Cümə günü, 13 noyabr 2026
     

Ukraynadan sonra rusların hədəfi bilindi – Baltikyanı...?

Image


“İndi rusiyalıların Estoniya ərazisinə yönəlmiş raket hücumlarını imitasiya etdiyi təlimləri var”. Bunu Estoniyanın müdafiə naziri Kusti Salm Finlandiyanın “İltalehti” qəzetinə bildirib.

Müdafiə naziri, həmçinin, Rusiya helikopterinin Estoniyanın hava məkanını pozduğunu xatırladaraq, bunun son zamanlar dəfələrlə baş verdiyini vurğulayıb: “Rusiya helikopterləri bir neçə dəfə sərhəd pozuntusuna yol verib. Söhbət sahildən 50 mil uzaqlıqdakı gəmilərdən və ya təyyarələrdən getmir, helikopterlərdən gedir. Helikopter sərhədi təsadüfən keçmir”. Xatırladaq ki, iyunun 18-i axşam saatlarında Rusiyanın “Mi-8” sərhəd gözətçi helikopteri Estoniyanın cənub-şərqindəki Koydula bölgəsində Baltikyanı ölkənin hava məkanını pozub. Qanun pozuntusu ilə bağlı etiraz olaraq Rusiya səfiri Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb. Bunlar fonunda iddialar yayılıb ki, Ukraynadan sonra Rusiyanın hədəfi Baltikyanı ölkələr olacaq. Bəzi rus ekspertlərinin fikrincə, Rusiya ilə dinc şəkildə birlikdə yaşamaq prinsiplərini rədd edən Baltikyanı ölkələr Ukrayna ssenarisi üzrə demilitarizasiyaya can atırlar. Bu fikir Litva ərazisindən Kalininqrada Qərbin sanksiyalarına düşən bir sıra yüklərin tranzitinin dayandırılmasından sonra daha da artıb.  Litva iyunun 18-də Kalininqrad vilayəti ilə Rusiyanın əsas ərazisi arasında sanksiyaya məruz qalan yüklərin daşınmasını dayandırıb. Bundan sonra Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov bildirib ki, Litvanın bu qərarı regionun iqtisadi cəhətdən blokadaya alınması deməkdir. Onun sözlərinə görə, Rusiya qərarın yenidən nəzərdən keçirilməsini tələb edəcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edir ki, Moskvanın Litvanın Avropa İttifaqının sanksiyaları altında olan malların Kalininqrad vilayətinə tranzitini qadağan etməsinə reaksiyası diplomatik yox, praktik xarakter daşıyacaq:  “Əsas suallardan biri cavabın diplomatik olub-olmayacağı ilə bağlıdır. Cavab “yox”dur. Cavab diplomatik deyil, praktik olacaq”. Federasiya Şurasının üzvü Andrey Klişas isə Rusiyanın buna cavabının çox sərt olacağını deyib. Rusiya Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri və Liberal Demokrat Partiyasının lideri Leonid Slutski bildirib ki, Litvanın hərəkətlərinə cavab olaraq Rusiya Litva yük maşınlarının öz ərazisindən tranzitinə qadağa qoya bilər: “Biz sırf siyasi qərar, antirusiya qərarını görürük. Cavab olaraq biz nəzəri şəkildə Litvanın yük maşınlarının Rusiya ərazisindən tranzitinə qadağa qoya bilərik. Litva Klaypeda vasitəsilə Avropa yüklərinin tranzitindən ciddi pul qazanır, ona görə də bu onlar üçün böyük zərbə olacaq”.

Litva prezidenti Qitanas Nauseda isə qeyd edir ki, ölkəsi Rusiyanın qeyri-dost hərəkətlərinə hazırdır. O bildirib ki, Rusiya Kalininqrad vilayətinə yüklərin tranzitinin dayandırılmasına cavab olaraq respublikanı BRELL enerji halqasından ayıra bilər: “BRELL enerji halqası Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın enerji sistemlərinin vahid cərəyan tezliyində sinxron işləməsi üçün sistemdir. Bu müqavilə 2001-ci ildə imzalanıb. Bu sazişə əsasən, beş ölkənin elektrik ötürücü xətləri ümumi fəaliyyət prinsipləri əsasında şərti enerji halqasına birləşdirilib və elektrik enerjisinin mübadiləsini və bir-birinin ehtiyatla dəstəklənməsini təmin edir”. Rusiyanın sabiq baş naziri Mixail Kasyanov da bu fonda qeyd edir ki, Ukrayna müharibədən məğlub çıxarsa, sırada Baltikyanı ölkələrdir. Onun sözlərinə görə, rəsmi Moskvanın Ukraynaya qarşı müharibəsinin nəticəsi Rusiyanın gələcəyini müəyyənləşdirəcək. ABŞ-ın “The Hill” nəşri də yazır ki, Rusiya rəhbərinin iştahı artır: “Bir sıra Avropa ölkələri potensial qurban ola bilər. Prezident Vladimir Putin Ukraynaya qarşı müharibə ilə məhdudlaşmayacaq. O, digər ölkələri, o cümlədən NATO üzvlərini ələ keçirməyə cəhd edə bilər. Putin Rusiya imperiyasının sərhədlərinə qayıtmağa çalışır. Bunun üçün o, bir sıra Avropa ölkələri üzərində nəzarətə nail olmalıdır. Putinin potensial qurbanlar siyahısına təkcə Estoniya, Latviya  və Litva deyil, həm də Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir. NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi barədə qərar qəbul etməkdir. Rusiyaya qarşı sanksiyalar Putini qoşunlarını Ukraynadan çıxarmağa sövq etməsə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, “müdafiədə oynamaq” kifayət deyil”. Qeyd edək ki, bundan öncə Ukrayna prezidenti Volodimir Zelenski Qərb dünyasına xəbərdarlıq edərək, Rusiyanın hücumlarının ölkəsilə kifayətlənməyəcəyini bildirmişdi. Bunlar fonunda Baltikyanı ölkələr ərazilərində NATO qüvvələrinin artırılmasını istəyir. Bu məsələ bir neçə gün əvvəl NATO baş katibi Yens Stoltenberqin Estoniya, Latviya və Litvanın baş nazirləri ilə görüşündə əsas diqqət mərkəzində yer alıb.  NATO-nun baş katibi və baş nazirlər alyansın şərq qanadında NATO-nun müdafiə mövqeyinin əhəmiyyətli dərəcədə gücləndirilməsini müzakirə ediblər. Hazırda NATO-nun birbaşa komandanlığı altında, əsasən alyansın şərq hissəsində, o cümlədən Estoniya, Latviya və Litvada 40 min hərbçi var. Bu ayın sonunda Madriddə keçiriləcək NATO sammitində liderlər yeni təhlükəsizlik reallığı ilə bağlı alyansın mövqeyini müzakirə edəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ