Cümə günü, 13 noyabr 2026
     

Çürük ideyalı sifarişləri icra edən müxalifətin getməsinə ehtiyac var - ANALİTİK

Image


I YAZI

Əslində, siyasi müxalifət haqqında bəhs edərkən və ya polemikaya daxil olarkən sırf və əzəli müxalifətçilərlə müzakirə aparmaq daha məqsədəuyğun olardı. Çünki etiraf edək ki, Azərbaycanda son 30 ildə müxalifətin autsayderlər pyedestalında yer almalarına baxmayaraq, belələri ən azından mənsub olduqları cameəni daha yaxşı tanıyırlar. Fəqət, uğursuz müxalifətin “uğur” qazanması yollarını arayıb-axtaranlar əqidə dəyişkənliyinə, ya da reneqatçılıq “standartlarına” aiddirlərsə onların ümumiyyətlə, siyasi müxalifət anlayışına malik olmaları bütövlükdə cəmiyyət üçün, ictimai rəy üçün şübhələr doğurur.

Etiraf edək ki, 30 ildir bir “qazana” döyəcləyən və yalnız onun dınqıltısından həzz almaqla “biz gəlirik” şüarlarını səsləndirən sözdə müxalifətin demək olar ki, bütün potensialları, imkanları tükənib və ən əsası, bu gün onlara bel bağlayan müəyyən xarici təşkilatlar da əslində çoxdan əllərini üzüblər.

Dünyanın heç bir sivil ölkəsində müxalifət özünü bu qədər alçaldaraq xalqı zorla, söyüşlərə məruz qiymaqla mitinqlərə və aksiyalara cəlb etməyib

30 il heç də az vaxt deyil və bu illər ərzində hakimiyyətə iddialı olanlar ən əsas faktoru - xalq dəstəyini qazanmağa müvəffəq ola bilməyiblər. Bu amilə diqqət yetirək və mühüm bir xatırlatmanı edək – biz dəfələrlə şahidi olmuşuq ki, hazırkı dövrə qədər yüzlərlə, bəlkə də daha çox icazəli-icazəsiz mitinqlər, aksiyalar keçirilib, amma onların heç biri bir nəticə verməyib. Bütün bunlardan sonra isə əsas “günahkar” kimi xalq ittiham hədəfinə alınıb. Üstəlik, kifayət qədər faktlar var ki, sosial şəbəkələr və s. üzərindən aksiya çağırışları edənlər mitinqlərə qatılmayanlara əvvəlcədən söyüşlər, təhqirlər ünvanlayırdılar. Yəni kim mitinqə gəlməsə filandır-behməkandır və s.

İndi gəlin nəticə çıxaraq və sual edək: bu kimi vasitələrlə 30 ildir var-gəl edən müxalifətin ciddiliyinə inam ola bilərmi? Əlbəttə ki, əsla! Dünyanın heç bir sivil ölkəsində müxalifət özünü bu qədər alçaldaraq xalqı zorla, söyüşlərə məruz qoymaqla mitinqlərə və aksiyalara cəlb etməyib və biz hələ 2000-ci ilin ilk vaxtlarında “Qələbə” kinoteatrı qarşısında keçirilən ənənəvi xarakter almış pullu (rüşvətli) mitinqləri demirik...

“Lidersizlikdən” bütləşdirməyə doğru – növbəti gülünc mənzərə

Və bu gün də siyasi gündəmdə qalmaq üçün (bəli, məhz qalmaq üçün!) müxtəlif gedişləri ilə baş qatan “ənənəvilər” zaman-zaman özlərindən saxta və eyforik siyasətçilər çevrəsi yaratmaqla novatorsayağı “ideyalarını” önə sürürlər, hətta zaman-zaman özlərindən başqa heç kimin “lider” adlandırmadıqları fərd(lər)i BÜTLƏŞDİRMƏKLƏ (!) məşğuldurlar.

Bəli, ölkəmizə, demokratik cəmiyyətimizə siyasi yenilikçi və ideyalar verən müxalifətə hər zaman ehtiyac olub. Amma bu o demək deyil ki, müxalifət yalnız dağıdıcılıq, hakimiyyətin atdığı hər hansı addıma qarşı qərəzçilik, ya da aqressiya nümayiş etdirməlidir və ən əsası, müxalifətçilik xalqa, dövlət maraqlarına qarşı deyil, hökumətə qarşı olmalıdır və biz də xalqın bir nümayəndəsi olaraq ötən 30 ildə bunu görmədik. Gördüyümüz isə müxalifətdaxili qarşıdurmalar, parçalanmalar, bloklaşmalar və blokdançıxmalar, ziddiyyətlər, hətta təhqirlər və s. rüsvayçı hadisələr oldu. Və bütün bunlardan sonra hər hansı bir reneqat “xanımın” (“bəy” də ola bilər) və ya beşinci kolon üzvünün məlum məqsədlə ayrıca bir fərdi “ağ atlı xilaskar” kimi zorla ictimai rəyə sırıması, bütləşdirməsi çox gülünc görünür.

30 il hətta ən müxtəlif xarici dairələrdən maddi və s. dəstəklər alanlar bu müddətdə heç bir siyasi uğura imza atmağı bacarmayıblarsa, xalq onlara neçənci dəfə “şans” verməlidir?

Daha bir amil: göründüyü kimi, bu gün müxalifətdəkilərin özləri də etiraf edirər ki, onlar lider axtarışındadırlar və bu, heç də yeni təşəbbüs deyil. DİQQƏT: əgər müxalifət özünə lider axtarışına çıxıbsa və bu yeni təşəbbüs deyilsə onda belə nəticə çıxarmaq olmazmı ki, 30 ildir “hakimiyyətə gəlirik” deyib həm özlərinin həm də azsaylı tərəfdarlarının başlarına qatanlar bu vasitə ilə ötən illər ərzindəki fəaliyyətlərinin uğursuzluğunu etiraf edirlər? Və ya 30 il hətta ən müxtəlif xarici dairələrdən maddi və s. dəstəklər alanlar bu müddətdə heç bir siyasi uğura imza atmağı bacarmayıblarsa, xalq onlara neçənci dəfə “şans” verməlidir? Axı fakt budur ki, ortada ciddi siyasi nailiyyət mövcud deyil və hazırkı dövrə qədər onlardan qopanların da sayı yüzlərlədir!

Keçək növbəti faktda. Hazırda ölkəmizdə istər parlamentdə, istərsə də parlamentdənkənar onlarla partiyalar var və onların hər biri məhz bir şineldən çıxıblar, nəticədə isə parçalanaraq ayrılıblar. Əbəs deyil ki, Azərbaycanda iki cinah müxalifəti mövcuddur – konstruktivlər və qeyri-konstruktivlər. Konstruktivlər dağıdıcılıq, pula satılmaq, xarici dairələrə agentlik etmək tipli siyasətin onlara heç bir səmərə, başucalığı gətirməyəcəyini dərk edərək əsas xətt kimi dövlətçilik maraqlarını üstün tutanlardırdan ibarətdirlər. Onlar milli və xalqçılıq dəyərlərinə xas olan siyasi normalara dürüst əməl edərək uğur qazanırlar. Bəs qeyri-konstruktivlər necə? Artıq bu sualın cavabı yuxarıdakı qeydlərdə vurğulanıb...

Gün işığında şam tutmaqla “lider” axtaran “ənənəvilər” əllərində əsas “silah” kimi “demokratikya” şüarını saxlayırlar

Təəssüf ki, siyasi mübarizə vasitələrini politoloji deyil, apolitoloji “meyarlarla” ölçən və 30 ildir gün işığında şam tutmaqla “lider” axtaran “ənənəvilər” əllərində əsas “silah” kimi “demokratikya” şüarını saxlayırlar. Sirr deyil ki, özlərini “demokratik müxalifət” adlandırıb ayrıca cinah kimi təqdim edənlər həmçinin “Qərb standartları” deyilən vasitəni də anti-milli xarakterdə təbliğ edirlər. Azərbaycanın Qafqaz və Şərq xarakterli mühitinə yad olan, ümumilikdə milli-mənəvi dəyərlərimizə xas olmayan istənilən addımı dəstəkləməklə məhz xarici havadarlarından dəstək umanlara özünü, kimliyini tanıyan, hörmət qoyan hansı azərbaycanlı dəstək göstərə bilər? Məgər biz LGBT, cinsi azlıqlar kimi yad “cismlərin” milli heysiyyatımıza zorla sırındığı olayları unutmuşuqmu? Təbii ki, unutmamışıq, amma “lider” axtarışında olanlar məhz bu kimi kirli stereotipləri də cəmiyyətimizə calamağa çalışırlar və təbii ki, xalq tərəfindən rədd edilirlər. Və bunların heç biri əsla demokratiya deyil, antidemokratiyadır, özü də anti-Azərbaycan dairələrin xüsusi olaraq, yəni planlı diktə sifarişləri əsasında milli kimliyimizə bağlamaq istədikləri vasitədir. Beləliklə, biz ortaya daha bir faktoru çıxarmış oluruq – anti-Azərbaycan dairələrin diktatura xarakterli siyasətlərinin “ənənəvilər” vasitəsi ilə cəmiyyət ortasına atılması cəhdləri!

Məgər təkcə bu faktın özü bütöv bir xalqın, millətin, dövlətin maraqlarını necə deyərlər bir “keçi qılına” satmaq anlamını daşımırmı?

Yeri gəlmişkən, bu gün Azərbaycan iqtidarı dialoq mühitinin inkişafı və şaxələnməsi yönündə daha çevik və münbit qərarlar verir. Əbəs deyil ki, bir çox müxalifət siyasi partiyaları ümummilli və ümumdövlətçilik məsələlərində hakimiyyətlə eyni cinahdan çıxış edirlər, eyni platformanı bölüşürlər. Üstəlik, onların da siyasi idarəçilik mexanizmlərində irəli sürdükləri ideyaları dəyərləndirilir, mümkün vasitələrlə işə salınır, gündəmə çıxarılır.

Məsələn, 44 günlük Vətən müharibəsi dövründə və eyni zamanda Şuşa Bəyannaməsinin imzalanması zamanı ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın siyasi müxalifət partiyaları hakimiyyətə dəstək bəyanatını imzaladılar. Amma kənarda qalanlar da oldu – kimlər? Bəli, heç də yanılmadınız, “ənənəvilər” dediyimiz radikallar, qeyri-konstuktivlər, dağıdıcılar, xalq dili ilə desək “milli xainlər”. Və bilirsinimzi nəyə görə? Ona görə ki, xidmət göstərdikləri məlum xarici dairələr onlara bu qadağanı qoydular! Məgər təkcə bu faktın özü bütöv bir xalqın, millətin, dövlətin maraqlarını necə deyərlər bir “keçi qılına” satmaq anlamını daşımırmı? Məgər dövlətin işğalçılarla apardığı haqq mübarizəsinə dəstək bəyanatından kənarda qalmağı başqa hər hansı adla dəyərləndirmək olardımı? Axı Şuşa Bəyannaməsi kimi tarixi və dövlətimizin dayaqlarını, sərhədlərini daha etibarlı şəkildə müdafiə etməsini əks etdirən sənədə dəstək imzasını atmamağı başqa cür necə adlandıra bilərik?!

İndi ara-sıra sosial şəbəkələrdə havadarlarına xoş gəlmək üçün gah söyüş söyən, gah da “ağıllı və politoloji terminlərlə şərhlər” yazan biriləri bütün bunlara görə vicdan əzabı çəkirlərmi? Əsla, bunun üçün sadəcə və sadəcə vicdana sahib olmaq gərəkdir!

Azərbaycan xalqı isə ağı-qaradan çox gözəl seçir!

Zaman-zaman Tunisdə, Misirdə, Liviyada və s. Şərq ölkələrindəki hakimiyyət dəyişikliklərini xatırlayan “ənənəvilərin” başbilənləri qiyam və inqilablardan sonra həmin ölkələrdəki vəziyyətin nə qədər dəhşətli şəkildə bu dəyişdiklərinin fərqinə varmırlarmı? Bu ölkələrdəki inkişaf və tərəqqinin Qərbin müdaxiləsi sayəsində məhv edilməsini Azərbaycan xalqı öz ölkəsində görmək istəyirmi? Təbii ki, xeyr və mümkün deyil! Yaxud, bu gün Ukraynada cərəyan edən dəhşətli hadisələrin kökündə də bilavasitə Qərbin layihəsi olan Maydan hadisələri dayanmırmı? Əlbəttə ki, dayanır!

Xüsusi bir xatırlatmanı da etmək yerinə düşərdi – xatırlayırsınızsa, “ənənəvilərin” təəssüf ki, öz ailə siyasətini doğru-dürüst idarə edə bilməyən və buna görə də sağlam düşüncəli cəmiyyətimiz tərəfindən çoxsaylı iradlara məruz qalan “liderlərindən” birinin Ermənistanın siyasi lideri Nikol Paşinyana öygülər, təriflər yağdırması faktı da unudulmayıb və bu gün onlar 30 illik uğursuzluqlarının səbəblərini özlərində axtarmaları yerinə gah “velosipedli”, gah “arabalı”, ga da “atlı” görüntüsündə “lider” axtarır, ara-sıra xalqı da təhqir edirlər. Nədir ki, xalq bunları istəmir və heç vaxt da istəməyəcək, çünki el dili ilə desək, kor-kor, gör-gördür, hər şey göz önündədir. Azərbaycan xalqı isə ağı-qaradan çox gözəl seçir!

Əli Kərimli bu ölkənin milli dövlətçilik maraqlarının sarsılmasında, dağıdılmasında sözün əsl mənasında öncüllük təşkil edib

Açığını desək, bu gün axtarılan” liderin” nədənsə məhz AXCP sədri Əli Kərimlinin olduğunun önə sürülməsi isə qətiyyən heç bir anlaqlıq çərçivəsinə sığmır. Bu gün pasport davası döyən Əli Kərimli həmin şəxsdir ki, vaxtilə “liderim” dediyi mərhum Əbülfəz Elçibəyə qarşı olmazın xəyanətlər törətdi, onun siyasi ideyalarına zidd addımlar atması ilə nə qədər böyük xain olduğunu isbatladı və bütün bunlar sənədli, sübutlu, stenoqramlı qaydada arxivlərdə saxlanılmaqdadır. Təkcə həmin arxivlər açılsa nə qədər dəhşətli həqiqətlərin üzə çıxacağını isə təsəvvürə gətirmək belə qorxuncdur. İndi ölkənin pasportuna sahib olmaq istəyən Əli Kərimli bu ölkənin milli dövlətçilik maraqlarının sarsılmasında, dağıdılmasında sözün əsl mənasında öncüllük təşkil edib. Əslində, beləsinə Azərbaycan pasportunun verilməsi də hüquqi cəhətdən demirik, amma mənəvi cəhətdən doğru olmazdı...

Sonda isə bir mühüm qeydi də etmək yerinə düşərdi. “Bütləşdirilmiş” və “daş bütə” çevrilmiş, yalnız ona itaət edilməsi yönündə var-gəl edən bir reneqat “xanımın” uyğunsuz “tanrı” təqdimatı heç yerinə düşmür. Özəlliklə Əli Kərimli kimi bir tipajın üzərində öz təbirincə “ştixlər” qurması isə reallıqda bariz uğursuzluq etiraflarının ən pik həddi kimi qiymətləndirilə bilər. Qərbdəki bəlli dairələrin xüsusi sifarişi əsasında “asan yolla hakimiyyətə gəlmək şansının” da heçə endirilməsi isə artıq boya-boy görünməyə başlayıb.

(Ardı var)

Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redkatoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ