Cümə günü, 13 noyabr 2026
     

Ordumuzu Zəfərə aparan hərbi-diplomatik strategiya, "tülkü Sarkisyan" anlayanda artıq gec idi… - Aydın QULİYEV yazır...

Image


Bu gün Azərbaycan ordusunun dərin ideya-vətənpərvər yüklü şəxsi heyəti və yüksək hərb-texniki təminatı kimi iki mühüm güc mənbəyindən danışmamaq mümkünsüzdür. Bu gücləri yaratmaq kimlərəsə sadə iş kimi görünə bilər. Deyilə bilər ki, varlı bir ölkədə ordunu ən müasir hərbi texnika və sursatla, rəqəmsal texnologiyalarla təchiz etməyə nə  var ki?! Təki pul olsun və sair.

Təbii ki, konkret məqsədə yönəlmiş ordunu qurmağa ilk növbədə böyük maliyyə vəsaiti lazımdır. Fəqət maliyyənin hesabına yüksək təchizatlı ordunu qurmaqla iş bitirmi? Tarixdə sayca çox və həm də yaxşı silahlanmış ordunun məğlubiyyətinə dair faktlar azmı olub? Və ya azsaylı və ortabab silahlanmış ordunun özündən qat-qat artıq orduları darmadağın etdiyini az eşitmişik? Məsələ belədir ki, hərbi-texniki təchizatla bərabər ordunun şəxsi heyətinin ideya-psixoloji və mənəvi hazırlıqlı olması da az əhəmiyyətli deyil. Lenin haqlı yazırdı ki, bir ordunun ki, əsgəri nəyin və hansı amalın uğrunda döyüşdüyünü bildi, anladı, onu məğlub etmək asan olmaz. Düz sözə nə deyəsən... Əsgərləri, ordunu hətta qeyri-bərabər və ağır şəraitlərdə döyüşdən- döyüşə ruhlandırıb aparan məhz budur. Məşhur Çanaqqala döyüşündə öz çəkisindən bir neçə dəfə ağır mərmini məsafədən tək götürüb topun lüləsinə tıxan əsgərin özü üçün də həmin anda bu gücün ona haradan gəldiyini anlamaq çətin idi. Təbii ki, ilahidən gələn bir hökmlə bərabər həmin Osmanlı və imanlı əsgərin içindən gələn vətən sevgisi də ona öz çəkisindən ağır yükü quş kimi yerdən qaldırmaq gücü vermişdi. Elə çətin bir döyüşdə ki, həmin döyüşün "əşyayi-dəlili" kimi havada bir-birinə girmiş iki qurğuşun güllə bu gün də - 100 il sonra muzeylərin ən ilginc eksponatı kimi insanları riqqətə gətirir... Lenin bir daha haqlı idi... Ruhu və vətən sevgisi olmayan əsgər-zabit nə şəhid, nə qazi, nə də "Müzəffər" ola bilər. Olsa olsa, mənəvi düşkünlərdən və fərarilərdən ibarət şərəfsiz bir topluma çevrilə bilər. Bu böyük həqiqətləri Vətən müharibəsində Azərbaycan əsgəri bir daha sübut etdi. Qismətinə yazılan kimsə qazi, kimsə şəhid oldu. Arxalarınca isə bircə nəfər belə fərarisi olmayan, torpaqarını azad etmiş, ruhən daha da bərkimiş şərəfli və məğrur ordu qaldı... Bir də ayrı-ayrı elementlərdən ibarət qələbə resurslarını bir araya toplayaraq "haqsız durumda özündən müştəbeh" düşmənin üstünə sel kimi yönəldə bilən   Qalib Baş Komandan… "İnamlı və imanlı əsgər, ürəkli zabitlər "Vətən müharibəsindən çıxmış ordumuzun tarixlər boyu yaşayan əlaməti kimi qalacaq.

Azərbaycan ordusunun böyük Zəfərə qədər formalaşma yolu zahirən sadə, mahiyyətcə mürəkkəb proses oldu.

"Pul olandan sonra güclü ordu qurmağa nə var ki" deyənlərin bəsit məntiqindən çıxaraq məsələnin mahiyyətinə həqiqətdə olduğu kimi bir qədər qəliz baxmaq lazımdır. Əvvəla, axı həmin pul da "bacadan havayı tökülmürdü" və onu da qazana bilən "Oğul" lazım idi... Ölkənin təbii sərvətinin olması hələ məsələnin hamısı deyil ki... Torpağından qızıl yığılan, lakin daxili qanlı toqquşmaların içində zirdəst qalan az ölkələr var? Zəngin təbii sərvətli hər ölkənin bu sərvətləri sabitlik şəraitində yığıma çevirə bilən ağıllı lideri olsaydı, nə var idi ki?..

Təbii sərvətləri - nefti, qazı, qızılı ictimai və dövlət əhəmiyyətli  yığım fonduna çevirmək də hələ məsələnin hamısı deyildi. Elə bilirsiniz ki, dünyanın hər ölkəsində təbii sərvətlərin satışından gələn vəsaiti güclü milli ordu qurmağa yönəltməyə imkan verirlər? Ağzını əjdaha kimi açmış bəzi dövlətlərin belə bir yırtıcı prinsipi var - "sənin neft və qazını aparıb əvəzində verdiyimiz milyardlarla dollar və avronu ixrac etdiyimiz avtomobillərin, soyuducuların, kondisionerlərin, kompüterlərin, bəzi sadə texnologiyaların, ərzaq və dərmanların əvəzində yenə özümüzə qaytarmalısınız"...

Xatırlayaq… Erməni işğalının post-faktum nəticələri ilə barışmağa Prezidentimizi nə qədər məcbur etməyə çalışdılar?! Hətta saziş imzalatmağa çalışdılar ki, dünya dağılsa da, münaqişəni hərbi yolla həll etməyə çalışmayacaqsınız... Azərbaycana ən müasir silah və sursatların, texnikaların satışını əngəlləmək üçün sonsuz çabalar göstərdilər... Prezidentimizi şantaj etmək istədilər ki, apardığınız silahlanma siyasəti bölgədə hərbi balansı pozaraq regional və qlobal sülhü təhdid edir... Dünya erməni lobbisi Azərbaycanın guya qaçaq yollarla silahlandığına dair Əliyevin əleyhinə yüzlərlə qərəzli yazılar yazdırdılar... İmkanları çatan qədər Türkiyə və İsrailə, Belarus və Pakistana Azərbaycanla əməkdaşlığı zəiflətməsi üçün təsir etməyə çalışdılar… Alınmadı... Prezident Əliyev möhkəm dayanmışdı, dinc sülh danışıqlarını aparmaqla yanaşı, inadla onu da israr etdi ki, təcavüzə məruz qalmış ölkənin güclü ordusu olmalıdır və ordu quruculuğuna hər il artan templə büdcədən vəsait ayırmaq təcavüz qurbanı olmuş Azərbaycanın təbii haqqıdır. Əliyevin hərbi-diplomatik strategiyası özünü doğrultdu. Qoy heç kim düşünməsin ki, hər Madrid, Praqa, Kazan, Varşava, Moskva görüşündən nəticəsiz qayıdandan sonra ordunu daha intensiv şəkildə "son müharibəyə" daha inadla və həvəslə hazırlaşdırmaq Azərbaycan Prezidentinə asan başa gəlirdi. "Sülh və diplomatik yolla həll" deyən məlum böyük qüvvələrlə döş-döşə gəlmək asan deyildi.

Düzgün seçilmiş hərbi-diplomatik strategiya Azərbaycan ordusunu və bütün silahlı qüvvələri son Qarabağ Zəfərinə apara bilən səviyyəyə gətirildi. Yəni təklikdə böyük maliyyə ehtiyatları ilə arxayınlaşmadan həm də bu imkanı güclü orduya yönəltməyə mane olanlara qarşı çevik diplomatik kurs seçildi. Əliyevin hərbi-diplomatik strategiyasının mahiyyəti bu idi… 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistanın və şəxsən "tülkü Sarkisyanın" bu strategiyadan duyuq düşərək Azərbaycan ordusunun nəyə hazırlaşdığından aşkar ifadə etdiyi əndişəni unutmaq olmaz. Elə məhz o vaxtlardan Sarkisyan 2050-ci ilə hesablanmış hərbi quruculuq planlarından dəm vurmağa başlamışdı. Lakin artıq gec idi... Azərbaycanın hərbi-diplomatik strategiyası Ermənistan  üçün qarşısı alınmaz güc və sürətlə vüsət götürmüşdü...

Beləliklə, ölkə daxilində sabitliyi möhkəmləndirmək, bütün daxili resursları müharibə naminə toparlamaq, beynəlxalq əlaqələrin gücləndirilməsi, tarixi ərazilər naminə ədalətli müharibə hazırlıqlarını Azərbaycanın doğal haqqı kimi dünya dövlətlərinə yedizdirmək və ən müasir ordu ilə ortaya çıxmaq - Azərbaycanı Zəfərə aparan hərbi-diplomatik strategiyanın dolğun düsturuna çevrildi. Təbii ki, milli Silahlı qüvvələrimiz və onun düzgün idarə edilməsi bu strategiyanın yenilməz sütunu oldu... Prezidentimiz "Sülhdən başqa yol yoxdur" kimi güclü beynəlxalq basqıların altında milyardlarla vəsaiti alternativsiz yol kimi ordu quruculuğuna yönəltməyi  misilsiz qabiliyyətlə bacardı...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ