Cümə günü, 13 noyabr 2026
     

Bu ordu 1991-92-ci illərdə olsaydı - Qarabağ zəfərinin həlledici mənbəyi...

Image


Rövşən Rəsulov: “Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən amillərdən biri məhz güclü, yenilməz orduya sahib olmağımızdır”

 

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib. 104 illik tarixi olan Azərbaycan Silahlı Qüvvələri milli dövlətçilik tariximizə zəfər salnaməsi yazıb.

Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə ilə müzəffər, yenilməz ordu adını qazanıb. Vətən müharibəsində Azərbaycanın  Qələbəsini şərtləndirən bir sıra amillər  olub ki, bunlar ölkəmizin iqtisadi gücü, güclü ordu faktoru, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlardır. Məlumdur ki, bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması Azərbaycanın hərbi qüdrətini daha da artırıb və bizi Vətən müharibəsində möhtəşəm qələbə qazanmağa aparıb.

Siyasi ekspert Rövşən Rəsulov baki-xeber.com-a bildirdi ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə qazanmasında milli həmrəylik amili və digər məsələlər də mühüm rol oynayıb. “Hələ 44 günlük Zəfər yürüşündən əvvəl, torpaqlarımız işğal altında qaldığı dövrlərdə xüsusi ilə vurğulanırdı ki, müharibə başa çatmayıb, nə qədər torpaqlarımız işğal altındadır biz torpaqlarımızı işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Əlbəttə ki,  möhtəşəm qələbəyə gedən yolun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər həmişə vurğulayırdı ki, güclü iqtisadiyyatı olmayan dövlət heç vaxt uğur qazana bilməz. Ona görə də ölkəmizdə güclü iqtisadiyyat quruldu. Güclü iqtisadiyyatın qurulması eyni zamanda digər sahələrə transfer olunurdu, iqtisadiyyatdan gələn gəlirlərdən ordu formalaşdırılırdı. Qüdrətli ordunun formalaşdırılması üçün müxtəlif ən yeni nəsil, güclü silah-sursatlar, hərbi təchizatlar əldə olundu ki, bunun nəticəsində ordumuzun müasir standartlara cavab verməsi istiqamətində çox mühüm addımlar atıldı. Əbəs deyil ki, bu gün Azərbaycanın qüdrətli ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasında yer alır, eyni zamanda Cənubi Qafqazda da geosiyasi vəziyyətin dəyişməsinə nail olur. Vətən müharibəsində qazandığımız qələbənin daha bir mühüm faktoru milli həmrəylik idi ki, bunun da əldə olunması üçün vahid amal formalaşdırılıb. O vahid amal müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşməklə düşmənə qarşı ümumxalq müqaviməti göstərmək idi. Şanlı ordumuzun cəbhədə qazandığı nailiyyətlərin, uğurların hər birinin təməlində məhz xalq-dövlət, xalq-Ali Baş Komandan, xalq–ordu birliyi dayanırdı. Milli həmrəyliyin və birliyin nəticəsində də Azərbaycan ordusu Qarabağ cəbhəsində əzmlə mübarizə apararaq düşməni məhv etdi. Reallıq budur ki, Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən amillərdən biri məhz güclü, yenilməz orduya sahib olmağımızdır. Başqa bir tərəfdən, burada xarici diplomatiya barədə xüsusi danışmaq lazımdır. Təbii ki, Ali Baş Komandan İlham Əliyev 44 gün boyunca bütün dünyaya Azərbaycanın haqq səsini çatdırdı. Əslində, müharibədən əvvəl də Prezident İlham Əliyev informasiya sahəsində ciddi işlər gördü, bu gün də o işlər davam etdirilir. Heç şübhəsiz ki, Ali Baş Komandan siyasi arenada, diplomatik cəbhədə və informasiya savaşında da ciddi uğurlara imza ataraq ölkəmizə böyük qələbə qazandırdı. Cənab Prezidentin 44 günlük Vətən müharibəsi dövründə dünyanın bir sıra nüfuzlu media qurumlarına müsahibələri Azərbaycanın ədalətli mövqeyini dəfələrə əks etdirdi. Belə deyə bilərik ki, cənab Prezident iki cəbhədə mübarizə aparırdı. Həm müharibə cəbhəsində düşmənə qarşı, həm də düşmənlərin yalanlarına qarşı informasiya cəbhəsində mübarizə apardı. Bütün bunların əsasında dayanan məqsəd Azərbaycanın suveren ərazilərinin bərpası, ərazi bütövlüyünün təmin olunması idi”.

R.Rəsulov qeyd etdi ki, Azərbaycan ordusunun cəbhədə qazandığı qələbə regionda yeni reallıqlar yaratdı və bütün dünya da o reallıqlarla hesablaşmaq məcburiyyətdir. O, hesab edir ki, Azərbaycan regional liderdən beynəlxalq liderə çevrilmək üzrədir.  “Azərbaycanın tarixi uğur qazandığı 44 günlük Vətən müharibəsi bölgədə yeni siyasi reallıqlar yaratdı. Biz burada  Azərbaycanın yanında dayanan qardaş Türkiyəni də unutmamalıyıq. Bu gün Türkiyə dünyəvi ölkə olaraq artıq öz iradəsini qətiyyətlə ifadə edir. Bütün bunların müqabilində Azərbaycanın da beynəlxalq aləmdəki uğurlu siyasəti bizim yaxın gələcəkdə daha böyük zəfərlərə imza atacağımızdan xəbər verir. Bu baxımdan, bütün bu sadalanan amillər paralellik təşkil edir və bir-birini tamamlayır. Bunlar isə təbii ki, ölkəmizin regional və dünyəvi gücünü daha da artırmış olur. Onu da vurğulayım ki, Azərbaycanın hərbi büdcəsi də yeniləndi, artırıldı və artıq yenə də yeni silahlar alınır, yeni təchizatlar əldə olunur. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycan ordusu, Azərbaycanın qüdrətli şanlı Silahlı Qüvvələri qarşıdakı illərdə daha böyük uğurlara imza atmağa hazırlaşır. Təbii ki, bu proseslərin hər birinin təməlində dayanan əsas amil isə regional sülhün əldə olunması və onun müdafiəsidir” - deyə R.Rəsulov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ