Cümə günü, 13 noyabr 2026
     

Mətbuat Şurasında “Poliqon” jurnalının 10 illik yubileyi qeyd edildi, jurnalist Rəşad Süleymanovun xatirəsi anıldı

Image


Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ölkəmizin ilk hərbi-texnoloji nəşri olan “Poliqon” jurnalının 10 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Toplantı “Azeri defence” adı ilə fəaliyyətə başlamış mətbuat orqanının qurucusu, jurnalist Rəşad Süleymanovun xatirəsinə ehtiram nümunəsi kimi də yadda qalıb. Tədbirə toplaşanlar mərhumu, şəhid jurnalistləri və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarını bir dəqiqəlik sükutla anıblar.

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Vətənə, doğma yurda hədsiz bağlılığı ilə seçilmiş və peşəkar fəaliyyətini də müqəddəs amallar uğrunda söz mübarizəsinə sərf etmiş Rəşad Süleymanov qısa ömür yolunda hərbi jurnalistika baxımından kifayət qədər böyük sayıla biləcək işlər görüb. 2012-ci ildə yaratdığı “Azeri defence” jurnalı yalnız bilik və bacarığının, əməksevərlik və zəhmətkeşliyinin məhsulu deyildi, eyni zamanda onun arzularını həyata keçirmək istəyinin hədəfi və təntənəsiydi. “Təəssüf ki, Rəşad aramızdan çox erkən ayrıldı. Mən 44 günlük Vətən müharibəsi dönəmində onunla sıx təmasdaydım. Cəbhə ilə bağlı məlumatları ondan alırdım. Ünsiyyətimiz əsnasında gördüm ki, Rəşad hərbi sahəyə çox ciddi şəkildə bələddir. Onun sözləri, danışdıqları yalnız sahəyə bələdçilik yox, işinə məsuliyyətli yanaşan adamın, belə demək mümkünsə, yaradıcılıq manifesti idi. İnanın o qədər maraqlı məqamlara toxunurdu ki, sadəcə heyrətlənirdim. Qürur hissi keçirirdim ki, hərbi sahəni belə müfəssəl bilən həmkarımız var. Sözün əsl mənasında ekspert idi. Bir daha deyim, amansız ölümün onu bizdən çox erkən ayırmasından dərin təəssüf hissi keçirdim. Hesab edirəm ki, Rəşad öz enerjisi ilə daha çox biliklərə yiyələnə bilərdi. Öyrənərdi və öyrədərdi”, - deyən Ə.Amaşov bildirib ki, R.Süleymanovun “Azeri defence” kimi yaratdığı jurnal “Poliqon” adı ilə artıq 10 yaşına çatıb. Qısa müddətdə kifayət qədər populyarlıq, nüfuz qazanıb. MŞ sədri həmçinin “Poliqon” jurnalını Şuranın fəxri diplomu ilə təltif edib. Diplom yubilyar mətbuat orqanının baş redaktoru Zaur Babaşovun və R.Süleymanovun övladlarının iştirakı ilə təqdim olunub.

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, “Poliqon” jurnalının 10 illiyinin qeyd edilməsi ümumən hərbi jurnalistika barədə söz açmaq üçün yaxşı fürsət verir. Hərbi jurnalistikanın durumunu təsnifatlandırsaq, 44 günlük Vətən Müharibəsinə qədərki və ondan sonrakı dövrü ayrımaq lazımdır. Azərbaycan müharibədə qalib olduğundan, onun hərbi jurnalistikasının da qalib ölkənin jurnalistikası kimi davranması, fəaliyyət göstərməsi mütləqdir. N.Məmmədli təmsil olunduğu qurumun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən söz açıb. O bildirib ki, MEDİA ötən müddətdə hərbi jurnalistikanın inkişafına diqqət yetirib, nüfuzlu “Əl-Cəzirə” telekanalının ekspertlərinin iştirakı ilə Bakıda jurnalistlər üçün təlim düzənləyib, bir qrup jurnalistin Türkiyənin Ankara Jandarma Akedimiyasında iki həftəlik kursda iştirakını təmin edib. Şöbə müdiri çıxışında həmçinin vurğulayıb ki, “Poliqon” yalnız hərbi texnoloji baxımdan yox, paralel olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılma tribunası kimi diqqət çəkib. N.Məmmədli jurnalın fəaliyyətinə həssas yanaşılmasını jurnalist Rəşad Süleymanovun miras qoyduğu irsə ehtiram nümunəsi kimi qiymətləndirib.

“Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov çıxışında rəhbərlik etdiyi nəşrin “Azeri defence” adı ilə 2012-ci ildən başlayaraq keçdiyi yola nəzər salıb. O bildirib ki, ölkəmizin hərbi güc strukturlarının istinad etdiyi jurnallardan birincisi statusuna yiyələnmiş “Poliqon” Türkiyə, Qazaxıstan və Gürcüstan bazarında da unikal mövqeyə sahibdir. Cənubi Koreya və Pakistanda nəşrin abunəçiləri var. Z.Babaşov onu da deyib ki, jurnalın indiyədək 63 sayı işıq üzü görüb ki, bunlardan 5-i xüsusi buraxılışdır. Xarici dillərdə çap olunmuş həmin buraxılışlar ADEX, KADEX, IDEF, IDEAS, EDEX, IMDEX, “Silahlar və Təhlükəsizlik”, “Eurasia Airshow”, “Dubai Airshow”, DEFINDEX kimi nüfuzlu beynəlxalq müdafiə sərgilərində yayımlanıb. Mətbuat orqanı bu sərgilərin rəsmi media tərəfdaşı olub. “Poliqon” jurnalının  “poliqon.az” saytında isə Müstəqil Dövlətlər Birliyi coğrafiyasında, Türkiyədə, ümumilikdə dünyada baş verən hərbi-texnoloji yeniliklər haqqında zəngin məlumatlar yer almaqdadır.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında R.Süleymanovu əsl vətənpərvər, Qarabağ acısına içdən yanan söz adamı kimi xarakterizə edib və vurğulayıb ki, əslində “Azeri defence” jurnalını yaratmaq istəyi də jurnalistin məhz Vətənə fayda vermək məramından irəli gəlmişdi. U.Rəhimoğlu hərbi sahənin spesifikliyindən söz açaraq onu da bildirib ki, R.Süleymanovun bu istiqamətdə uğur qazana bilməsi onun gərgin əməyinin, əzminin, Vətən sevgisinin nəticəsiydi.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid R.Süleymanovun jurnalistika ilə bağlı ilk addımlarını “525”də atdığını xatırladıb. O, Rəşadın püxtələşərək yetkin hərbi jurnalist, ekspert olaraq yetişməsini jurnalistin gərgin əməyinin, axtarışlarının bəhrəsi kimi dəyərləndirib. R.Məcid çıxışında eyni zamanda 2016-cı ilin “Aprel müharibəsi”, eləcə də Vətən müharibəsi dönəmində R.Süleymanovun aktiv və peşəkar şəkildə öz vəzifəsini icra etdiyinə diqqət çəkib, bununla əlaqədar xatirələrini bölüşüb.

Azərbaycanda hərbi sahədə ekspertlərə ehtiyacın duyulduğunu diqqətə çatdıran MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı əlavə edib ki, R.Süleymanov bu baxımdan nümunəydi. Rəşadı xüsusi edən cəhət isə onun hərbi ekspert kimi məhz jurnalistikadan çıxması, media cameəsinin yetirməsi olmasıydı.

Hərbi ekspert Üzeyir Cəfərov çıxışında “Poliqon” jurnalını hərbi məktəb kimi dəyərləndirib və nəşrin abunəsinin artırılmasına kömək göstərilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda R.Süleymanovun adının əbədiləşdirilməsini təklif edib, əlaqədar qurumları bu istiqamətdə tədbir görməyə çağırıb.

R.Süleymanovla birgə “Azeri defence” jurnalının yaradılmasına əmək sərf etmiş hərbi ekspert, jurnalist Ramil Məmmədli yubilyar nəşrin gördüyü işin böyüklüyünün üzərindən illər keçdikdən sonra daha yaxşı dərk ediləcəyini vurğulayıb və qeyd edib ki, gələcək nəsil jurnala əsasən Azərbaycanın bu günkü ordusu, müdafiə sanayesi barədə kifayət qədər zəngin məlumat bazası qazanıb.

Hərbi ekspert, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Əlisəfa Mehdiyev çıxışında R.Süleymanovun hərbi jurnalistikaya marağının hələ təhsil aldığı dövrdən formalaşmasından söz açıb. O deyib ki, Rəşad əvvəllər hərbi məsələlərlə bağlı öyrənirdi, ancaq sonradan özü öyrətdi. Belə tezlikdə bunu bacarmaq mümkünsüz idi, ancaq Rəşad qısa ömründə mümkünsüzü reallığa çevriməyə müvəffəq oldu ki, bu isə jurnalistin gördüyü işə olduqca həssas yanaşmasından irəli gəlirdi.

APA-nın baş direktoru Nurşən Quliyev R.Süleymanovun hərbi yönümlü jurnal yaratmaq ideyasının APA-da işlədiyi dönəmə təsadüf etdiyini bildirib. O, mərhum həmkarı barədə çoxlu sayda xoş söz söylənilməsinin mümkünlüyünü deyib: “Amma yalnız bunu bildirim ki, o, əsl vətənpərvər idi, Vətənlə nəfəs alırdı. Rəşad indi aramızda yoxdur, sevindiricidir ki, yadigarı olan “Poliqon” artıq 10 yaşına çatıb”

“Qaziler.az” saytının rəhbəri, hərbi jurnalist Rey Kərimoğlu da R.Süleymanovu vətənpərvər qələm sahibi kimi xarakterizə edib və “Poliqon”u vətənpərvərliklə jurnalistikanın vəhdət məhsulu kimi dəyərləndirib, nəşrin fəaliyyətinin davam etdirilməsinin və gücləndirilməsinin əhəmiyyətli tərəflərindən söz açıb. 

Azərbaycan Respublikasının Dövlət Sərxəd Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Nağı Eyvazov, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin baş redaktoru Albina Ramazanova, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi, polkovnik Rövşən Qaracayev çıxışlarında “Poliqon” jurnalının təmsil olunduqları strurturların əməkdaşları və şəxsi heyətləri üçün başlıca mənbə rolunu oynadığını vurğulayıblar.

MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev “Poliqon” jurnalına güc strukturlarında inam və etimadın mövcudluğunu nəşrin ötən on ilinin böyük qazancı, yüksək mənəvi dividenti kimi önə çəkib. 

Toplantıda çıxış edənlərdən “Aselsan Bakı” şirkətinin direktoru Özgür Kürüm, “Havelsan Bakı” şirkətinin direktoru Erhan Abdullah Kanat, AZELTECH şirkətinin direktoru Samir Süleymanov “Poliqon” jurnalı ilə əməkdaşlıq istiqamətində gördükləri işlərdən söz açaraq yubilyar nəşrin  populyarlığının hərbi-texnoloji yeniliklər barədə cəmiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında mühüm məqam olduğunu vurğulayıblar, qarşılıqlı işbirliyinin bundan sonra da davamlı xarakter alacağına əminliklərinin dilə gətiriblər.

Sonda çıxış edən Rəşad Süleymovun atası Məhəmməd Süleymanov övladının xatirəsinə göstərilən ehtirama, onun yadigarı olan “Poliqon” jurnalının 10 llliyinin keçirilməsinə həssas yanaşdıqlarına görə toplantı iştirakçılarına və nəşrin yaradıcı heyətinə təşəkkürünü bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ