Ümid edirəm ki, Azərbaycandan Avropaya qaz tədarükünün artırılması ilə bağlı bütün texniki məsələlər tezliklə həll olunacaq.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.
"Avropaya qaz tədarükünün artırılmasında zərurət var. Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün texniki problemlərin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır", - səfir deyib.