Bazar günü günü, 20 sentyabr 2026
     

Azərbaycan Laçında antiterror əməliyyatına başlaya bilər…

Image


Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçəcək. Prosesin yaxın zamanlarda reallaşması gözlənilir.

Elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi onlayn mətbuat kofransında  Laçın dəhlizinə alternativ yolun tikintisinin başa çatmasından sonra Laçın şəhəri və Zabux kəndinin Azərbaycanın tam nəzarətinə keçəcəyini bildirib. Yayılan məlumata əsasən isə, Paşinyan Laçın dəhlizi boyunca yerləşən daha bir kənddən bəhs edib. Belə ki, Laçın dəhlizinə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək. Qeyd edək ki, Sus kəndi 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşüb. Erməni media eksperti Nairi Hoxikyan da qeyd edir ki, Laçın və Zabux təhvil verilirsə, Sus da təhvil veriləcək, çünki Sus Laçın dəhlizinin kənarında yerləşir. Onun sözlərinə görə, 10 noyabr 2020-ci il bəyanatının 6-cı bəndinin 2-ci yarımbəndinə əsasən, Rusiya sülhməramlıları Laçın dəhlizində yerləşdirilməlidir və tərəflərin razılığı ilə Laçın dəhlizində yeni yolun inşa edilməsi planı 3 il ərzində işlənməlidir: “Bu, 2020-ci il bəyannaməsində qeyd olunan Laçın dəhlizinə dair hissədə bildirilir. Nikol Paşinyan bu mövzuda qaldırılan səs-küyə görə niyyətini etiraf etməli olub”. İndilikdə isə Paşinyanın açıqlamasını Ermənistandakı revanşist qüvvələr İrəvanın növbəti təslimçilik aktına imza atması kimi qələmə verməyə çalışır. Halbuki, bu məsələ 2020-ci ilin 10 noyabr bəyanatı ilə təsbit edilib. Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan keçmiş deputatı Tatevik Hayrapetyan məsələ ilə bağlı bildirir: “Nikol Paşinyan Laçınla bağlı məsələyə toxundu, üstəlik 10 noyabr üçtərəfli bəyanatını və orada Şuşadan yan keçməli olan yeni yol inşası ilə bağlı bəndi yerinə yetirdi. Azərbaycan tərəfi faktiki olaraq Laçın dəhlizinə çəkilən alternativ yolu istifadəyə vermək niyyətindədir”. Laçın rayonunun Zabux kəndində qanunsuz yaşayan ermənilərin rəhbəri Andranik Çavuşyan isə bildirir ki, buranı tərk etməyəcəklər: “Ordumuz yoxdur? Hakimiyyətimiz yoxdur? Ermənistan tərəfi niyə güzəşt mövqeyi tutub? Mən nə Paşinyanın, nə də İlham Əliyevin istəklərinin icraçısı deyiləm. Bir metr torpağı itirməmək üçün qurban verirdik, indi insan canını qurtarmaq üçün torpaq veririk? Kim dedi ki, bizə belə həyat lazımdır? Bizə kölə həyatı lazım deyil. Çox şey deyə bilərlər. İlham Əliyev deyir ki, Göyçə və İrəvan da Azərbaycanındır, bizim deməyə sözümüz yoxdur? İndi kimin sözünü əsas qəbul etməliyəm, İlham Əliyevin? Zabuxda hamımız gündəlik həyat yaşayırıq, düşünürəm ki, bu və digər ayların proqramlarını necə həyata keçirək. Qoy belə bir təəssürat yaransın ki, mən real baxmıram. Mən real baxıram, ona görə də güzəşt mövqeyini qəbul etmirəm. Onların pulemyotları patron atırsa, bizimkilər su atmır. Biz heç yerə getmirik və heç kim Paşinyana Zabuxu təhvil vermək hüququ verməyib. Çıxıb hara gedək, nə edəcəklər, öldürəcəklər? Qoy gəlib öldürsünlər, bizə kölə həyatı lazım deyil”.

Şübhəsiz ki, erməni tərəfi müqavilə öhdəliyini yerinə yetirməsə, Azərbaycanın Laçın ərazisində antiterror əməliyyatı keçirməsi qaçılmaz olacaq. Xüsusən də hazırda Laçında qanunsuz yaşayan ermənilər buranı tərk etməsə. Həmin ermənilərin burada qalıb yaşaması isə yalnız Azərbaycan vətəndaşlığını qəbul etmələri halında mümkün ola bilər. İndilikdə Ermənistanda revanşist qüvvələr də Azərbaycanın Laçında antiterror əməliyyatına başlamasına zəmin yaradırlar. Məsələn, Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının şura üzvü Vahe Qasparyanın sözlərinə görə, Paşinyan üçün “vətən” yoxdur, Qarabağ, Laçın, Zabux yoxdur: “Bu adam üçün ancaq kürsü və vəzifə var. Paşinyan Laçını təhvil verməklə ermənilərin gələcəkdə Qarabağdan çıxarılması üçün zəmin yaradır”. Qarabağdakı separatçıların “keçmiş nümayəndəsi” Arman Melikyan isə bildirir: “Təsdiqlənməmiş söz-söhbətlərə görə, iyulda Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarəti altında keçməlidir, Gorus-Xankəndi yolu isə öz istiqamətini dəyişərək uzaq məsafədən Şuşadan yan keçməlidir”. Onun sözlərinə görə, bu doğrudursa, erməni əhalinin Zabuxdan çıxarılacağı, qaz kəməri və digər kommunikasiyaların böyük ehtimalla Azərbaycanın tam nəzarətinə keçəcəyi demək olacaq: “Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir və Azərbaycan qoşunlarının hərəkəti üçün də açıqdır. Yəni İrəvanın və ya Xankəndinin nəzarətindən tamamilə çıxıb. Dəhlizin müstəsna beynəlxalq statusu müəyyən olunmayana qədər İrəvan bu barədə Rusiya-Azərbaycan razılaşmasının qarşısını ala bilməz. Ona görə də Lavrov İlham Əliyev və Ceyhun Bayramovla bununla bağlı istənilən məsələni müzakirə edə və razılığa gələ bilər”. Hesab edilir ki, Ermənistanın Azərbaycanın yaratdığı reallıqla barışmaqdan başqa çarəsi yoxdur.  

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ