Cümə günü, 13 noyabr 2026
     

Rusiyanın informasiya məkanında anti-Azərbaycançı erməni lobbisinin sərbəstliyinə zərbə vuruldu...

Image


İyunun 24-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Serqey Lavrov imzalayıblar.

Rusiya ilə Azərbaycanın informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq haqqında saziş işə düşəndən sonra bu Ermənistanın və Qarabağ separatçılarının Rusiyanın informasiya məkanının imkanlarından istifadə etmələrinin yolunda hansı maneələri yarada biləcək? Bunu Ermənistana və separatçılara Rusiya informasiya məkanında bir zərbə sənədi saymaq olarmı? Ermənistanın və separatçıların Rusiyanın informasiya məkanında fəaliyyətlərinin məhdudlaşdırılması bizə nə verəcək?

İki ölkə arasında belə bir sənədin  imzalanmasını əksər ekspertlər müsbət hesab edirlər.  Ekpertlərin fikrincə, Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi sahəsində son vaxtlar müşahidə olunan gərginliklər bu cür sənədin imzalanmasına səbəb olub və bu həm Rusiya, həm də Azərbaycan üçün faydalıdır.  Ekspertlər qeyd edirlər ki, bu sənədin imzalanması Ermənistanın və separatçıların Rusiyanın media platformasından, məkanından bizə qarşı istifadə etməsinin qarşısını alacaq, daha ermənilərin əleyhimizə dedikləri, danışdıqları yayımlanmayacaq.

Tanınmış siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a şərhində bildirdi ki, Azərbaycan və Rusiya arasında informasiya təhlükəsizliyinə dair sənədin imzalanması zəruri idi və bu gerçəkliyə çevrildi: “Əlbəttə ki, Azərbaycanın  özəlliklə də Rusiya informasiya məkanında bu məsələləri tənzimləməsinə çox ciddi ehtiyac var idi. Yəni bizdə Rusiya ilə bağlı informasiyaların yayılması Rusiya üçün elə də ciddi problem deyil. Yəni neqativ informasiyalar, yaxud anti-Rusiya informasiyaları baxımından. Çünki Azərbaycan özü kiçik ölkədir, ikinci bir tərəfdən də, Azərbaycan dilinin beynəlxalq səviyyədə təsir imkanları rus dili ilə müqayisədə çox aşağıdır. Lakin rus dilində və Rusiya müstəvisində anti-Azərbaycan informasiyaların yayılması bizim üçün çox ciddi problem idi və günü bu gün də problemdir. Bu baxımdan da belə bir sazişin imzalanması əlbəttə ki, təqdirəlayiqdir, faydalıdır. Lakin bir şeyi də unutmayaq ki, media müstəqil fəaliyyət sahəsidir. Yəni dövlət özünə aid olan kəsimdə nəyisə tənzimləyə biləcək, yaxud istəsə tənzimləyəcək. Amma müstəqil medianın müstəqil olduğu bəhanəsindən də imtina etməyə bilər. Yəni bu Rusiyadır. Bu baxımdan, mən hər şeyin bir anda həll olunacağını düşünmürəm. Amma artıq ən azından Azərbaycanın əl atıb tuta biləcəyi bir sənəd var. Bu sənədə əsaslanaraq Azərbaycan dövləti Rusiya dövləti qarşısında ciddi şəkildə məsələ qaldıra bilər. Ümumilikdə götürəndə hardasa anti-Azərbaycan hücumlarının, isteriyalarının bir qədər səngiyə biləcəyini proqnozlaşdıra bilərik. Lakin ümumilikdə bunun tam olaraq başa çatacağını deyə bilmərik. Ona görə deyə bilmərik ki, bildirdiyim kimi media müstəqil fəaliyyət sahəsidir, dövlət bütün hallarda mediaya müdaxilə edə bilməyəcək və bilməz. Bu baxımdan, əlbəttə ki, məsələnin tam olaraq bitdiyini demirik, amma qismən, hətta müəyyən qədər bitdiyini deyə bilərik”.

A.Həsrətin sözlərinə görə, məsələn, Rusiya dövləti “RİA Novosti”, İtar-Tass, Sputnik və sair bənzər mediaya artıq Qarabağın “Arsax” deyil Qarabağ olduğunu başa sala biləcək. “Eyni zamanda Azərbaycanın Ermənistanın işğalından azad etdiyi torpaqların, ərazilərin adlarını məhz Azərbaycan dilində təqdim edilməsini nəhayət ki, Rusiya bu sazişdən irəli gələrək təmin etməli olacaq. Yəni elə şeylər var ki, dövlət onlara birbaşa müdaxilə edə bilər. Məsələn, dünyanın tanıdığı Azərbaycan dövləti var, onun ərazi bütövlüyü var, həmin ərazilərdə yer adları var. Bu şeyləri hətta Rusiyanın müstəqil mediası belə ağlına, ağzına gələn şəkildə təqdim edərsə Rusiya dövləti müdaxilə edib o səhvi düzəltməlidir. Artıq bu sazişdən sonra bunu etməyə borclu olacaqlar”.

“Bunu Ermənistana və separatçılara Rusiya informasiya məkanında bir zərbə sənədi saymaq olarmı?” sualına gəlincə, A.Həsrət “Bu yöndə o qədər də optimist deyiləm. Deməyim odur ki, bu sazişin imzalanması yaxşıdır. Bu saziş qarşılıqlı şəkildə və media azadlığı təmin edilməklə icra ediləcəksə buna sözümüz yoxdur. Amma eyni zamanda bunu Rusiyadakı ermənipərəst, yaxud ermənilərin nəzarətində olan  mediaya birbaşa tətbiq etmək əlbəttə Rusiyanın özü üçün də asan deyil. Hərçənd, Rusiya dövləti istəsə bu saziş olmadan belə, öz ölkəsində, öz ərazisində medianın obyektivliyini təmin edə bilər. Sadəcə olaraq Rusiya bir qayda olaraq bir tərəfli, özünə sərf edəndə bu cür məsələlərin üzərinə gedir. İndi görünür Azərbaycan dövləti də belə bir şəraitdə qarşılıqlı şərtlər əsasında belə  bir saziş imzalayıb ki, yəni obyektiv media fəaliyyəti göstərilsin, dezinformasiyadan qaçılsın, ümumiyyətlə, dövlətlərin, xalqların hədəfə alınmasının qarşısı alınsın və sair. Amma bizim üçün önəmli olan tək bir məqam var: ermənilərin Rusiya mediasından Azərbaycana qarşı sui-istifadə etməsi. Rusiya bu sui-istifadənin qarşısını alacaqmı? Artıq saziş imzalanıb və biz nəticəni gözləyəcəyik. Rusiya bunu təmin edəcəkcə istədiyimiz nəticəni əldə edəcəyik...” - deyə bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ