin yoxlanması və qiymətləndirilməsində separatçılar da iştirak edəcək. Azərbaycan yolun özünə aid hissəsinin tikintisini artıq başa çatdırmaq üzrədir. Ermənistan tərəfi hələ ki, öz ərazisindən keçən sektorun çəkilişinə başlamayıb. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, yeni yol istifadəyə verildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədindən kənarda qalan hissə Azərbaycanın nəzarətinə keçəcək. Paşinyan qeyd etmişdi ki, Laçından köçürüləcək erməni məskunlara Ermənistan hökuməti tərəfindən kompensasiya ödənəcək. O, Sus kəndi haqqında məlumata malik olmadığını, Zabux kəndi ilə bağlı məsələnin isə Qarabağ separatçıları ilə həll olunacağını demişdi. Halbuki, Zabux kəndinin keçmiş DQMV ilə heç bir bağlılığı yoxdur. Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, erməni politoloq Edqar Elbakyan isə qeyd edir ki, Paşinyan Laçınla birlikdə Zəngəzurdan Laçın vasitəsilə Qarabağa gedən qaz kəmərini və telekommunikasiya kabellərini də rəqibə təhvil verməyə hazırlaşır. Onun sözlərinə görə, Azərbaycan bənzər infrastrukturların yenidən keçməsinə icazə verməmək üçün hər şey edəcək, üstəlik, icazə versə belə, Paşinyan rejimi çətin buna getsin: “Nəticədə Azərbaycan Qarabağın qalan hissəsini öz infrastruktur sisteminə birləşdirə biləcək. Ermənistanda yağışdan sonra göbələk kimi artan Qərbin neokolonial agent şəbəkələri isə 30 gümüş müqabilində bütün bunlara görə Rusiya sülhməramlılarını günahlandıracaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ