Cümə günü, 13 noyabr 2026
     

Eynulla Mədətli səfir olduğu ölkə barədə maraqlı kitab yazdı - Pakistan...

Image


“Azərbaycan həqiqətləri İran tarixşünaslığında”, “XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında”, “İranda Azərbaycan tarixi məsələləri” və başqa kitabların müəllifi, sabiq diplomat, AMEA-nın Fəsləfə və Sosiologiya İnstitutunun  elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” monoqrafiyası əsasında nəşr edilən kitab elmi ictimaiyyət tərəfindən çox böyük maraqla qarşılanıb.

Təkcə elmi ictimaiyyət deyil, bu kitaba əli çatan hər kəs ona maraq göstərir. Bu kitaba, əsasən də ona görə maraq göstərilir ki, onu uzun illər diplomatik fəaliyyətlə məşğul olan bir alim yazıb. Əlbəttə, indiyə qədər həm Azərbaycan, həm də əcnəbi diplomatlar fəaliyyət göstərdikləri ölkələr barədə kitablar, xatirələr yazıblar, qeydlər ediblər. Bütün bunlar isə ən sevilən əsərlərə çevrilərək oxucuların stolüstü kitabı olub. Pakistan Azərbaycana əbədi dost, qardaş olan bir dövlətdir və bizi çox qədim və etibarlı tellər bağlayır. Əsrlərdir davam edən bu əlaqələr bütün müstəvilərdə özünü göstərib. 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda fövqaladə və səlahiyyətli səfiri vəzifəsində işləyən Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” kitabı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələr qurulmasının 30 illiyinə həsr olunub. Kitabda qardaş Pakistan İslam Respublikasının qədim tarixi, mədəniyyəti, dini təkamül prosesi, islama qədərki və islamdan sonrakı dövr, müstəqillik tarixi barədə dolğun və maraqlı məlumat verir. Sabiq səfir xatirələri, təəssüratları, qeydləri və konkret elmi məxəzlər əsasında yazdığı kitab Pakistanın tarixini öyrənənlər üçün çox dəyərli bir elmi mənbədir desək yanılmarıq.

Kitab Prezident İlham Əliyevin  “Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk” fikirləri ilə açılır. Pakistan xalqının və onun dövlətçilik tarixinin ən vacib məsələlərini əks etdirən “Pakistan: qısa tarixi-siyasi oçerklər” adlı elmi monoqrafiyanı vərəqləyərkən Pakistan dövlətinin, Pakistan xalqının, Pakistanın dövlətçiliyi, müstəqilliyi uğrunda mücadilə verən şəxsiyyətlərin həyat və mübarizəsi gözlərimiz önündə canlanır. Muğal İmperatorluğu barədə verilən maraqlı informasiyalar, o ərazidə mövcud olan tarixi dövlətlər, Məhəmməd Əli Cinnahın milli mübarizəsi, Əllamə Məhəmməd İnqibalın müsəlmanların ayrıca dövlətə malik olması ideyası, Pakistanın etnik mənzərəsi, habelə Pakistan dövlətinin xarici dövlətlərlə əlaqələri, bölgədəki gücü, nüfuzu kitabda geniş şərh edilib. Əsərin elmi və siyasi əhəmiyyəti danılmazdır.

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı kitab haqda yazır: “...Əsərin elmi və siyasi əhəmiyyətini artıran məsələlər içərisində Pakistan dövlətinin etnik və mədəni sisteminin təhlili, tarixlər boyu Pakistanda baş verən islami hərəkatlar və dini təriqətlərin şərhi, Pakistan dövlətçiliyində dinin rolu, dövlətin həyata keçirdiyi xarici siyasət strategiyası, dövlətin regional və beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli münasibətlərinin əksi mühüm yer tutur. Müəllifin müxtəlif dövrlərdə Pakistanla bağlı yazdığı bəzi məqalələrin, xüsusilə də, Azərbaycan-Pakistan münasibətlərinə həsr olunmuş araşdırmaların bu əsərdə yer alması   monoqrafiyanın elmi və siyasi əhəmiyyətini artıran əsas amillərdəndir...”

Pakistan təkcə 44 günlük Vətən müharibəsində bizə qaxmar çıxmayıb. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini elan edir, dekabrın 12-də isə Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyır. Pakistan Türkiyədən sonra dövlət müstəqilliyimizi tanıyan ikinci  dövlət olur.

Azərbaycan və Pakistan İslam Respublikası arasında hərtərəfli əlaqələrin genişlənməsində Heydər Əliyevin misilsiz rolu da kitabda əks olunub və konkret faktlarla verilib. Əlbəttə, bu əlaqələr Prezident İlham Əliyevin dövründə daha da genişlənərək özünün ən yüksək mərhələsinə çatıb. Kitabda o da xüsusi vurğulanır ki, Xocalı soyqırımını tanıyan, erməni vandalizmini qınayan, vaxtilə Ermənistanın Azərbaycana etdiyi təcavüzlə barışmayan dövlətlərdən biri Pakistan olub. 2012-ci ildə Pakistan senatı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi Xocalı soyqırımını rəsmən tanıyıb.

Bütün bunlar Pakistan-Azərbaycan qardaşlığının əsas göstəricilərindən biridir.

Hesab edirik ki, tanınmış alim E.Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” monoqrafiyası, burada öz əksini tapan məzmunlu fikirlər, faktlar, təsvir edilən hadisələr, başlıcası isə tarixi qədim dövrlərə dayanan iki xalqın münasibətləri, ticari-iqtisadi, ədəbi-mədəni, tarixi əlaqələri barədə qeydlər çoxsaylı oxucular tərəfindən böyük maraqla qarşılanacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ