Çin generallarının Tayvanı işğal planı sızdırıldı - Müharibəyə başlamaqdan çəkinməyəcəyik

img

Ukraynada müharibə tam sürətlə davam edərkən, bu ölkədən minlərlə kilometr aralıda Sakit okeanından da dünyanı narahat edən xəbərlər gəlir.

Çin və Tayvan arasındakı gərginlik azalmaq bilmir. Hər iki tərəfin sərt açıqlamaları fonunda müharibə ehtimalı da artır, Çindən sızan görüntülər isə bu ehtimalın nə qədər güclü olduğunu bir daha gözlər önünə sərir.

Belə ki, Tayvan müharibəsinə hazırlaşan çinli general və rəsmilərin görüşünün audioyazısı yayılıb.

İngiltərənin “The Sun” qəzeti yazır ki, görüşdən çəkilmiş kadr ABŞ-da yaşayan çinli müxalif qrup tərəfindən paylaşılıb.

Xəbərdə bildirlir ki, Çin rəsmilərinin sözügedən toplantıda 140 min əsgərdən ibarət işğal planını müzakirə etdiyi eşidilir. Səs yazısında Çin rəsmisinin “müharibəyə başlamaq və Tayvanı əzməkdən çəkinməyəcəklərini” dediyi məqamlar da var.

Sözügedən səs yazısını ABŞ-da yaşayan Çin əsilli mühacir Vanq Dinqanq tərəfindən qurulan Lude Media yayıb. Lude Media, səs yazısını yüksək rütbəli hərbçilərdən aldıqlarını iddia edir.

Tayvan rəsmiləri bu yaxınlarda paytaxt Pekini vura biləcək raketlərə sahib olduqlarını iddia edərək, Çini ada ölkəsinə hücum etməzdən əvvəl iki dəfə düşünməyə çağırmışdılar.

Tayvan Qanunvericilik Assambleyasının sədri You Si Kun Çinin işğala qərar verəcəyi təqdirdə ölkəsinin “Yun Feng” səsdən sürətli qanadlı raketlərindən istifadə etməkdən çəkinməyəcəyini bildirib: “Yunq Feng” raketləri artıq Pekini vura bilər və Tayvanın Pekinə hücum etmək imkanı var”.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər