Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ ərazisində vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyan edib.
“Azərbaycan Ordusu bölmələrinin dislokasiya olunduğu Azərbaycan-Ermənistan dövlət sərhədi sahəsində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır”, - Həsənov AZƏRTAC informasiya agentliyinə müsahibəsində bildirib.
Nazir əlavə edib ki, burada baş verən hər hansı bir təxribata qarşı dərhal adekvat cavab tədbirləri görülür.