Cümə günü, 13 noyabr 2026
     

Rusiya da Minsk Qrupunun üzərindən xətt çəkdi

Image


ATƏT-in Minsk Qrupunun dirçəldilməsi ilə bağlı Ermənistanın cəhdlərinə növbəti sərt zərbə Rusiyadan gəlib. Şimal qonşumuz bəyan edir ki, Minsk Qrupunun fəaliyyəti mümkünsüzdür. Rusiyanın bu mövqeyi ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin açıqlamalarından sonra səslənib.

Qeyd edək ki, bu günlərdə Cənubi Qafqaz ölkələrinə səfər edən Karen Donfrid “Azatutyun” radiosuna müsahibəsində bildirib ki, Vaşinqton əvvəlki kimi ATƏT-in Minsk Qrupu həmsədrliyi prosesinə sadiqdir: “ABŞ Dağlıq Qarabağ məsələsində vacib rol oynayan Minsk Qrupu həmsədrlərindən biridir. Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”. Dövlət katibinin köməkçisi Vaşinqtonun Ukraynaya qarşı müharibə fonunda Minsk Qrupunda həmsədrlik formatını dayandırması fikrilə razılaşmayıb: “Bu doğru deyil. ABŞ bəyan edir ki, Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyir. Biz əvvəlki kimi, bunu özəlliklə Qarabağ məsələsində vacib format hesab edirik. Sülhü irəli aparmaq üçün müxtəlif formatları qoruyub saxlamağımız çox vacibdir. Bunu gələcəkdə də edəcəyik”. Minsk Qrupunun rolunun bitməsinə dair Azərbaycanın bəyanatlarına gəlincə, Donfrid bu mövzunun Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə qaldırıldığını bildirib: “Azərbaycan Minsk Qrupunun həmsədrliyini dəstəkləmir. Birləşmiş Ştatlar dəstəkləyir, bu prosesdə iştirak edir və bunu davam etdirəcək… Mənim Azərbaycan prezidenti ilə söhbətimdə xeyli mövzudan danışdıq, ATƏT-in Minsk qrupunun həmsədrliyinə də toxunduq”. İndi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət katibinin köməkçisinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən olduqca maraqlı məqamlara toxunub: “ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridin bəyanatının səmimiliyinə şübhə edirəm. Vaşinqton və Paris həqiqətən də ATƏT-in Minsk Qrupu həmsədrlərinin unikal vasitəçilik formatını vacib hesab etsəydi, fevralın 24-dən nümayişkaranə şəkildə heç bir məsləhətləşmə aparılmadan Minsk Qrupunun Rusiyadan olan həmsədri ilə təmasları kəsməzdilər. Bununla da Minsk Qrupu üçlüyünün işinə sağalmaz ziyan vurulub. İndi isə belə danışırlar. İndiyə kimi onların bu məlum addımının səbəbi ilə bağlı aydın izahat verilməyib. Zəmanət yoxdur ki, onların bu cür hərəkətləri bir daha təkrarlanmayacaq. Özünü guya heç nə baş verməyib kimi aparmaq, sadəcə olaraq, alınmayacaq. Yeni reallığı nəzərə almaq lazım olacaq. Düşünürəm ki, “stavkalar” bizi təcrid etməyə qoyulmuşdu, lakin onlar yanıldılar, səhv hesabladılar, öz konsepsiyaları ilə uğursuz oldular, bizdən özlərini təcrid etdilər. Xarici dünya Avroatlantika ilə məhdudlaşmır. Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır. Rusiya tərəfi ayrı-ayrı xarici oyunçuların siyasiləşdirilmiş addımlarının regionda sülh və sabitliyin bərpa olunması ilə bağlı səyləri pozmasına imkan verə bilməz”.

Beləliklə, Rusiyanın da yanaşması budur ki, Minsk Qrupunun fəaliyyət göstərməsi artıq mümkünsüzdür. Xatırladaq ki, Ermənistan münaqişənin həllini Minsk Qrupu çərçivəsində görmək istədiyini təkidlə bəyan edir. Azərbaycan isə 44 gün davam edən İkinci Qarabağ müharibəsi vaxtı və ondan sonra da Minsk Qrupunun fəaliyyətini tənqid edib. Azərbaycan prezidenti İlham Əliyev “Qlobal dünya düzəninə təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı qrupla bağlı bildirib ki, ATƏT-dən mandat alan Minsk Qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac qalmayıb. Dövlət başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk Qrupunun üç həmsədrinin görüşünün mümkünsüzlüyünü hamı anlayır: “Biz artıq Minsk qrupu həmsədrlərinin institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq. Onlar artıq təqaüd yaşına çatıblar. Biz artıq Minsk qrupu həmsədrlərinin institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq. Onlar artıq təqaüd yaşına çatıblar. Beləliklə, mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq oyadır. Biz münaqişəni həll etdik. Minsk Qrupu tərəfindən hazırlanan Madrid prinsipləri yerinə yetirilib. İndi biz Ermənistanla münasibətləri normallaşdırmaq yolları barədə düşünməliyik, sülh sazişi imzalamalıyıq”. Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Minsk Qrupunun taleyi ilə bağlı dedikləri azı üç onillikdir fəaliyyət göstərən bu qrupun taleyini sual altına alıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla bu ilin aprelində Moskvada keçirilən birgə mətbuat konfransında Rusiya xarici işlər naziri deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlər üçlüyünün gələcək taleyi məlum deyil. Sergey Lavrovun sözlərinə görə, bunun səbəbi ABŞ və Fransanın mövqeyidir: “Bizim ABŞ və Fransa, necə deyərlər, tərəfdaşlarımız rusofob məstliyi ilə Rusiya Federasiyasına aid olan nə varsa, ləğv etməyə çalışaraq bəyan ediblər ki, bizimlə bu formatda ünsiyyət saxlamayacaqlar. Bu onların səlahiyyətidir, əgər onlar Qarabağda və ümumiyyətlə Zaqafqaziyada tənzimləmə üzrə maraqlarını qurban verməyə hazırdırlarsa, bu onların seçimidir”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan, bütün istəklərinə rəğmən, bir daha Minsk Qrupu formatını görməyəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ