Xəzəryanı dövlətlərin XİN başçılar Aşqabadda toplaşır...

img

İyunun 28-də Aşqabadda Xəzəryanı dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O qeyd edib ki, həmin iclas iyunun 29-a planlaşdırılan altıncı Xəzər sammitinin hazırlığına həsr olunacaq.

M.Zaxarova xatırladıb ki, nazirlərin bu formatda əvvəlki görüşü Aktau şəhərində keçirilmişdi:

"Xatırladım ki, 2018-ci il avqustun 11-də Xəzər dənizinin hüquqi statusu barədə konvensiya tarixi sənədi imzalanmışdı. Aşqabadda XİN rəhbərlərinin görüşündə Xəzərdəki əməkdaşlığın icmalını nəzərdən keçirmək və Xəzər "beşliyi"nin prezidentlərinin qarşıdakı görüşünə hazırlıq çərçivəsində gələcək əməkdaşlığı müzakirə etmək planlaşdırılır", - deyə o bildirib.

Peşə etikası

Son xəbərlər