Prezident İlham Əliyev tapşırıq verdi - Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərdi...

"Təyyarəmiz 10 nəfər heyətlə Türkiyədəki yanğınların söndürülməsində iştirak edəcək"

img

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.

Trend-in məlumatına görə, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin aviasiya xidmətinin rəisi, general-mayor Əşrəf Qasımov deyib.

O bildirib ki, təyyarəmiz bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək: "Bildiyiniz kimi, ötən il də qardaş Türkiyədə baş verən yanğının söndürülməsində iştirak etmişik. Bu, yanğınların söndürülməsində çox effektiv təyyarədir. Suyun üzərində durmadan 18-20 saniyə ərzində 12 tona yaxın sugötürmə qabiliyyətinə malikdir".

 

Peşə etikası

Son xəbərlər