Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ikinci iclasının Moskvada keçirilməsi razılaşdırılıb, indi biz hər iki tərəf üçün uyğun olacaq vaxtı seçirik.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.