Cümə günü, 13 noyabr 2026
     

“Azərbaycan sabit və inkişaf edən region yaratmaq istəyini real addımları ilə təsdiqləyir” - Vüqar Rəhimzadə

Image


“Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməklə beynəlxalq münasibətlər sistemində artan rolunu və nüfuzunu təsdiq edir. Bu mühüm məqamı da nəzərə alsaq ki, hazırda  Azərbaycan qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir, yeni əməkdaşlıq formatlarının müəllifidir, bu halda dünyanı narahat edən məsələlərin, qlobal problemlərin ölkəmizdə müzakirəsi daha diqqətçəkən, təqdirəlayiq hal olmaqla, həm də ölkəmizin yaratdığı yeni reallıqların qəbulu və dəstəklənməsi qənaətinə gələ bilərik.

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlayan Qlobal Bakı Forumu bu qənaətin aydın mənzərəsini yaradır. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən növbəti IX Qlobal Bakı Forumu həm müzakirəyə çıxarılan məsələnin aktuallığı, həm də iştirakçıların say və tərkibi baxımından zənginliyi  ilə diqqətdədir. IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bütün bunları bir daha təsdiq edir.

İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunmasının perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq. Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində bu əminliyi ifadə etdi ki,  aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Forumda qlobal gündəmi təşkil edən prioritet mövzularla bağlı müzakirələr aparılacaq, yeni yanaşmalar işlənib hazırlanacaq.”

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə  Bakı Qlobal Forumunun əhəmiyyətindən, onun  Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı ilə fərqindən bəhs edərək bildirib ki, adından da göründüyü kimi, Davos İqtisadi Forumu  iqtisadi, Münhen Təhlükəsizlik Konfransı  isə təhlükəsizlik məsələlərini əhatə edir: “Bakı Qlobal Forumu siyasi, qlobal və  universal xarakter daşıyır, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Buna əmin olmaq üçün təkcə ötənilki Qlobal Forumla builki Forumun mövzusunu müqayisə etmək kifayətdir. Ötən il Forum “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunmuşdu. Gündəmə gətirilən hər bir məsələnin müzakirəsində fəal iştirakçı olan Azərbaycan konkret mövqeyini nümayiş etdirməklə yanaşı, bu istiqamətdə göstərdiyi səylərə, həyata keçirdiyi tədbirlərə də diqqət yönəltmək imkanlarına malikdir. Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı ilk  gündən məsələnin qlobal problem olduğunu önə çəkərək qlobal yanaşma ortaya qoymağa, səyləri birləşdirməyə çağırışları təqdir olundu. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərə, həmçinin 30-dan artıq ölkəyə maddi və humanitar yardım, “peyvənd millətçiliyi” məsələsi ilə bağlı narazılığını ifadə etməsi bunu bir daha sübut edir. Bunları sadalamaqla Qlobal Forumun məqsəd və məramını açıqlamış oluruq. Ötənilki Forumda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirdilər. Hibrid formatda təşkil edilən tədbirə, həmçinin 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulmuşdu”.

YAP Xətai rayon təşkilatının sədri bu müqayisə əsasında  Forumun gündəliyini,  iştirakçıların yüksək statusunu dünyada qlobal Bakı tədbirinə olan marağın əsası kimi qeyd edib: “Forumda Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı ölkələrin keçmiş başçıları, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Azərbaycanın bu forumlara ev sahibliyi, ildən-ilə iştirakçıların sayında nəzərə çarpan artım ölkəmizə olan diqqət və marağın, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi qeyd edilir. Prezident İlham Əliyev açılış nitqində də bu məqamı xüsusi qeyd etdi ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik.”

“Tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni əməkdaşlıq formatlarını bir tələbə çevirir” söyləyən Vüqar Rəhimzadə bildirib ki, 30 illik işğala son qoyularaq ədalətin bərpası, Qarabağ münaqişəsinin tarixə qovuşması bölgədə sülhün və təhlükəsizliyin  bərqərar olması üçün yeni imkanlar yaradıb: “30 illik işğal dövründə dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsini regionun iqtisadi inkişafında maneə kimi dəyərləndirirdilər. Tezliklə məsələnin  çözülməsindən bəhs edən dünya gücləri bu gün gerçəkliyə çevrilən həmin istəyin fonunda yenə də konkret addımlar atmaqda tərəddüd edirlər.  Dövlət başçısı İlham Əliyev həmin nitqində Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verərək   bildirdi ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi. Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik”, - deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycanın dövlət başçısı Forumda bu çağırışı da etdi ki, indi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır: “Azərbaycan tərəfi sülh sazişi üzərində işə başlamaq təklifi irəli sürüb.  Ermənistan buna cavab vermədi. Azərbaycan  beynəlxalq hüququn beş əsas prinsipini, o cümlədən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını, həmçinin indi və gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinmək təklifini irəli sürdü.  

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın  baş naziri Nikol Paşinyanın Brüssel görüşündə Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfindən qəbul olundu. Bu, təbii ki, Azərbaycanın  ərazi bütövlüyünün dəstəklənməsidir.  Amma Ermənistan tərəfinin hələ də sülh sazişinin imzalanmasında passiv mövqedə dayanmaqda maraqlı olduğu diqqətdən kənarda qalmır. Real olan budur ki, işğalçı dövlət yenə də ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpasında maraqlıdır. Baxmayaraq ki, Avropa İttifaqı bu vasitəçiliyi neytrallığı qorumaqla, hər iki tərəfin maraqları nəzərə alınmaqla həyata keçirir, Ermənistan bunu reallıqda dəstəkləyir, amma istəyə gəldikdə, seçim etdikdə  ATƏT-in Minsk qrupunun vasitəçiliyində maraqlı olduğunu açıq-aydın şəkildə büruzə verir.  Dövlət başçısı İlham Əliyev bir daha Forum iştirakçılarının diqqətinə çatdırdı ki, ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb. Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq.”

 “Ölkə Prezidenti Ermənistanın 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın  müddəalarına əməl etmədiyinə də diqqəti yönəldib” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, reallıq budur ki,  status məsələsi artıq tarixdə qaldı: “Bu müzakirə mövzusu da ola bilməz. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, müsahibələrində bu reallığı daim diqqətə çatdırır və bəyan edir ki,   Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası olacaq. Bunun üçün siyasi, tarixi, hüquqi və digər əsaslar var. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin   “Şərqi Zəngəzur varsa, deməli  Qərbi Zəngəzur da var” bəyanatı Ermənistanı və ona postmünaqişə dövründə də dəstək göstərib  sülh müqaviləsinin imzalanmasının uzanmasına səbəb olan   dövlətləri ciddi düşündürməlidir. Rəsmi Bakı bu bəyanatı da səsləndirir ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz. Göründüyü kimi, Ermənistana son şans verilir. Artıq işğalçı Ermənistan və onun havadarları nəinki postmünaqişə dövrünün reallıqlarını qəbul etməli, eyni zamanda, onların tezliklə gerçəkləşməsinə dəstək olmalıdırlar. Dövlət başçısı İlham Əliyevin IX Bakı Qlobal Forumunun açılış mərasimindəki nitqi Ermənistana və  dünya güclərinə ünvanlanan mesajlarla diqqətdədir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ