Cümə günü, 13 noyabr 2026
     

Vüqar Rəhimzadə: "Vətən müharibəsindən sonra Azərbaycan üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir"

Image


“Bu gün Azərbaycan hər sahədə mütərəqqi təcrübəsi ilə dünyanın diqqətindədir. Ölkəmizin müxtəlif sahələr üzrə müəyyən çağırışlar ətrafında  geniş müzakirələrə yol açan  beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, yaxud o səpkili  tədbirlərə qatılaraq təcrübə mübadiləsi aparması da deyilənlərin təsdiqidir.

Buna əmin olmaq üçün, həmçinin təkcə son iki ildə dövlətimizin istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərin miqyasına diqqət yetirmək kifayətdir. Bu mühüm məqamı da  qeyd etmək yerinə düşər ki, pandemiya səbəbindən  əksər beynəlxalq tədbirlərin videoformatda keçirilməsi  əlaqələrin qurulmasında müəyyən problemlərin yaranmasına səbəb olsa da  bu addımın  özü də  hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır.  Texnoloji proseslərin geniş vüsət aldığı hazırkı dövrdə  videoformatda keçirilən tədbirlər iştirakçı ölkələrin  yeni texnologiyaların tətbiqi sahəsində qazandığı təcrübənin təqdimatında mühüm  əhəmiyyət kəsb edir. Azərbaycan 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirməyi” əsas hədəf kimi müəyyənləşdirdi.  Dövlət başçısı İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edərək bildirdi  ki,  həmin ölkələrin inkişafına diqqət yetirsək görərik ki, müəyyənləşdirilən hədəflərə çatmaqda elm, bilik, savad, yeni texnologiyalar əsas rol oynayır.  Azərbaycan daim yeniliyə, təkmilləşməyə maraq göstərən və bunu ilklərə imza atması ilə təsdiqləyən  innovasiyalar ölkəsidir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” beynəlxalq səviyyədə təqdir edilir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Vüqar Rəhimzadə diqqəti iyunun 27-də Polşanın Katovitse şəhərində  öz işinə başlayan   “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda Ümumdünya Şəhər Forumunun  11-ci sessiyasında dövlət başçısı İlham Əliyevin  videoformatdakı nitqinə yönəldərək bildirib ki,  ölkə Prezidentinin “Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir» fikirləri Azərbaycanın yenilikçi imicinin təqdimatında  əhəmiyyətli rol oynayır: «Dövlət başçısı bu istəyini də ifadə etdi ki,  Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminik ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumu uğurla keçiriləcək.”

 “Qeyd etdiyimiz kimi, hər bir sahədə ilklərə imza atan Azərbaycan şəhərlərimiz üçün daha yaxşı gələcəyi də  təmin etmək imkanındadır. Bu da onun yeni texnologiyaların inkişafına və tətbiqinə, müasir dövrün tələblərini lazımi səviyyədə dəyərləndirməsinə əsaslanır. Məlum olduğu kimi, Azərbaycan may ayında - Müstəqillik Günündə ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” festivalına yüksək səviyyədə ev sahibliyi etdi. Bu festival Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi, eyni zamanda, ölkələrimizin gələcəyə birgə addımlamaq istəklərinin təqdimatı olmaqla yanaşı, Azərbaycanın yeni texnologiyaların inkişafı sahəsində təcrübəsinə də işıq saldı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ölkəmizin bu sahədə də imkanlarının təqdimatı kimi çağdaş tariximizdə yer aldı. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi ölkəmizin innovasiya üfüqlərini daha da genişləndirir. Müasir düşüncəyə malik olan gənclərin  ölkəmizin  gələcək inkişafına öz töhfələrini vermələri üçün yeni platforma, meydan təqdim edilir. Ümumdünya Şəhər Forumunun  “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunu əhatə etməsi də bu kimi məqamların və çağırışların təqdimatıdır”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

 Vüqar Rəhimzadə vurğulayıb ki, hazırkı dövrün əsas  tələbi işğaldan  azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır: “Dövlət başçısı İlham Əliyev ilk gündən bu tələbi qarşıya qoydu ki,  bərpa-quruculuq  işləri müasir dövrün tələblərinə uyğun həyata keçiriləcək, bu prosesdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası prioritet  olacaq. Bu işdə yenə də öz sözünü deyən yeni texnologiyalardır. İdarəetmə sistemində  yeniliklər də deyilənlərin təsdiqidir. Bu məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan dövrün, zamanın tələblərinə uyğun olaraq idarəetmə sistemində təkmilləşmələr həyata keçirməklə hazırkı inkişaf səviyyəsinə nail olmuşdur. Dövlət başçısı İlham Əliyev sözügedən Forumun sessiyasında videoformatdakı nitqində  bu reallığı diqqətə çatdırmışdır ki,  Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.”

 “Bu gün dağıdılmış şəhər  və kəndlərin yenidən bərpası  Baş plan əsasında həyata keçirilir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, paytaxt Bakımızla yanaşı, bütün regionlar, o cümlədən  işğaldan azad  edilmiş bütün ərazilərimizin müasir çağırışlara cavab vermələri üçün zəruri addımlar atılır: “Bunun üçün paytaxt Bakıda yeni  tikililərin xronologiyasına diqqət yetirmək kifayətdir: Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, “Ağ şəhər”, “Bakı Kristal Sarayı”… Bu sıraya ilk Avropa Oyunları zamanı yaradılan Bakı Olimpiya Stadionunu, Heydər Əliyev adına İdman Sarayını, Bakı Su İdman Sarayını və digər obyektləri də əlavə etsək Bakının böyük quruculuq meydançasına çevrildiyini, ən əsası müasirliklə qədimliyin sintezini yaratdığını böyük əminliklə qeyd edə bilərik.”

YAP Xətai rayon təşkilatının sədri  qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir: «Dövlət başçısı İlham Əliyev məlum nitqində bu məqama da xüsusi diqqət yönəltdi ki,   məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum ediliblər. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Dövlət başçısı İlham Əliyev bu hədəfi qarşıya qoyur ki, yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Ümumiyyətlə, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Hazırkı dövrün əsas hədəfi budur:  Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşası. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.”

Vüqar Rəhimzadə bu mühüm məqama da diqqəti yönəldib ki, azad edilmiş ərazilərin yenidən qurulmasında  ölkəmizlə həmrəylik və Azərbaycana beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Təbii ki, bu da Azərbaycanın hər sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsini nümayiş etdirir.  Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, biz  azad Qarabağımızı müasir mütərəqqi texnologiyalara əsaslanan məkan kimi görmək istəyirik. İlyarımdan artıq dövrdə bərpa-quruculuq işlərinin xronologiyası tezliklə bu istəyimizin də reallığa çevriləcəyindən xəbər  verir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ