Nüfuzlu ABŞ nəşri Azərbaycanda ikinci Qarabağ müharibəsi veteranlarına dövlət dəstəyindən yazdı...

img

“News Blaze” xəbər agentliyi Azərbaycan hökumətinin İkinci Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək istiqamətində gördüyü işlərə məqalə həsr edib.

Trend-in məlumatına görə, məqalədə qeyd edilib ki, yardım bu prosesə xarici həkimləri cəlb edən YAŞAT Fondu vasitəsilə həyata keçirilir.

Belə ki, məqalə müəllifi fond xətti ilə dəstəklənən iki veteranla görüşüb söhbət edib.

Onlardan biri də əlindən və gözündən xəsarət alan 24 yaşlı Arif Hacıyevdir. Materialda qeyd olunur ki, belə yarası olan veteranların çoxuna göz protezi qoyulub, israilli həkimlər isə donor tor qişasını Arifə köçürüblər.

Onun sağalmasında dövlətin dəstəyindən danışan A.Hacıyev qeyd edib ki, YAŞAT fondu sayəsində o, nəinki bütün lazımi müalicəni alır, həm də avtomobil, mənzil və maddi yardımla təmin olunub.

Materialın digər qəhrəmanı isə 11 ildir hərbi xidmətdə olan kapitan Vasif Didəvarzadə olub. İkinci Qarabağ müharibəsi ilə yanaşı, 2016-cı ilin aprel döyüşlərində də döyüşüb.

2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edən V.Didəvarzadə ayağından ağır yaralanıb və 7 əməliyyat keçirib.

Vətəndaşlara müraciət edən Vasif Didəvarzadə deyib: "Gələcək nəsillərə sülh arzulayıram. Bununla belə, hər an Vətəni müdafiə etməyə hazır olun".

Peşə etikası

Son xəbərlər