Cümə günü, 13 noyabr 2026
     

Lavrovun dediyi Ermənistanda rusdilli məktəblər şəbəkəsinə etirazlar başladı...

Image


Bu günlərdə Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki,  bu ölkədə rusdilli erməni məktəblərin sayı artacaq. Lakin Lavrovun bu fikri Ermənistan cəmiyyətində sərt tənqidlə qarşılanıb. Artıq ictimaiyyət nümayəndələri ciddi etirazlar bildirirlər.

“Asparez” Jurnalist Klubunun rəhbəri Levon Barseqyan yerli mediaya verdiyi açıqlamada yeni rus məktəblərinin açılmasını anormal addım kimi qiymətləndirib. “Biz vergi ödəyəcəyik ki, siz rus məktəbləri aça biləsiniz? Lavrov Ermənistan tərəfinin xahişi ilə ölkəmizdə rus məktəblərinin açılacağını bəyan etdi. Birincisi, həmin "erməni tərəfi" niyə və nəyə əsaslanaraq belə bir arzu ifadə edib? İkincisi isə, bu “erməni tərəfi” bəs Rusiyada erməni məktəbləri açmaq istəyini bildirməyibmi? Niyə hesabat vermirsiniz?”.
O qeyd edib ki, İrəvan vergi ödəyən xalqın fikirlərini öyrənmədən, sanki Lavrovun gəlib ona söz deməsini gözləyib. “Artıq daha az vergi ödəmək üçün “texnologiya” haqqında düşünəcəyəm. Bunu daha sonra paylaşacağam, ey hörmətli “erməni tərəfi”. Gedib başqa hambal tapın, ona “qürurlu vətəndaş” deyin və vergi ödədərək həmin şəxslərə rus məktəbləri açın”- deyə Barseqyan bildirib.

Onu vurğulayaq ki, Rusiyanın forpostu olmasına baxmayaraq, son 30 ildə Ermənistanda rusdilli məktəblərin sayı bir neçə qat azalıb, bu dildə olan teatr basqı altına düşüb. Bu gün Ermənistanda çox ciddi anti-Rusiya əhvalı hökm sürür və monoetnik ölkə olan Ermənistanda erməni dilindən başqa dilə insanlar aqressiv yanaşır.

Ekspertlər deyir ki, Lavrovun bu bəyanatını Ermənistanda anti-Rusiya qüvvələrin etirazla qarşılaması təbiidir. Ekspertlərin sözlərinə görə, bir tərəfdən rusa sığınırlar, o biri tərəfdən rusdilli məktəblərə etiraz edirlər. Monoetnik dövlət olan Ermənistanda rusdilli tədris, demək olar ki çox aşağı səviyyədə olmasının səbəblərini şərh edən ekspertlər hesab edir ki, bu, ermənilərin ruslara bəslədiyi nifrətin təzahürüdür.

“Monoetnik dövlət olan Ermənistanda rusdilli tədris inkişaf edə bilməz, əksinə, bu dildə olan  tədris də aradan qalxacaq”

Siyasi ekspert Rövşən Rəsulov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Ermənistan monoetnik bir ölkədir və bunu sübut edən minlərlə faktlar var. Bu ölkədə azsaylı xalqlara - yezidi kürdlərə, ruslara, yəhudilərə qarşı daimi basqılar olduğunu qeyd edən R.Rəsulovun sözlərində görə, Ermənistanda rus dilinə qarşı ciddi təpkilər var: “Lavrov Ermənistanda rus dilli məktəblərinin sayının artırılacağını deyib. Orada məhv olan, yoxsa çıxarılan rus provaslav kilsələrindən isə danışmayıb. O vaxt rusdilli məktəblərlə yanaşı rus provaslav kilsəsi də bağlanıb. Burada səslənməyib ki, rus provaslav kilsəsinin, rus icmasının fəaliyyəti üçün daha geniş şərait yaradılsın. Bu məsələ də vurğulansaydı lap yaxşı olardı. Fakt budur ki, Ermənistanda rusdilli məktəblərin açılmasına cəhdlər Rusiyaya yarınmağa xidmət edir. Ermənistan özünü Rusiyaya yaxın göstərmək üçün Lavrova rus dili məktəblərinin sayının artırılacağı ilə bağlı vəd verib. Onlar Rusiyaya yaltaqlanmaq üçün bu “müraciət”i Lavrova ediblər. Lavrov da sanki bundan qürrələnərək, sevinərək dərhal reaksiya verib ki, rus dilli məktəblər açılacaq, rus dili öyrəniləcək. İstərdim ki, bu məsələdə Ermənistanla Azərbaycanı müqayisə edək. Azərbaycanda nəinki rus dili, eləcə də digər xalqların dilində təhsil verilir. Eyni zamanda onların mədəniyyətləri, folklorları inkişaf etdirilir, yaşadılır. Bu bütün dünyaya bir örnəkdir ki, Azərbaycanda multikulturalizm ən yüksək səviyyədədir. Ermənistanda isə bundan danışmaq olmaz. Ermənistanda az sayda da olsa ruslar, yezidilər, aysorlar var, amma onların da dili, mədəniyyəti yox səviyyəsindədirlər, onlar erməniləşiblər. Onlar hər zaman siyasi basqı altındadır. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq ermənilər başqa xalqlar üzərində açıq formada nümayiş etdirir. Hətta rus dilli məktəblərin sayının artırılması ilə bağlı qərar qəbul edilərsə də belə, realda bu məktəblərin fəaliyyət göstərəcəyi inandırıcı görünmür. Etirazlar səbəbsiz deyil, çünki ermənilər öz övladlarını rus dilində oxutmaqda maraqlı deyillər, sadəcə rus dili “sevgisi” mənzərə yaratmaq üçündür. Açıq görsənən odur ki, Ermənistan cəmiyyətində rus dilinə qarşı ciddi təpki var. Ermənistanda baş verən məlum hadisələrdən sonra ümumiyyətlə Rusiya və Ermənistan arasında münasibətlərin kəskin şəkildə dəyişəcəyini indidən söyləyə bilərik”.

R.Rəsulovun sözlərinə görə, Lavrovun Ermənistana səfəri zamanı erməni müxalifətinin bir qolunun, “Qütb” hərəkatının birbaşa Lavrovu və Putini təhqir etməsi deyilənlərə kifayət qədər zəmin yaradır: “Monoetnik dövlət olan Ermənistanda rusdilli tədris inkişaf edə bilməz, əksinə bu dildə olan tədris də aradan qalxacaq. Lavrov ümid edə bilər, amma ümidinin doğru olacağına isə zəmanət verə bilməz. Biz Ermənistanın digər xalqlara qarşı mənfi münasibətinə çoxdan bələdik”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ