Cümə günü, 13 noyabr 2026
     

“Bu gün Bakı ilə yanaşı regionlarımız da iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir” - Vüqar Rəhimzadə

Image


“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz işini yekunlaşdırsa da tədbir çərçivəsində səsləndirilən bəyanatlar, mesajlar, keçirilən görüşlərdə müzakirə olunan məsələlər Azərbaycan və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.

Hər dövrün öz tələbi olmaqla yanaşı, hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsi, yeni yanaşmaların ortaya qoyulması da  mütləqdir. Bu gün dünya, o cümlədən Cənubi Qafqaz regionu artıq Azərbaycanın yaratdığı postmünaqişə dövrünün reallıqlarını yaşamaqdadır. Dövlət başçısı İlham Əliyev Forumun açılışındakı nitqində bir daha vurğuladı ki, indi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsaq, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.  

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan bu gün təkcə bu istəyini ifadə etmir: “Ölkəmiz 30 illik işğal dövründə daim bu bəyanatla çıxış edirdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulmalı, bu gün haqqında artıq keçmiş zamanda danışdığımız Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək göstərilməli,  Ermənistan işğalçılıq siyasətinə görə beynəlxalq hüquq çərçivəsində layiqli cəzasını almalıdır. Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan, dünyanın bəzi güclərinin maraqları naminə həlli prosesi 30 ilə uzanan keçmiş Qarabağ münaqişəsi regionun iqtisadi inkişafında maneə kimi dəyərləndirilirdi. Otuz il həllini gözləyən  Qarabağ münaqişəsi sonda dövlətimizin qətiyyəti,  rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixin arxivinə göndərildi.  Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi,  Ermənistan o zamanlar vaxt qazanmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi: “Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət  başçısı İlham Əliyev regionun gələcəyi ilə bağlı Azərbaycanın yeni yanaşmalarından bəhs edərkən bu fikri xüsusi qeyd edib ki,  biz 30 il itirdik və erməni işğalı olmasa idi  Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi:   “Azərbaycan müharibə şəraitində yaşasa da daim iqtisadi qüdrətinin artırılması istiqamətində mühüm addımlar atır və bu, öz növbəsində digər sahələrin də inkişafını şərtləndirirdi. Bu fikri böyük inam və qətiyyətlə qeyd edirik ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa sosial və iqtisadi layihənin uğurlu icrasından danışmaq qeyri- mümkündür. Azərbaycan  iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ilə regonal inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Forumda diqqət göstərilən məsələlərdən biri məhz  enerji təhlükəsizliyinin təmin olunması və Azərbaycanın bu sahədə töhfələri oldu.  Regional  çərçivədə qurulan əməkdaşlıq  zaman keçdikcə coğrafiyasını daha da genişləndirdi. Bu gün artıq Cənub Qaz Dəhlizinin tam şəkildə istifadəyə verilməsindən bəhs olunur. Dövlət başçısı İlham Əliyev Forumdakı nitqində qeyd etmişdir ki, Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır.

Bu ilin fevral ayında Bakıda  keçirilimiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısında da  gələcək addımlar müzakirə edilmişdi. Enerjiyə olan daxili tələbatını tam təmin edən Azərbaycan  bir çox ölkələrin artan ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir.  Bərpa olunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövrün hədəfləri  öz əksini tapıb ki, bunlardan biri  işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsidir. Azad edilən rayonlarımızın hər biri bu sahədə özünəməxsus potensiala malikdir.”

Vüqar Rəhimzadə  hər bir beynəlxalq əhəmiyyətli tədbirin  Azərbaycanın, o cümlədən iştirakçı dövlətlərin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynadığını önə çəkərək bildirib ki, ölkə Prezidenti İlham Əliyev Forumdakı nitqində  əsas diqqəti postmünaqişə dövrünün reallıqlarına yönəldərək Azərbaycanın  regionda   yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyinin güclənməsindən, bu hədəflərə nail olmaq üçün bölgədə dayanıqlı  sülhün və təhlükəsizliyin təmin olunmasından bəhs edərək  sülh müqaviləsinin imzalanmasının  vacibliyini bəyan etdi: “Təbii ki, atılan addımlar qarşılıqlı olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü 44 günlük Vətən müharibəsində dünyaya sübut etdi, bu halda Ermənistanın İkinci Qarabağ savaşında aldığı dərsi unudaraq sülh müqaviləsinin imzalanmasında tərəddüdlər içərisində vurnuxması diqqətdən  kənarda qala bilməz. Təbii ki,  bu tərəddüdlərin əsasında Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyinin  bərpa edilməsi istəyi dayanır. Dövlət başçısı İlham Əliyev Forumda bu məqama da xüsusi diqqət yönəltdi ki, ATƏT-in Minsk qrupunun  fəaliyyəti sıfırla nəticələnib.  ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur: «Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.”

YAP Xətai rayon təşkilatının sədri  dövlət başçısı İlham Əliyevin  nitqində yer alan bu məqama da diqqəti yönəldib: “Ölkə Prezidenti bildirdi ki, Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər?

Təbii ki, bu sual  Ermənistanla yanaşı, ona dəstək verən dövlətlərə də ünvanlanmalıdır. Ermənistanı sülh müqaviləsini imzalamağa inandırmaq əvəzinə,  daha çox seyrçi mövqe tutan bu dairələr bununla  regionda  dayanıqlı sülhü və təhlükəsizliyi sadəcə sözdə dəstəklədiklərini təsdiqləyirlər. Necə ki, 30 illik işğal dövründə Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamə qəbul edir, konkret məqam yetişəndə susmağa daha çox üstünlük verirdilər. Ermənistanın 30 il danışıqları imitasiya naminə aparmasında da ərköyün uşaq kimi əzizlənməsi əsas  rol oynayırdı. Bugünün reallıqlarına gəldikdə isə Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Bu reallıqlar yeni əməkdaşlıq formatlarının yaradılmasını, kommunikasiyaların açılmasını bir tələb kimi qarşıya qoyur. Bunun üçün əsas amil bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi təmin etməkdir. Dövlət başçısı İlham Əliyev Forumda təhlükəsizlik tədbirlərinin önəmini açıqlayaraq bu çağırışı etdi ki, hər bir ölkə bu tədbirlərə öz töhfəsini verməlidir.”

Vüqar Rəhimzadə diqqəti həm də  Forumun bir panel iclasının Şuşada keçirilməsinə yönəldib: “Artıq Qarabağın tacı, Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşa diplomatik mərkəzə çevrilib. Son ilyarımdan artıq dövrdə  paytaxt Bakımızın  ev sahibliyi etdiyi elə bir tədbir yoxdur ki, həmin toplantıların ya yekun iclası, yaxud açılış mərasimi  Şuşada  keçirilməsin. 28 il Şuşanı erməniləşdirmək üçün  cəhdlər göstərən Ermənistan hakimiyyəti  bu gün  Şuşadan səslənən bəyanatları eşitmək,   bu torpağın sahibinin Azərbaycan olduğunu qəbul etmək məcburiyyətindədir. Bu gün bir daha böyük fəxr və inam hissi ilə qeyd edirik ki, nəinki paytaxt Bakı, həmçinin regionlarımız da  iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ