İlham Əliyev Azərbaycan və Özbəkistan üçün kənar təhdidlərə zamanında reaksiya verdi...

Emin Həsənli: “Əvvəl böyük güclər kənarda qalıb başqa ölkələri bir-biri ilə vuruşdururdusa, indi bu prosesə terror təşkilatları da qoşulur”

img

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyayev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib ki, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır: “Bu gün Şövkət Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib.

Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq”.

Maraqlıdır, hər  iki ölkə üçün kənar təhdidlər deyəndə Prezident nəyi nəzərdə tutur?

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir çox Orta Asiya türk ölkələrinin kursantları Azərbaycanın hərbi məktəblərində təhsil alıb: “Azərbaycanın hərbi məktəbləri Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında çox böyük və dünya standartlarına uyğun təhsil müəsissələrinə çevrilib. Bizim hərbi məktəblərin həm maddi-texniki bazası yüksəkdir, həm də kadr potensialı zəngindir. Kadrların çoxu qardaş Türkiyədə təlimlər keçib. Azərbaycanın bu uğurlarından qardaş ölkələrin yararlanması çox gözəl olar. 44 günlük müharibədə isə Azərbaycan Ordusu ciddi təcrübə qazandı. Bu potensialdan qardaş ölkələrin yararlanması lazımdır. Həmin ölkələrlə birgə hərbi təlim keçirilsə yaxşı olar. Hesab edirəm ki, bunu bir az da genişləndirib, türkidilli ölkələrin vahid ordusu şəkilinə salmaq olar. Bunun da regionda və dünyadakı təhlükəsizliyə ciddi töhfəsi ola bilər. Prezidentin bəyan etdiyi təhdidləri biz görürük. Bura Yaxın Şərqdə və Ukraynada baş verən prosesləri aid edə bilərik. Dünya separatizm və terrorizmdən çox böyük əziyyət çəkir. Biz elə çoğrafiyalarda yerləşirik ki, belə amillərdən də mütləq sığortalanmalıyıq. Əvvəl böyük güclər kənarda qalıb başqa ölkələri bir-biri ilə vuruşdururdusa, indi bu prosesə terror təşkilatları da qoşulur. Onlar sülh və təhlükəsizliyə təhdid yaratmaq gücünə sahibdirlər. Bu baxımdan da, qardaş ölkələr belə təhdidlərdən qorunmaq üçün bir-biri ilə daha yaxından əməkdaşlıq etməlidirlər. Həm də ordularının imkanlarını birləşdirməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər