ABŞ sülh prosesinin dəstəklənməsi üçün Azərbaycan və Ermənistanla dialoq aparır.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı Trend-in sualını cavablandırarkən deyib.
"Biz sülhə nail olmağın yollarını tapmaq üçün tərəflərlə dialoqdayıq. Hesab edirik ki, birbaşa təmaslar vacib əhəmiyyət daşıyır. ABŞ bu prosesdə vacib rol oynaya bilər. Liderlər səviyyəsində, XİN rəhbərləri səviyyəsində təmaslar dəstəklənir. Sərhədin delimitasiyası üzrə işçi qrup yaradılıb. Kommunikasiyaların açılması böyük əhəmiyyət daşıyır", - səfir deyib.
Səfir ABŞ-ın regionda sülhün qurulması ilə bağlı istənilən ölkənin səylərini dəstəklədiyini deyib. "Türkiyə bu ölkələrdən biridir. Biz Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq. Bu irəliləyişi Bakı ilə İrəvan arasında da görmək istərdik", - səfir deyib.