Qarabağın bərpası gündəmdə olan mühüm məsələdir.
Bunu Beynəlxalq Mərkəzin həmsədri , Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin IX Qlobal Bakı Forumunun qonaqlarının iştirakı ilə keçirilən mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib.
"Qarabağ bölgəsinin bərpası və inkişafı bütövlükdə Azərbaycanın inkişafında mühüm məsələdir", deyə İ.Seragəldin bildirib.
Onun sözlərinə görə, bu gün Qarabağ bölgəsinin gələcək inkişafına əngəl törədən ərazilərin minalardan təmizlənməsi ən çətin məsələdir:
"İlk növbədə insanların öz torpaqlarına, öz evlərinə qayıtması vacibdir".
O qeyd edib ki, Qarabağda artıq uğurlu inkişaf başlayıb:
"Qarabağ bölgəsi bir çox iqtisadi sahələrdə, o cümlədən enerji sahəsində inkişaf potensialına malikdir. Ümid edirik ki, bərpa prosesi həm enerji sahəsində, həm də digər sahələrdə dayanıqlı inkişafa gətirib çıxaracaq".