Putin Ərdoğanı Suriya əməliyyatından çəkindirmək üçün Türkiyənin qazını kəsirmi?

img

Maraqlı hadisələr baş verir. "Qazprom" “Türk axını”nın hər iki xətti ilə Türkiyəyə qaz nəqlini öz dediyinə görə bu il iyunun 21-dən 28-dək müvəqqəti olaraq dayandıracaq. Qərar qaz xəttində illik planauyğun təmirlə izah edilir. Əlbəttə, texniki təmir zərurəti hər zaman mümkündür. Lakin bu hadisənin məhz indi baş verməsi təsadüf hesab edilməyə bilər. Çünki...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Hamı bilir ki, siyasətdə toqquşmalar, uzlaşmalar, davamlar, inkarlar heç bir halda təsadüf olmur. Bu günlərdə Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı aparacağını rəsmən bəyan etdi. Rusiya bu əməliyyata qarşı olduğunu dərhal və birmənalı bəyan etdi. Rusiyanın məntiqi ayındır. Rusiya kürd silahlılarını Suriyada Əsəd hakimiyyətinin tərəfdarına çevirmyə çalışır və bu üzdən kürdlərin əleyhinə Türkiyənin hər hansı əməliyyat aparmasını istəmir. Məhz bu üzdən birmənalı şəkildə Türkiyənin Suriyada son əməliyyat planlarına qarşı çıxdı və hətta rəsmi şəkildə Ərdoğana "Suriyadakı planlardan çəkinin" mesajını verdi... Təbii ki, Ərdoğan bu mesajı qəbul etmədi və hələlik öz bildiyi ilə hərəkət etməkdə israrlıdır...

Bax belə bir vaxtda Rusiya Türkiyəyə qaz nəqlini 8 günlüyə dayandırmaq qərarı verir. Düşüncəmə görə, bunların üst-üstə düşməsi təsadüf deyil... Bu qərarın Türkiyəni Suriyada əməliyyatlardan çəkindirmək üçün təzyiq xarakterində olması istisna deyil...

Xatırladım ki, “Türk axını” Qara dəniz üzərindən Rusiya qazını Türkiyəyə nəql edən qaz kəməridir və 2020-ci ilin əvvəlində istifadəyə verilib. İllik 31 milyard kubmetr qaz nəql etmək gücündədir.

Peşə etikası

Son xəbərlər