Cümə günü, 13 noyabr 2026
     

Mətbuat Şurasında beynəlxalq mediada Azərbaycan mövzusu ilə bağlı toplantı keçirilib - FOTO

Image


Bu gün Azərbaycan Mətbuat Şurasının və Ulus Fondunun birgə təşkilatçılığı ilə Fondun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Beynəlxalq mediada Azərbaycan mövzusu” adlı layihəsi çərçivəsində toplantı təşkil olunub.

Şuradan bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması son dərəcə mühüm vəzifələrdən biridir. İndiyədək ölkəmizdə məsələyə fundamental baxışı ortaya qoyan çoxsaylı layihələr reallaşdırılıb. “Əlbəttə, layihələrdə konkret hədəf vacibdir. Bu baxımdan Ulus Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Beynəlxalq mediada Azərbaycan mövzusu” layihəsi mühüm əhəmiyyət daşımaqdadır. Onu deyim ki, Mətbuat Şurası olaraq biz müxtəlif vaxtlarda dünya mediasının Azərbaycanla bağlı fikirlərinin öyrənilməsinə diqqət yetirmişik. 44 günlük Vətən Müharibəsi müddətində xüsusən Rusiya mediasını izləmişdik. Əleyhimizə olan çoxsaylı materiallar diqqətimizi çəkib. Əlbəttə, bu da təbiidir. Rusiya mediasında erməni faktoru böyük rol oynayır. Eyni zamanda Rusiyada erməni lobbi və diaspor təşkilatları kifayət qədər aktivdir. Buna görə şimal qonşumuzun ictimai fikrinə təsir göstərməyi bacarmalıyıq. Hesab edirəm ki, bu layihə nəticəsində gəlinmiş qənaət mövcud istiqamətdə nələri etməli olduğumuzu da müəyyənləşdirəcək, ümumi işə töhfə verəcəkdir”, - deyə Ə.Amaşov vurğulayıb.

Ulus Fondunun təsisçisi və layihənin işçi qrupunun üzvü Əlisəfa Mehdiyev çıxışında gerçəkləşdirilməkdə olan təşəbbüsün məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, layihə Rusiya mediasında Azərbaycan simasının formalaşdırılmasına və bu yöndə gələcəkdə görüləcək işlər barədə dəqiq təsəvvür formalaşdırmağa xidmət göstərir. “Rusiya mediasının monitorinqinin aparılması vacibdir. Yalnız Vətən Müharibəsi dövründə bu ölkənin kütləvi informasiya vasitələrində Azərbaycanın adı 82 min dəfə çəkilmişdi. Materialların 90 faizi əleyhimizəydi, 5 faizində neytrallıq vardı. Yalnız 5 faizində isə ölkəmizlə bağlı müsbət məqamlar yer almışdı. Belə bir durumda biz bu layihə çərçivəsində rusiyalı nüfuzlu ekspertlərin Azərbaycanla münasibətlərin hazırkı strukturuna dair fikirlərini öyrənməyə qərar verdik. Bir daha bildirim ki, məqsədimiz o fikirlərə nəzərən Rusiya coğrafiyasında necə davranmalı olduğumuzu müəyyənləşdirməkdir. Elə bilirəm, konkret nəticələr əldə etmişik. O nəticələrə görə gələcək fəaliyyətin nələrdən ibarət olduğunu hesabat şəklində hazırlamışıq”, - deyən Ə.Mehdiyev iştirakçıları layihə çərçivəsində slayd şəklində hazırlanmış geniş hesabatla da tanış edib.

Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, elmlər namizədi, layihənin işçi qrupunun üzvü Anar Həsənov çıxışında iştirakçıları Rusiyanın nüfuzlu ictimai xadimləri, fikir adamları ilə apardığı 20 müsahibə nəticəsində gəlinmiş qənaətlə tanış edib. O bildirib ki, Rusiya cəmiyyəti Azərbaycana diqqəti əsasən 5 mövzu üzrə ayırır. Ardıcıllıq nəzərə alınmaqla bunlar neft və qazın nəqli məsələləri, Qarabağ, dövlət rəsmilərinin səfərləri, Azərbaycan-Türkiyə əməkdaşlığı, Azərbaycan süfrəsi və ölkəmizin turizm imkanlarıdır. Diqqətçəkən və sevindirici cəhət əvvəlki illərdə olduğu kimi, miqrasiya məsələlərinin ön planda olmamasıdır. Bu isə Rusiyadakı azərbaycanlıların yerli şəraitə daha çox uyğunlaşdığı, ənənəvi problemləri arxada qoyduğu barədə təsəvvür formalaşdırır. Rusiya mediasında anti-azərbaycan xəttinin səbəblərinə gəlincə, burada A.Həsənovun müsahibi olan rusiyalı ekspertlər hesab ediblər ki, ölkə KİV-lərinin erməni əsilli rəhbərlərinin mövcudluğu amili, erməni lobbisinin fəaliyyəti, fərqli mənbələrə istinad edildiyindən subyektivliyin qaçılmazlığı, Rusiyanın Qarabağ münaqişəsində moderator mövqeyi, balanslı mövqe sərgiləmək cəhdləri, erməni tərəfi ilə işləyən fikir liderləri arasinda məşhurların çoxluğu, erməni tərəfin təbliğat üçün daha çox imkanlardan istifadə etmək bacarığı, Türkiyə-Azərbaycan müttəfiqliyinin Rusiyada ağrılı və emosional qəbul edilməsi, habelə hökümət və qeyri-hökümət təşkilatları səviyyəsində rusiyalı fikir liderlərilə kompleksli işin aparılmaması vurğulanmalıdır. A.Həsənov çıxışında həmçinin müsahibə apardığı rusiyalı ekspertlərin fikirlərinə nəzərən iştirakçıları Azərbaycanın Rusiya üçün necə qəbul olunduğuna, Rusiyanın media seqmentində Qarabağla bağlı toponimlərin təhrifi məsələlərindəki həssas məqamlara diqqət yetirib, eyni zamanda Rusiyada Azərbaycanın belə demək mümkünsə, mediaobrazının yaradılması istiqamətində təkliflər səsləndirib. Onun Azərbaycana məxsus media holdinqin yaradılması, Moskva ilə yanaşı Rusiyanın çoxmilyonlu şəhərlərində media bazarına çıxışın əldə olunması üçün iş aparılması, müxtəlif tematik toplantıların təşkili, diaspor və səfirliyin birgə fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar təklifləri maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirdə A.Həsənova “Beynəlxalq mediada Azərbaycan mövzusu” layihəsinin həyata keçirilməsində fəal iştirakına görə təşəkkürnamə təqdim edilib.
“Qarabağı o zaman biz informasiya müstəvisində itirmişdik” deməklə çıxışına başlayan MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimğlu layihənin əhəmiyyətini, eyni zamanda hazırlanmış hesabatın, rusiyalı ekspertlərlə aparılmış müsahibələrin zəruriliyini vurğulayaraq onu da bildirib ki, Rusiyanın vətəndaş cəmiyyəti institutları, o cümlədən ölkənin mediası ilə sistemli və ardıcıl iş aparılması günün tələbidir. Bununla yanaşı o da vurğulanmalıdır ki, bir çox hallarda Rusiya mediasının, elə ictimai institutlarının da Azərbaycanla bağlı fikirlərinin mənfi məcrasına təsir göstərən faktor elə rusiyalı siyasilərin, bəzənsə rəsmilərin səsləndirdikləri fikirlərdir.
MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də çıxışında layihənin əhəmiyyətini vurğulayıb. O, belə bir faydalı təşəbbüsün əməli nəticələr verməsinin müstəsna əhəmiyyət daşıdığını əsaslandırıb.

Siyasi elmlər doktoru, “Beynəlxalq mediada Azərbaycan mövzusu” layihəsi üzrə monitorinq qrupunun rəhbəri Sabir Məmmədli layihənin icrası zamanı meydana çıxan xarakterik xüsusiyyətlər, habelə Rusiya mediasının, o cümlədən ictimai rəyinin Azərbaycana münasibətdəki spesifik yanaşmaları ətrafında söz açıb.

Digər çıxış edənlərdən dövlət təhlükəsizliyi üzrə ekspert İlham İsmayıl, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, müstəqil araşdırmaçı jurnalist Əkrəm Bəydəmirli, müstəqil jurnalist İsmayıl Balacanov layihənin günümüz üçün aktual əhəmiyyət daşıyan tərəflərinə toxunaraq bildiriblər ki, indiyədək əldə edilmiş uğurlar başlanılmış işin davamlılığı üçün etibarlı baza rolunu oynamaqda, münbit zəmin formalaşdırmaqdadır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ