Cümə günü, 13 noyabr 2026
     

“Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi 104 illik yolun təqdimatıdır” - Vüqar Rəhimzadə

Image


“Rəşadətli Azərbaycan Ordusu 104 yaşını qeyd edir. 104 ildə keçilən yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir. Artıq iki ildir ki, hər bir bayramı Qələbə ruhunda qeyd edir, işğala son qoyularaq ərazi bütövlüyümüzün təmin olunmasından,  milli qürurumuzun özümüzə qayıtmasından fərəh hissi keçiririk.

Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi  faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinə, siyasi, hərbi  terror aktlarına layiqli cavab oldu. Düşmən üzərində  Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın Müzəffər Sərkərdəsi,  Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyimizin ifadəsi idi. Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında qərarlaşması həm də iqtisadi qüdrətimizin göstəricisidir. Təsadüfi deyil ki, ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində apardığı döyüş əməliyyatları beynəlxalq səviyyədə diqqətlə araşdırılır, dünyanın hərb tarixi dərsliklərinə salınmasının vacibliyi bildirilir.  Tarixi Zəfərimizdən böyük qürur hissi ilə bəhs edən Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin xalqa müraciətlərində, xarici mətbuata çoxsaylı müsahibələrində, beynəlxalq səviyyəli tədbirlərdəki hər bir nitqində  qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı bir dastana çevrildi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda  ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladığı statistik rəqəmlərlə də ifadə olunur: “Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Ölkəmizdə keçirilən Beynəlxalq Müdafiə sərgiləri, Azərbaycan Silahlı Qüvvələri Günündə  hərbi paradlar ölkəmizin bu sahədə malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Ordumuzun qüdrətinin beynəlxalq səviyyədə belə yüksək dəyərləndirilməsi təbiidir. Ermənistanı «məğlub edilmiş ölkə» adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, oğrular, əsgər yeməyini satanlar hesabına formalaşan Ermənistan ordusu fərarilərdən, qorxaqlardan ibarətdir.

Qəhrəmanlıq göstərən Azərbaycanın əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı minlərlədir. Tarixi Zəfərimiz ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı. Dünya ermənilərin apardığı təbliğatın əksinə olaraq Azərbaycan Ordusunu ən güclü ordu kimi gördü və dəyərləndirdi. Şanlı Zəfərimiz, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanın baş nazirinin münaqişənin diplomatik yolla, havadarlarının isə  hərb yolu ilə həllinin mümkünsüzlüyü barədə apardıqları qeyri-ciddi  təbliğatı alt-üst etdi. Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya  aktını imzalamağa məcbur etməklə  döyüş meydanında və informasiya cəbhəsində üstünlüyünü təsdiqlədi. Sübut etdi ki,  bir qarış torpağını belə düşmənə verməyəcək. Qarabağ münaqişəsinin milli qürur məsələsi olduğunu bəyan edən dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində  bütün təzyiqlərə baxmayaraq dəyişməz mövqeyindən bir addım belə geri çəkilmədi. Müharibənin hansı şərtlər daxilində dayandırılmasının mümkünlüyünü  44 günün hər gününü tariximizə Zəfər  səhifəsi kimi yazmaqla  nümayiş etdirdi.  Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərinin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu ermənilərin özləri də təsdiqlədilər.   Dinc əhalini hədəfə alan quldurlardan, xarici muzdlulardan ibarət miskin  Ermənistan ordusundakı biabırçı vəziyyəti “Onların ordusu oğrulardan ibarətdir. Döyüş meydanında, bütün dünya qarşısında rəzil olan ermənilər bundan sonra bu damğa ilə yaşayacaqlar” fikirləri ilə ifadə edən  Prezident İlham Əliyev bildirir ki, Ermənistanın işğalçılıq  siyasəti bu ölkəni siyasi, hərbi, iqtisadi cəhətdən asılı, müstəqil olmayan dövlətə çevirməklə sonda bir daha  uğursuz ölkə kimi təqdim etdi”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  Zəfər  tarixinin  müəllifi  Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi və bəyan etdi ki,  Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır:  “Bu gün  ulu öndər Heydər Əliyevin, müstəqilliyimizin, ərazi  bütövlüyümüzün təmin olunması istiqamətində canlarından keçən Vətən oğullarının ruhları şaddır. Azərbaycan Ordusunun qüdrəti sayəsində işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Bu ərazilərimiz hazırda  toy-büsatlı, çal-çağırlıdırlar. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, Zəfər sevincini  hərbçilərimizlə  paylaşmaları böyük qürurdur. Bu məqamı da xüsusi qeyd etməyi özümüzə borc bilirik ki, dövlət başçısının Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırması, həmçinin Zəfərdən sonra ilk olaraq  1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşməsi də  təsadüfi deyildi. Müharibənin əsas qəhrəmanlarının  həyat yolu, torpaq, Vətən sevgisi  indiki və gələcək nəsillər üçün bir məktəbdir. Hərbçilərlə görüşündə  dövlət başçısı İlham Əliyev ilk görüşün onlarla olmasının səbəbini belə  açıqlamışdı: “Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbrik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Vüqar Rəhimzadə bildirib ki,  Bakının Xətai rayonu ərazisində  açıq səma altında salınan Hərbi Qənimətlər Parkı  hər gün bu məkana üz tutan yüzlərlə  ziyarətçiyə tarixi Zəfərimizin bütün məqamlarını çatdırır: “Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı olan bu  parkda ermənilərin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının nümayişi  işğalçı Ermənistan  və onun havadarları tərəfindən böyük  narahatlıqla qarşılansa da reallıqla barışmaq zamanıdır. O reallıq ki, Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi.  Azərbaycan bu gün qalib tərəf kimi  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasının şərtlərini açıqlayır. Ermənistana edilən  sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını bəyan edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bir daha öz gücümüzə, qüdrətimizə  arxalandığımızı,  haqqa, ədalətə söykənən mövqeyimizi nümayiş etdirir. Bu gün - Azərbaycan Silahlı Qüvvələri Günündə  bir daha böyük fəxr və qürur hissi ilə  bəyan edirik: Zəfərin  mübarək, Azərbaycan! Bu Zəfəri bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və  rəşadətli Azərbaycan Ordusuna eşq olsun!



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ