Yəmən nümayəndəsi Bakıdan dünyaya çağırış etdi - ölkəmizi dağıdırlar, “dini bomba”dan istifadə edirlər...

img

Din adı altında bizim ölkəmizi dağıdırlar, ölkəmizdə “dini bomba”dan istifadə edirlər, ölkəmizdə terorr hadisələri törədirlər.

Trend-in məlumatına görə, bunu Yəmən Nümayəndələr Palatasının sədr müavini Moşen Ali Basorah Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

O, Hərəkata üzv ölkələri və dünya dövlətlərini Yəmənə dəstək göstərməyə çağırıb.

“Yəmən xalqı terrora məruz qalır, dindən istifadə edərək ölkəmizi dağıdırlar. Dünyanı çağırırıq ki, Yəmənə köməklik göstərsinlər, ölkəmizdə baş verən bu hadisələrin dayandırılmasına dəstək göstərsinlər”, - deyə o bildirib.

Peşə etikası

Son xəbərlər