Cümə günü, 13 noyabr 2026
     

“Ordu Gününü azad Kəlbəcərdə qeyd etmək böyük qürurdur” - Vüqar Rəhimzadə

Image


“Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən ilyarımdan artıq müddətdə hadisələrin xronologiyasına diqqət yetirsək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin, həmçinin hər bir tarixi günü, bayramı bu torpaqlarımızda qeyd etdiyinin şahidi olarıq.

Öz tarixi sahibinə qovuşan torpaqlarımızı ziyarət etmək, bu ərazilərin sakinləri ilə 28 illik işğal dövründə bütün çətinliklərə baxmayaraq milli kimliyimizi, qürurumuzu qorumaları barədə fikirlərini bölüşməkdən sevincli nə ola bilər? Ölkə Prezidenti İlham Əliyev növbəti dəfə 26 İyun -Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd etdi, tarixi Zəfərimizi şərtləndirən amilləri, postmünaqişə dövrünün reallıqlarını bu məkanlardan bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Ali Baş Komandanın qalib Sərkərdə kimi bu ərazilərə səfərləri xarici mətbuatda da geniş şərh olunur. Bu fikir xüsusi vurğulanır ki, hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın müharibə taktikası dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərində hərbi dərsliklərə salınaraq öyrənilir. Bu, Azərbaycan xalqının öz doğma torpağına bağlılığını nümayiş etdirməklə yanaşı, dövlətimizin texnoloji proseslərə verdiyi önəmi də açıqlayır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri, bu zaman Böyük Qayıdışa xidmət edən biri-birindən əhəmiyyətli infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirakı diqqəti xüsusilə cəlb edir: “Ölkə Prezidenti Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu. Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi. Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edildi. Prezident İlham Əliyev, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış oldu. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandığı gündən dövlət başçısı İlham Əliyev aidiyyəti qurumların qarşısında bu mühüm vəzifəni qoydu ki, bütün işlər Baş plan əsasında həyata keçiriləcək. Baş plandan kənar hansısa bir iş görülməyəcək. Ona görə ki, həmin Baş planda şəhərin müasirliyinin qədimliyi ilə vəhdətini qorumağa xidmət edən bütün addımlar öz əksini tapıb. Qeyd olunan səfər çərçivəsində dövlət başçısı İlham Əliyevə Kəlbəcər şəhərinin Baş planı təqdim edildi. Həmçinin Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməli qoyuldu. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoyub. Məqsəd həm işğal , həm də Zəfər dövrünün reallıqlarını ölkə ictimaiyyətinə , eyni zamanda, bu ərazilərə gələn xarici qonaqlara çatdırmaqdır.”

Dövlət başçısının qeyd olunan səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinin hər kəsi heyrətləndirəcək səviyyədə olduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri diqqəti Kəlbəcərdə yeni yaradılmış komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nitqində yer alan mesajlara yönəldib: “Dövlət başçısı bir daha bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, bu gün Silahlı Qüvvələr Gününü müzəffər xalq, qalib ölkə kimi qeyd edirik. Bu günü yaşamağımız üçün təbii ki, güclənməli, qüdrətlənməli idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir. Haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, 30 illik işğal dövründə işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” demədi. Azərbaycan tarixi Zəfəri ilə dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi müstəqilliyini təmin edən ölkəmiz beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Qələbəmizi şərtləndirən amillər sırasında Azərbaycan gəncliyinin vətənpərvərliyi, torpağa sevgisi əsas yer tutur. Dövlət başçısı İlham Əliyev sözügedən nitqində bu məqamı xüsusi qeyd etdi ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər.”

Vüqar Rəhimzadə Azərbaycan Ordusunun gücündən, Ermənistan silahlı qüvvələrini diz çökdürməsindən, işğalçı dövlətin kapitulyasiya aktına imza atmasından geniş bəhs edərək bildirib ki, cənab Ali Baş Komandanın Ordu Günündə bir güllə belə atılmadan azad edilən Kəlbəcər və Laçın rayonlarına səfər etməsi bir daha yağı düşmənə verilən göz dağıdır: “10 noyabr 2020-ci il tarixli Bəyanatda Kəlbəcərin, Ağdamın və Laçının nəzərdə tutulan vaxtda boşaldılması əksini tapmışdı. Kəlbəcər üçün həmin vaxt 15 noyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin ermənilər vaxt məhdudiyyətini önə çəkərək Rusiyanın vasitəsilə Azərbaycan tərəfindən əlavə 10 gün möhlət istədi və noyabrın 25-də Kəlbəcər boşaldıldı. Amma Kəlbəcərin necə boşaldıldığını, düşmənin bu tarixi ərazimizdə törətdiyi vandalizm aktlarını, ekoloji terroru dünya da gördü. Apardıqlarını apardılar, apara bilmədiklərini, o cümlədən evləri, ağacları yandırdılar. Azərbaycan öz humanistliyini göstərib onlara əlavə 10 gün vaxt verdi. Ermənilər isə bunun qarşılığında öz xislətlərini, vəhşiliklərini  ortaya qoydular”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur: “Artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri günləri qeyd edirik. Keçmişlə deyil, gələcəklə yaşayıb çağdaş tariximizdə yeni səhifə açmaqla işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin miqyasını genişləndiririk. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir. Göstərdik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməz. Həmçinin qeyd edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt hərbi yolla ala bilməz. İllərdir qurduqları istehkamlar, eyni zamanda, bu bölgənin coğrafiyası onlarda bu qənaətin yaranmasına əsas verirdi. Lakin rəşadətli Azərbaycan Ordusu bu mifi də dağıtdı və sübut olundu ki, sarsılmaz iradə, xalq-iqtidar birliyi, ordunun vətənpərvərliyi olan yerdə heç kim Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Dövlət başçısı İlham Əliyev Kəlbəcərdən bir daha bu mesajı ünvanladı ki, əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. Dəmir yumruq yerindədir. Azərbaycan postmünaqişə dövrünün reallıqlarının hamı tərəfindən qəbul edilməsini istəyir. Dünyanın əksər gücləri artıq bu reallıqları qəbul edib və fəaliyyətlərini də bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir.”

Vüqar Rəhimzadə bildirib ki, bu gün azad Kəlbəcərdə Ordu Gününü qeyd etməkdən sonsuz qürur hissi keçiririk: “Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə böyük bayram ab-havası yaşanır. Bu torpaqlara həyatın yenidən qayıtması, ən əsası bütün ərazilərin müasir tələblər səviyyəsində qurulması hər kəsdə böyük ruh yüksəkliyi yaradır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Qarabağ hər zaman- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq. Qarabağ Azərbaycandır!”

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfərinin qürurverici məqamlarla zəngin olduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, artıq Böyük Qayıdışın ilk addımlarını gözləyirik: “Ölkə Prezidenti İlham Əliyev istər Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsindəki nitqlərində, istərsə də iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı həm paytaxt Bakının, həm də hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə diqqətə çatdırdı. Bir daha bu əminlik ifadə edildi ki, istədiyimizə nail olacaq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ