Cümə günü, 13 noyabr 2026
     

Ermənilər Laçını son talançılıqla tərk etməyə başladı

Image


10 noyabr 2020-ci il bəyannaməsinə uyğun olaraq, alternativ yol hazır olan kimi Laçın şəhəri və Laçın yolunun üzərində yerləşən bir neçə kənd də Azərbaycanın tam nəzarətinə keçəcək və oradan rus sülhməramlıları çıxarılacaq. Bu fonda “Sputnik Armenia”nın əməkdaşı, erməni bloger Nairi Oxikyan maraqlı bir məlumat yayaraq bildirib ki, Laçından çıxmağa hazırlaşan ermənilər bu yerləri talan edir.

Onun sözlərindən belə bəlli olur ki, Laçın şəhərinin bu ilin iyulunda və ya ilin sonuna qədər Azərbaycana veriləcəyindən narahat olan ermənilər orada olan evləri söküb materiallarını Ermənistana daşıyırlar.
Oxikyan Laçının talandığını bu şəkildə etiraf edib: “Ermənistan hökumətinə və onun rəsmilərinə müraciət edirəm: Laçını talamağı dayandırın. Gözləyin”. Erməni bloger iddia edir ki, Azərbaycan ordusunun Laçına daxil olmasına imkan verməyəcəklər. Halbuki, bunun cəfəngiyayt olduğunu, İrəvanın öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini Oxikyan yaxşı bilir. Xatırladaq ki, Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan 10 noyabr birgə bəyanatının 6-cı maddəsində Laçın dəhlizinə alternativ yolun çəkilməsi ehtiva edilib. Həmin bənddə qeyd edilir ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan yolu nəzərdə tutulandan daha tez inşa edir və onun gələn ay istifadəyə verilməsi gözlənilir. Alternativ yol Ermənistanın Qərbi Zəngəzurdakı Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndiyə çatacaq. Bu yolun istifadıyə verilməsi ilə Laçın şəhəri ordumuzun nəzarətinə keçəcək. Məsələ ilə bağlı “armenian.info”  portalı yazır ki, Bakı istədiyini alacaq: “Bu günlərdə Nikol Paşinyanın parlamentdə sülh gündəminin uğur qazanacağına heç kimin zəmanət verə bilməyəcəyi barədə bəyanatı, demək olar ki, dərhal İlham Əliyevin yeni hərbi yönümlü bəyanatı ilə müşayiət olunub. İlham Əliyev Zəngəzur dəhlizi haqqında danışaraq deyib ki, dəhliz açılmasa, sülh haqqında danışmaq çətin olacaq. O əmin edib ki, Ermənistan müvafiq bəyanatı imzaladığı üçün Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququ var. Nikolun pis niyyətli açıqlamalarının kökü və motivi üzə çıxmış kimi görünür. Əsas problem Zəngəzur dəhlizi adlı layihədir ki, onun da haqqında Bakı və İrəvanın ən azı formal olaraq fərqli fikirləri var. Erməni tərəfi daim yolları açmağa hazır olmasından danışırsa, lakin həmin yolların dəhlizsiz məntiqlə işləyəcəyini vurğulayırsa, İlham Əliyev niyə hədələyir? Yaxud İlham Əliyev Ermənistanın bəyanat imzaladığını deməklə nəyi nəzərdə tutur? Söhbət 10 noyabr sənədindən gedirsə, o zaman dəhliz ifadəsi sırf Laçın məsələsində işlədilir. Amma elə bu bəyanat da Laçın dəhlizinə alternativ yolun çəkilməsini ehtiva edir. İndi Azərbaycan Ermənistanın bu öhdəliyinə əməl etməsini istəyir”.

Bununla yanaşı o da məlumdur ki, Ermənistanın hansısa müqaviməti Azərbaycanın sərt cavab tədbirləri ilə müşayiət ediləcək. Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov "publika.az”a açıqlamasında bu xüsusda bildirir: “Azərbaycanın elit qoşunları, yeni yaradılan komando birləşmələri, eləcə də daha əvvəl yaradılmış xüsusi təyinatlı qüvvələrin çox hissəsi Qarabağın dağlıq hissəsindədir. Ona görə də onlar Laçın dəhlizini bağlamağa cəhd göstərə bilməzlər. Laçın şəhəri də bizim nəzarətimizdədir, gediş-gəlişlə bağlı müəyyən tənzimləmələr aparılır. Biz təkcə Laçın haqqında düşünürüksə, bu dünyada yaşamamalıyıq. Artıq Qərbi Azərbaycan məsələsini düşünürük, ona görə də ermənilər sarsaq-sarsaq hərəkətlər eləməsinlər. Əgər xoşluqla verməsələr, dəhlizi də alacağıq, Göyçə gölünü də, İrəvanı da. Ora da Azərbaycanındır. Azərbaycan Prezidenti iki dəfə onların böyüklərinə də, kiçiklərinə də xəbərdarlıq elədi. Hamı gördü ki, 44 günlük müharibədən sonra hansı faciəvi duruma düşdülər. Onların heç nələri yoxdur, bizim qabağımızda nə ilə duracaqlar?! Bəlkə onlar həmin torpaqlarda doğulublar?! Bəlkə ermənilərin normal zabit və hərbi kadrlar hazırlamaq üçün pulları var?! Yoxdur! Öz elit qoşunlarını yaratmaq imkanlarına malik deyillər. Azərbaycan, Ermənistandan fərqli olaraq, mütəmadi qaydada genişmiqyaslı hərbi təlimlər keçirir. Ermənistanın isə bu cür böyük təlimləri keçirməyə pulu və imkanı yoxdur. Qarabağ müharibəsi də göstərdi ki, Azərbaycan ordusu dağlarda, meşələrdə, çətin keçilən yerlərdə, şəhər döyüşlərində böyük təcrübə qazanıb. Biz bu cür döyüşlərə yenə hazırıq. Eləcə də hər bir zabit və əsgərimiz də hazır olmalıdırlar. Lazım olan məqamı isə Ali Baş Komandan bilir. Ermənilərin Laçınla bağlı axmaq fikirləri isə özlərini arxayınlaşdırmaq üçündür, mitinqlərdə xal qazanmaq üçün danışırlar. Azərbaycan heç vaxt Ermənistana uduzmayıb. Bu, heç zaman baş verməyib. Ona görə də Laçın dəhlizini, bir sıra bəzi yaşayış məntəqələrini, eləcə də Qərbi Azərbaycanı işğaldan azad eləmək üçün heç bir problemimiz yoxdur. Laçının özü isə bizim əlimizdədir. Sadəcə olaraq təxliyələr və hərəkət üçün yollardan istifadə ilə bağlı hələlik Ali Baş Komandan icazə verib. Ali Baş Komandan tapşırıq verərsə, qısa müddətdə Xankəndiyə də nəzarəti bərpa edə bilərik” General Aydəmirovun fikrincə, oradakı ağıllı ermənilərin hamısı bizim tabeliyimizə keçmək istəyir: “Çünki yaşayış və təminat yaxşı olacaq. Babat maaş, pensiya da alacaqlar. Bizim ordumuz üçün Qazaxın 7 kəndini, ümumiyyətlə, 7-8 yaşayış məntəqəsini almaq problem deyil”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ