Cümə günü, 13 noyabr 2026
     

Avropa qaza qənaət rejiminə keçdi, Azərbaycanın mövqeyi gücləndi...

Image


“Azərbaycan Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada yaranmış enerji böhranının aradan qaldırılmasında öz rolunu oynayacaq”. Belə bir açıqlama ilə Almaniyanın “Jebsen & Jessen” şirkətinin MDB ölkələri və Türkiyə üzrə satış direktoru Stefani Meyer-Sidov çıxış edib.

O qeyd edir ki, müharibəyə görə başqa ölkələrin də Avropanın enerji təchizatına qoşulmaq imkanı var: “Bildiyim qədər, Azərbaycanın Avropadadakı vəziyyəti yaxşılaşdırmağa kömək etməsi ilə bağlı artıq danışıqlar aparılır”. O, “report”a açıqlamasında Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malik olduğunu da vurğulayıb: “Düşünürəm ki, ölkə iqtisadiyyatının köhnə neft-qaz iqtisadiyyatından yeni, yəni bərpa olunan enerji iqtisadiyyatına keçirilməsi planlaşdırır. Bu, Avropa ixracatçıları üçün çox vacibdir, çünki biz texnologiya ixrac edirik və Azərbaycanı yaxşı tərəfdaşımız kimi görmək istərdik”. Qeyd edilənlər fonunda Avropa rəsmiləri artıq özləri də bildirir ki, Azərbaycan bu gün Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha mühüm rol oynamağa başlayır. Məsələn, İtaliyanın baş naziri Mario Draqi bu xüsusda qeyd edir: “Müharibə başlayandan bu günə kimi bizim hökumət Rusiya qazına alternativ tədarük mənbələri tapmaq üçün sürətlə hərəkətə keçdi. Əlcəzairdən tutmuş Azərbaycana qədər müxtəlif təchizatçı ölkələrlə mühüm sazişlər bağlamışıq və bərpa olunan enerji də daxil olmaqla yeni investisiyaları təşviq etmişik. Bu tədbirlər sayəsində gələn ilin əvvəlində Rusiya qazından asılılığımızı əhəmiyyətli dərəcədə azalda bilərik”. “Reuters” agentliyi isə yazır ki, Avropa Norveç kimi öz istehsalçılarından və Azərbaycan da daxil olmaqla, digər dövlətlərdən daha çox boru kəməri təchizatı axtarır.Agentlik Azərbaycan və digər ölkələrin Avropanın enerji təchizatında rolunun artdığını vurğulayır.Qeyd edilir ki, Rusiya qaz böhranı dərinləşdikcə Avropa, xüsusən də Almaniya tənəzzül riski ilə üzləşir: “İtaliyanın qışda daha dərin böhrandan qaçmaq üçün şirkətlərə qaz anbarını doldurmalarına kömək üçün maliyyə dəstəyi təklif etməyi nəzərdən keçirəcəyini bildirən bir sənaye qurumu xəbərdarlıq edib ki, Rusiya qaz tədarükü onsuz da zəiflədiyi təqdirdə Almaniya müəyyən tənəzzüllə üzləşəcək: “Avropa İttifaqı üzvləri müharibədən əvvəl qaza olan tələbatının 40 %-ə qədərini Rusiyaya güvənirdi.  Almaniya üçün bu rəqəm 55 %-ə yüksəlib, ölkə onsuz da gərgin olan qlobal qaz bazarını doldurmaq üçün böyük boşluğa yol verib. Bəzi ölkələr buna cavab olaraq kömür elektrik stansiyalarını bağlamaq planlarını müvəqqəti olaraq ləğv etdilər. Qaz qiymətləri rekord səviyyələrə çataraq, inflyasiyanın artmasına səbəb olub və Avropanı iqtisadi uçurumdan geri çəkməyə çalışan siyasətçilər üçün çətinlikləri artırıb. Almaniyanın iqtisadi assosiasiyalarından biri 2022-ci il üçün iqtisadi artım proqnozunu fevralın 24-də - müharibə başlamazdan əvvəl gözlənilən 3,5 %-dən yenidən nəzərdən keçirərək 1,5 %-ə endirib. O, Rusiya qazının nəqlinin dayandırılmasının Avropanın ən böyük iqtisadiyyatında tənəzzülü qaçılmaz edəcəyini bildirib”. İş o yerə çatıb ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek ölkədə qış dövrü üçün qaz ehtiyatları ilə bağlı vəziyyətin ciddi olduğunu etiraf edib və elektrik stansiyalarının fəaliyyətinin təmin olunması üçün mavi yanacağı qənaətlə işlətməyə, eləcə də kömürdən istifadəni genişləndirməyə çağırıb. Onun sözlərinə görə, qış aylarınadək ölkədə ən azı 90 faiz qaz ehtiyatı olmalıdır, bu gün isə qaz anbarları yalnız 57 faiz doldurulub:  “Bu göstərici mövsüm üçün pis deyil, lakin ehtiyatın çatışmayan hissəsini yayda tədarük və qənaətlə əldə etməliyik”. Qazıntı yanacaqlarından istifadəyə qarşı çıxan “yaşıllar” partiyasını təmsil edən nazir vəziyyətdən çıxış yolu kimi bütün vasitələrlə qazdan istifadəni azaltmaq və kömürlə işləyən elektrik stansiyalarını yenidən şəbəkəyə qoşmaq təklifini irəli sürüb:  “Mən indi partiya proqramından uzaq durmağa və Almaniyada tədarükün təhlükəsizliyini təmin etmək üçün əlimdən gələni etməyə çalışıram”. Eyni zamanda, Rusiyanın qiymətləri qaldırmaq üçün Avropaya qaz nəqlini azaltdığını deyən nazir Almaniyanın bu ssenariyə hazır olduğunu bildirib.  Niderlandın İqlim və Enerji Siyasəti naziri Rob Yetten də vəziyyətin ağır olduğunu bildirir: “Avropa, o cümlədən Niderland əlavə tədbirlər görmədən qaz anbarlarının qışa qədər dolacağına zəmanət verə bilməz”. O əlavə edib ki, Rusiyadan Avropaya ümumi qaz tədarükü sürətlə azalır, ona görə də bundan sonra qazın hər kubmetri hesablanır: “Bununla əlaqədar Nazirlər Kabineti şirkətləri və ev təsərrüfatlarını yay ayları da daxil olmaqla, mümkün qədər enerjiyə qənaət etməyə çağırır”.

İndi hesab edilir  ki, bu şəraitdə Azərbaycan və digər mənbələrdən qaz idxalının artması Avropada vəziyyəti qismən düzəldə bilər. Lakin bunun üçün Azərbaycan üzərindən Türkmənistan qazının alışı prosesinin sürətləndirilməsi də vacib hesab edilir. Artıq bu istiqamətdə Avropa ölkələrinin aktiv fəaliyyətə keçdiyi də məlumdur.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ