Cümə günü, 13 noyabr 2026
     

Yeni Rusiya-Azərbaycan sazişinin icrasında əsas koordinator XİN-lər olacaq...

Image


Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesinin uzanması özü ilə risqlər gətirir. Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, dövlətlərarası münasibətlərin normallaşması üçün bütün üçtərəfli bəyanatların tam və qeyd-şərtsiz icra olunması lazımdır. Bu, regionda inkişafın rəhnidir, çünki normallaşma prosesinin süni şəkildə ləngidilməsi bu prosesə mənfi effekt qatır və özü ilə ciddi risklər gətirir", - nazir deyib.

C.Bayramov, həmçinin, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli bəyanatlarda vurğulanan razılaşmalara nail olunmasında Rusiyanın xüsusi rolunu vurğulayıb.

Rusiya və Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyini deyən nazir bildirib ki, bu kontekstdə "Şimal-Cənub" layihəsi xüsusi əhəmiyyət daşıyır. “O, son illər ərzində öz səmərəliliyini sübut edib və inkişaf üçün böyük perspektivlərə malikdir. Bu məsələ bugünkü danışıqlar zamanı müzakirə olunub", - C.Bayramov deyib.

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Rusiyanın roluna toxunan XİN rəhbəri bildirib ki, tərəflər post-münaqişə tənzimlənməsi məsələsinə də toxunublar, regionda sülh və əməkdaşlıq mühitinin formalaşdırılmasının zəruriliyi xüsusi vurğulanıb.

"Azərbaycan o mövqedən çıxış edir ki, münaqişə geridə qalıb və regionda dayanıqlı sülh və rifah üçün əldə olunan razılaşmaları icra etmək lazımdır. Biz Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli bəyanatlarda vurğulanan razılaşmalara nail olunmasında Rusiyanın xüsusi rolunu qeyd edir və bunu yüksək qiymətləndiririk", - deyə o bildirib.

Ceyhun Bayramov deyib ki, Azərbaycan və Rusiyanın Qarabağın bərpasında birgə iştirakı əməkdaşlığımızda vacib məqamdır.

"Azərbaycan üçün başlıca prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır ki, buna dövlət səviyyəsində birinci dərəcəli əhəmiyyət verilir. Çoxlu sayda layihə icra olunur, bərpa yüksək sürətlə davam edir və artıq yaxın zamanlarda biz ilk məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtmasını görəcəyik", - nazir deyib.

C.Bayramov qeyd edib ki, bu baxımdan, azad edilmiş ərazilərin bərpası üzrə layihələrdə birgə iştirak Azərbaycan və Rusiya arasında əməkdaşlığın vacib məqamıdır.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün unikal imkan yaranıb. "Çünki işğal vaxtında mövcud olmuş fundamental problem aradan qaldırılıb. Azərbaycan bunu tək sözdə deyil, həm də real addımlarda nəzərə alır", - deyə nazir bildirib.

Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi hansısa formatın girovuna çevrilməməlidir.

"2022-ci ilin fevralından başlayaraq məlum səbəblərlə əlaqədar ATƏT Minsk qrupu həmsədrlərinin qarşılıqlı fəaliyyəti tam iflic olub. Və biz bu məlumatı rusiyalı tərəfdaşlarımız da daxil olmaqla müxtəlif mənbələrdən almışıq. Bu vəziyyətdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bizim üçün regionda uzunmüddətli, möhkəm və dayanıqlı sülhün əldə olunması prioritetdir. Bu prizmadan baxarkən proses formatın girovuna çevrilməməlidir. Təbii ki, biz mövcud olmayan formata yönələ bilmərik", - deyə nazir bildirib.

“Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb”. Bunu isə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Bu gün bizim informasiya təhlükəsizliyi sahəsində imzaladığımız saziş təkcə KİV-in fəaliyyətini deyil, həm də kiberməkanı hərbi məqsədlərlə istifadə etmək cəhdləri ilə bağlı problemləri də əhatə edir. Bu məsələlər artıq uzun müddətdir ki, BMT-də müzakirə olunur. Rusiya bu müzakirələrin təşəbbüsçüsü olub. KİV-ə gəldikdə isə, biz başa düşürük ki, bu və ya digər qərar hansı səbəblərdən qəbul olunur. Biz, ilk növbədə, aparıcı KİV rəhbərləri ilə tədbirlər silsiləsi keçirəcək və müvafiq qanunlara əsaslanaraq bir-birimizin ərazilərində bu və ya digər hadisələri necə işıqlandırdığımız barədə müzakirələr aparacağıq. Razılıq əldə olunub ki, bu cür iş XİN informasiya xidmətlərinin himayəsi altında aparılsın", - deyə S.Lavrov bildirib.

Ceyhun Bayramov öz növbəsində deyib ki, müvafiq strukturlar arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədədir.

"Sirr deyil ki, son aylarda bir sıra problemli məsələlər olub. Azərbaycanın bir neçə media resursu Rusiyada bağlanıb, bu ayın əvvəlində "RİA Novosti" dövlət informasiya agentliyi Azərbaycanda bloklanıb", - nazir deyib.

O əlavə edib ki, əsas vurğu tərəfləri bu cür halların qarşısını almağa stimullaşdıracaq mexanizmlərin hazırlamasına yönəlib.

Lavrov qeyd edib ki, ATƏT Minsk qrupu öz mövcudluğunu dayandırıb.

Azərbaycanla Rusiya arasında təmasların daim yüksək səviyyədə reallaşdırıldığını deyən Rusiyanın xarici işlər naziri “Bu gün Ceyhun Bayramovla əməkdaşlıq barədə məhsuldar danışıqlar keçirdik. Fevralda əməkdaşlığımızın onsuz da yüksək olan səviyyəsi hüquqi cəhətdən rəsmiləşdirildi. Ölkələrimiz arasında təmaslar ən yüksək səviyyədə daim reallaşdırılır. Ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollar - rekord səviyyədədir", - deyə bildirib.

Lavrov deyib ki, ölkəsi Rusiya şirkətlərinin Qarabağda bərpa işlərində iştirak etməkdə marağını təsdiq edir:

"Biz Rusiyanın iqtisadi operatorlarının Azərbaycan ərazilərinin post-münaqişə bərpasına qoşulmaqda marağını təsdiq edirik”.

Rusiya XİN başçısı bildirib ki, Rusiya tərəfi regionda sülhün qurulması, sərhədin delimitasiyası prosesi üçün zəruri xidmətləri göstərməkdə davam edəcək.

“Rusiya bütün zəruri məsləhət xidmətlərini göstərməyə hazır olacaq. Həmçinin, biz azərbaycanlı dostlarımızın təşəbbüs göstərdiyi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasında kömək göstərməyə hazırıq", - deyə S.Lavrov bildirib.

Nazir onu da bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ikinci iclasının vaxtı razılaşdırılır.

"Bir neçə gün əvvəl İrəvana səfərim zamanı baş nazir və xarici işlər nazir ilə danışmışıq. Onlar komissiyanın ikinci görüşündə iştirakla bağlı hazır olduqlarını ifadə ediblər. Bu görüş Moskvada razılaşdırılıb, indi hər iki tərəf üçün uyğun vaxtı seçirik. Mən tərəflərin fikirlərini dəyişdiyi, bu prosesdə iştirak etmək istəmədiyi barədə hər hansı siqnal görməmişəm. Əksinə, mən həm İrəvanda, həm də bu gün burada təsdiq almışam ki, delimitasiya bu mərhələdə bütün səylərin ən vacib komponentidir", - deyə o bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ