Cümə günü, 13 noyabr 2026
     

Lavrov İrəvanda və Bakıda rus dilinə münasibətlərin böyük fərqini açıq büruzə verdi...

Image


“Biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk”. Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Bir müddət əvvəl isə Lavrov Ermənistanda olarkən bildirirdi ki, orada rusdilli məktəblərin sayını artırmaq istəyirlər. O, Ermənistanda rusdilli məktəblərin sayının az olduğunu dolayısı ilə vurğulayırdı və bu ölkədə yeni məktəblər açmaq niyyətini ortaya qoyurdu. Bildiyimiz kimi, Rusiya xarici işlər nazirinin rus dilli məktəblərlə bağlı bəyanatı Ermənistanda ciddi ictimai narazılıqla qarşılandı.

Rusiya indi baxıb görsün Azərbaycanda rus dilinə, rus dilli təhsilə necə yanaşılır, Ermənistanda necə münasibət göstərilir.

  • “Görünən odur ki, Rusiya Azərbaycanın düzgün mövqe tutduğunu görməyə başlayıb, bu həm də onun dilə gətirilməsidir”

AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrovun Azərbaycana gəlməsi, bundan əvvəl Ermənistanda olması və hər iki ölkədə çıxışlar etməsi Rusiyanın Ukraynada müharibə apardığı şəraitdə əvvəlki nüfuzunu müəyyən bölgələrdə bərpa etmək istəyindən irəli gəlir. “Azərbaycan dövləti, Azərbaycan xalqı həmişə tolerant olub. Çünki biz elə bir mühitdə yaşamışıq ki, burada millətlərarası münasibətlər, millətlərarası ünsiyyət həmişə yüksək səviyyədə olub. Bu da xalqımızın mentalitetindən irəli gəlir. Azərbaycanın paytaxtı Bakı XIX əsrdən başlayaraq bütün dünya xalqlarına qucaq açıb. 1907-ci ildə “Yurddaş” qəzeti yazırdı ki, Azərbaycan dünya proletariatının sərgisidir. Yəni Azərbaycana dünyanın hər yerindən, o cümlədən Rusiyanın müxtəlif bölgələrindən insanlar gəlib çörək qazanırdılar. Biz də bunlara həmişə normal münasibət bəsləyirdik. Ona görə də Azərbaycanda milli münaqişə xalqdan gəlmirdi, bu imperiya siyasətindən irəli gəlirdi. Məsələn, 1905-ci il fevralın 6-da və 9-da Bakıda  baş verən erməni-müsəlman qırğını birbaşa Çar Rusiyasının jandarm siyasətinin nəticəsi idi. İndi də Azərbaycan xalqı o ənənəni davam etdirir, Azərbaycan vətəndaşı olan ruslara həmişə qayğı ilə yanaşır. Onların dilinə hörmət edir, məktəblər yaradır. Azərbaycanda rus dilinə hər zaman böyük hörmət olub və rusdilli təhsilin inkişafına şərait yaradılıb. Amma çox təəssüf ki, Rusiyanın yeritdiyi imperiya siyasəti bunu düzgün qiymətləndirmir. Ermənistanda bir dənə rus dilində məktəb qalmaya-qalmaya, SSRİ dağılandan sonra rus dili sıxışdırılaraq aradan çıxarıldığı halda Azərbaycan xalqı öz ənənəsinə sadiq qalaraq rus xalqına, rus dilinə hörmətlə yanaşıb.  Demək istəyirəm ki, bizim mövqeyimiz düzdür, amma çox təəssüf, Putin, Lavrov başda olmaqla Rusiyanın xarici siyasəti düzgün deyil. Onlar bundan nəticə çıxarıb dinc qonşuluq münasibəti yaratmaq əvəzinə burada V kalon yaradıb dövlətimizi zəiflətmək yolunu tuturlar. Bu da ən çox Rusiyanın özünə ziyandır”.

M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan dövləti Həştərxanda məktəb tikdirib, ölkəmizdəki rus mədəniyyət mərkəzinə hər cür qayğı göstərib, rus icmasının nümayəndəsi parlamentdə təmsil olunur. M.Zülfüqarlının fikrincə, bu amilləri düzgün qiymətləndirmək əvəzinə Rusiya faşist rejimi olan Ermənistana dəstək verir, sülhməramlılar da Qarabağa gəldikdən sonra burada münaqişəni yenidən qızışdırmağa çalışır. “Ona görə də, başda Prezident olmaqla, Azərbaycan xalqı bunların hamısını incəliyinə qədər bilir. Lavrovun da gəlişi yenə də dövlətimizin güclü olduğunu sübut etdi. Lavrov kimiləri gəldi-gedərdir.  Azərbaycan dövləti inkişafdadır, güclənməkdə davam etməkdədir. Bizim öz siyasətimiz var. Rus dilinə hörmətlə yanaşmağımız Lavrova, Putinə görə deyil, bu rus xalqının özünə verdiyimiz dəyərdən və mentalitetimizdən irəli gəlir. Lavrov da açıq görür ki, Ermənistanda rus dili tapdanır, amma Azərbaycanda rus dilinə çox müsbət münasibət var. Bizim ölkədə rus dilində təhsilə xüsusi önəm verilir, Ermənistanda isə rus dilində təhsil ictimai etirazla qarşılanır. Lavrov hər iki ölkədə rus dilinə münasibəti görüb müqayisə etdikdən sonra bu cür etiraf edir. Bu həqiqəti dilə gətirən rusiyalı nazir və onun təmsil etdiyi Rusiya dövləti bəs nə üçün rus dilini tapdaq altında saxlayan Ermənistanın başına sığal çəkir? Bu sualın da cavabını versəydilər yaxşı olardı. Görsənən odur ki, Rusiya Azərbaycanın düzgün mövqe tutduğunu görməyə başlayıb, bu həm də onun dilə gətirilməsidir”.

M.Zülfüqarlı qeyd etdi ki, biz 44 günlük Vətən müharibəsində qələbə qazanaraq dünyaya gücümüzü göstərdik və beynəlxalq aləmdə imicimizi artırdıq. O vurğuladı ki, bundan sonra da ərazi bütövlüyümüzün bərpası, qorunması, dövlətimizin güclənməsi uğurunda heç kəsə güzəştə gedə bilmərik. Azərbaycanın dünyaya inteqrasiyasının gücləndiyini, Zəngəzur dəhlizi açılandan sonra Şərqlə-Qərb arasında bir dəhlizimiz olacağını deyən M.Zülfüqarlının sözlərinə görə, bundan bütün dünya ölkələri bəhrələnəcək. Onun fikrincə, Rusiya ağıllı siyasət yeridərsə o da bundan bəhrələnər, əvvəlki imperiya siyasətindən əl çəkməzsə kənarda qalar.  M.Zülfüqarlının bildirdiyinə görə, necə ki, vaxtilə Ermənistan yürütdüyü işğalçılıq siyasəti ucbatından  Bakı-Tbilisi-Ceyhan  layihəsindən kənarda qaldı, Rusiya da bundan sonra imperiya siyasətindən əl çəkməsə Azərbaycanın böyük bir dəhlizindən kənarda qala bilər: “Biz gücləndikcə və Rusiya zəiflədikcə bu o demək deyil ki, elə buna uyğun siyasətimizi quracağıq, xeyr, əvvəlki ənənələrimizi davam etdirəcəyik. Azərbaycanda yaşayan bütün xalqlara, milli azlıqlara hörmətlə yanaşacağıq. Bu bizim gücümüzü daha da artırır, dünyaya sübut edir ki, Azərbaycan xalqı tolerant xalqıdır, mentalitetində birbaşa başqa xalqlara hörmət var, dinc yanaşı yaşamaq, xalqların dilinə, mədəniyyətinə ehtiram onun əsas qayəsidir. Bu bizim gücümüzdür. Bu yolda da biz həmişə uğurla addımlayacağıq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ