Cümə günü, 13 noyabr 2026
     

Paşinyan bu dəfə də qalib gəldi – müxalifətdən etiraf...

Image


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deputat mandatından istefa verməklə bağlı ölkə parlamentinin sədri Alen Simonyana ərizə təqdim edib. Parlament sədrinin mətbuat katibi Tsovinar Xaçatryan faktı təsdiq edib.

Parlamentin reqlamenti haqqında qanuna əsasən, Artur Vanetsyan qanunverici orqanın sədrinə ərizə təqdim etdikdən sonra bir həftə ərzində ərizəsini geri götürməsə, səlahiyyətlərinə xitam veriləcək. Vanetsyan isə bildirir ki, artıq özünü indiki parlamentdə görmür: “Ermənistan vətəndaşları bu hakimiyyətin dağıdıcı fəaliyyətinin qarşısını almaq və ölkəni fəlakətdən çıxarmaq üçün bizə səs verdi. Lakin məncə, bu parlament məqsədə çatmaq üçün effektiv platforma ola bilmədi”. Onun sözlərinə görə, rəhbəri olduğu “Hayreniq” (“Vətən”) partiyası fəaliyyətini parlamentdən kənarda davam etdirəcək. Bundan başqa, “Hayreniq” partiyası ölkə parlamentindəki Ermənistan Respublikaçılar Partiyası ilə birgə yaratdığı “Şərəf duyuram” blokunda fəaliyyətini de-fakto olaraq dayandırır. Deputat mandatının onun üçün heç vaxt məqsəd olmadığını, sadəcə “ölkəyə və dövlətə xidmət” aləti olduğunu vurğulayan Vanetsyan hesab edir ki, bu gün bu alət artıq bu məqsəd üçün keçərli deyil: “Bu gün biz vətənimizi itirmək ərəfəsindəyik, daha səhv etməyə haqqımız yoxdur. Mübarizənin alternativi yoxdur və dəfələrlə dediyim kimi, bu gün erməni xalqı, Ermənistan və Qarabağ uğrunda mübarizədə partiya bayraqları, bölücü xətlər və statuslar yoxdur. Bu bizim milli mübarizəmizdir, biz “Hayreniq” Partiyasının üzvləri onu xalqımızla birlikdə davam etdirəcəyik”. Qeyd edək ki, bu il aprelin 17-də İrəvanın Azadlıq meydanında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə oturaq aksiya keçirən Vanetsyan bildirirdi ki, müxalifət bu mübarizədə uğur qazana bilməsə və əvvəlki kimi Nikol Paşinyan baş nazir postunu tutmağa davam edəcəyi təqdirdə parlamentə qayıtmayacaq. Vanetsyan sədri olduğu parlament partiyasının 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı seçicilərin onlara göstərdiyi etimadı doğrultmadığını əsas gətirərək deputat mandatından imtina barədə Mərkəzi Seçki Komissiyasına da ərizə ilə müraciət etdiyini bildirib.

Daxil olduğu blokun parlamentdəki fəaliyyətinin səmərəsiz olduğunu deyən Vanetsyan fikrini belə davam etdirib: "Özümü bu parlamentdə görmədiyimi bir neçə dəfə bəyan etmişdim. Səbəb isə sadədir, vətəndaşlar ona görə bizə səs vermişdilər ki, biz hakimiyyətin destruktiv fəaliyyətinin qarşısını alaq, ölkəni indiki vəziyyətdən çıxaraq, lakin fikrimcə, bu alınmadı”. Bütün bunlar o deməkdir ki, erməni müxalifəti Paşinyana uduzduğunu artıq qəbul edir. Artur Vanetsyanın addımları bunun faktiki təsdiqidir. Digər tərəfdən, onun gedişləri sabiq prezident Serj Sarkisyanı da pis vəziyyətdə qoyur. Çünki Artur Vanetsyan Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar Partiyası ilə birgə yaratdığı “Şərəf duyuram” blokunun da varlığına son qoyur. Vanetsyan indi onu da iddia edir ki, Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırlaşır. Ermənistanın “Qraparak” nəşri yazır ki,  Paşinyan müxalifətçilərdən hələ də siyasi dəstək və gedişlər baxımından öndədir: “Paşinyana qarşı müxalifətçilər birləşib, sonra mərkəzdənqaçma mübarizə elan ediblər, bəzən Ermənistan parlamentini mübarizənin səhnəsinə çeviriblər. Yazılmış və yazılmamış üsullarla mübarizə aparmağa çalışırlar, lakin Paşinyan və komandası kreslolara o qədər möhkəm yapışıblar ki, onlara qarşı istənilən taktika və alət acizdir. 2 ay əvvəl, aprelin 17-də Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan “Azadlıq meydanı”nda oturma aksiyasına başlayan və mübarizənin başlanğıcını qoyan ilk şəxs idi. Bir neçə gün sonra meydan mübarizə mərkəzinə çevrildi. Bir tərəfdə Vanetsyan öz komandası ilə dayanmışdı, digər tərəfdə isə Rüstəm Qasparyanın qardaşının rəhbərlik etdiyi “Qara bəbir” dəstəsi var idi. Müqavimət hərəkatı bir ay yarımlıq mübarizədən sonra “Fransa meydanı”nı açdı və fərqli taktika seçərək başlanğıc mövqelərə qayıtdı. Mübarizənin son mərhələsində iştirak etməyən Artur Vanetsyan müqavimət hərəkatından ayrılaraq başlatdığı mübarizəni davam etdirmək barədə bəyanatla çıxış edir”. Xatırladaq ki, apreldən bu yana İrəvanda müxalifət tərəfdarları müxtəlif küçə etirazları və aksiyaları keçirir, “Fransa meydanı”nda çadırlar qururlar. Lakin iyunun 14-də müxalifət bunun hərəkatın “strukturunu və taktikasını” dəyişdiyini bildirərək, çadırları sökmək qərarına gəlib. Paşinyanın tərəfdarları bildiriblər ki, etiraz hərəkatının faktiki dayandırılması müxalifətin tələblərinin Ermənistan cəmiyyətində geniş dəstək qazanmadığını göstərir. Ermənistanın “1in.am” nəşri də yazır ki, parlament müxalifətinin “Fransa meydanı”nda çadırları yığışdırmaq qərarından sonra verilən ictimai reaksiya artıq bu müxalifətin olmadığı təəssüratını yaradıb.
Qeyd olunur ki, Ermənistan cəmiyyəti arasında da belə bir təəssürat və qiymətləndirmə var: “Əlbəttə, de-fakto söz parlament müxalifətinin yaşadığı kifayət qədər səs-küylü fiaskodan gedir. Ancaq bu o demək deyil ki, müxalifət fəaliyyətini dayandırıb. Üstəlik, bu barədə söhbət getsə belə, ən mühüm sual yaranır: Ermənistanın siyasi meydanında bundan sonra nə baş verəcək? Bu sahə hələlik müxalifətsiz qalıb? Ermənistanda daxili siyasi vəziyyətlə bağlı müzakirələrdə ən mühüm suallar açıq qalır. Hələlik “məzmun” “Fransa meydanı” ətrafında fırlanmağa davam edir, sadəcə olaraq müxtəlif forma və tonlarda gedir. Təbii ki, praktik olaraq sıfır nöqtəsindəki məzmun boşluğunun qısa müddətdə doldurula biləcəyini düşünmək sadəlövhlükdür. Problem ondadır ki, hətta bu boşluğu doldurma prosesinə başlamaq cəhdləri də, çox nadir hallar istisna olmaqla, demək olar görünməzdir. Buna görə də Ermənistanda nə qədər çadırlar yığışdırılsa da, “Fransa meydanı”ndakı çadırların ətrafında daxili siyasi həyat hələ də praktiki olaraq davam edir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ