Cümə günü, 13 noyabr 2026
     

“Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi” - Vüqar Rəhimzadə

Image


“Əbəs yerə deyilmir ki,  tarix, zaman ən ədalətli  hakimdir.  Eyni zamanda, o da təkzibolunmaz faktdır ki, tarix heç nəyi silmir. Bütün bunların fonunda bugünümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün keçilən yolun təhlili hər zaman bir zərurət kimi qarşıda dayanır. Əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk  böyük addımı atmışdısa, XX əsrin sonlarında milli azadlığına, dövlət müstəqilliyinə tam nail olmuşdur.

Tarixi nailiyyətimiz olan  bu müstəqilliyin daimi, sarsılmaz olması üçün hansı çətinliklərin yaşandığı unudulmamalı, keçilən yolun mərhələləri indiki və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi ilk illər tariximizə xaos, anarxiya, özbaşınalıq, bir sözlə, qara səhifə kimi yazılıb. O illərdə “Olum, ya ölüm!” dilemması qarşısında qalan Azərbaycanı bu gün qalib ölkə kimi görürüksə, bu, böyük səylərin, qətiyyətin, dövlətini, xalqını sevən və daim onun gələcəyi barədə düşünən Liderin yaratdığı möhkəm təməlin,  dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf yolunun nəticəsidir. 1992-ci ildə hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ölkəyə rəhbərlik edənlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından ölkəmizin yaşadığı müsibətlər bu gün tariximizin faciəli səhifələrindən biri kimi vərəqlənir.

1993-cü ilin Gəncə hadisələri məhz AXC-Müsavat hakimiyyətinin pozucu fəaliyyətinin, xalqa xəyanət yolunu tutmasının məntiqi nəticəsi idi. Yenə də tarixə müraciət etsək hər bir hadisənin baş verməsini şərtləndirən amillərin mövcudluğunu görərik. Ölkəmizdə hakimiyyət böhranı, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi məhz bu cür xəyanətkar insanların antimilli fəaliyyətləri nəticəsində dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk günlərdən başlayaraq   yaşanırdı.  Bu baxımdan ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra ictimai-siyasi sabitliyin yaradılması, davamlı iqtisadi inkişafın təmin edilməsi, demokratik islahatların  həyata keçirilməsi və dövlət quruculuğu istiqamətində heç bir əməli  addım atılmadı. Normal idarəetmə sisteminin yaradılmaması siyasi qütbləşmənin dərinləşməsinə, iqtisadiyyatın tənəzzülünə, əhalinin sosial vəziyyətinin hədsiz dərəcədə ağırlaşmasına səbəb olmuşdu.  1992-ci ildə hakimiyyəti silah gücünə mənimsəyən AXC-Müsavat cütlüyü  bu çətinliklərin aradan qaldırılması istiqamətində  heç bir tədbir görmədi,  idarəetmə sahəsində ciddi səhvlər sonrakı  proseslərin daha da dərinləşməsini  şərtləndirdi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hadisələri düzgün qiymətləndirmək qabiliyyətində olmayan o vaxtkı iqtidar baş verən proseslərdən  nəticə çıxara bilməmiş, əksinə, şəxsi ambisiyalarının quluna çevrilərək ölkəni uçurumun astanasına gətirmişdi: “Ərazilərimizin mənfur düşmən tərəfindən  hissə - hissə işğal olunması, Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların siyasi maraqlarının müdafiəçisinə çevrilməsi  insanların səbir kasasını doldurmuşdu. Xalqın hakimiyyətə olan nifrəti  1993-cü ilin iyununda son  həddə çatmışdı. Mövcud  şərait AXC-Müsavat hakimiyyətində birincilik uğrunda gedən mübarizəni daha da kəskinləşdirmişdi. Həmin dövrün  iqtidarının  “qəhrəman” obrazında təqdim etdiyi  Surət Hüseynovla münasibətlərində  yaranan ziddiyyət  Azərbaycanı sürətlə vətəndaş müharibəsinə sürükləyirdi.  Bir sözlə, ölkədə  cərəyan edən mənfi proseslər  gənc müstəqil dövlətimizi böyük təhlükələrlə üz-üzə qoymuşdu.”

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, həmin dövrdə istər zor gücünə  hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdilər ki, hadisələr belə davam  edə bilməz: “Ölkə “Olum, ya ölüm” dilemması qarşısında qaldığı belə bir məqamda xalq ayağa qalxaraq özünün  xilaskarına- ulu öndər Heydər Əliyevə üz tutdu. Ulu öndər  Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə  xalqın sadəcə vəziyyətdən çıxış yolu axtarması deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin var olması, ilk kövrək addımlarını atan  müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Məhz xalqın təkidli  tələbləri qarşısında aciz duruma düşən Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular. Ümummilli lider Heydər Əliyev  xalqın təkidli tələbi  ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sonsuz sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Qeyd etdiyimiz kimi, həmin vaxt  Gəncə hadisələri yaşanır, ayrı-ayrı siyasi qruplaşmaların məqsədləri naminə qardaş qanı axıdılırdı. Məhz ulu öndər Heydər Əliyev xalqının xilası naminə həyatını təhlükəyə ataraq Gəncəyə getdi, vəziyyətlə ətraflı tanış oldu, şəhər sakinləri və hərbi qulluqçularla görüşdü.  Ümummilli Lider iyunun 15-də respublika Ali Sovetinin növbəti sessiyasında Gəncə hadisələri barədə qəti fikrini bildirdi. Bu sessiya  belə bir  mühüm məqam ilə də  yadda qaldı ki, ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Əgər Ümummilli Lider o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ən yaxşı halda ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi. Bu gün Azərbaycan adlı bir dövlətin dünyanın siyasi xəritəsində mövcudluğundan  söhbət gedə bilməzdi. Bu baxımdan  1993-cü il əslində müstəqilliyimizin yenidən bərpasının ilk ili oldu.”  

Vüqar Rəhimzadə vurğulayıb ki, ulu öndər  Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla  yerinə yetirdi: “Qayıdışdan başlanan yol bugünkü uğurlara gətirib çıxardı.  Azərbaycanın dünyaya səs salan bugünkü iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində məhz Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı dayanır. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz edən Ümummilli Lider 2003-cü ildə xalqa müraciət edərək sona çatdıra bilmədiyi işləri, layihələri  özü qədər inandığı cənab İlham Əliyevin tamamlayacağını bəyan etməklə Azərbaycanın gələcəyi üçün növbəti inamın və etimadın ünvanını göstərdi. Rəşadətli  ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycana tarixi Zəfəri yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha təsdiqləyən qalib Prezidentimiz İlham Əliyev bu gün ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti bir daha  tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqində müstəqilliyimizin ilk illərində yaşananlarla, ən əsası həmin dövrün iqtidarının xəyanətkar əməlləri ilə bağlı fikirlərinə və qarşıya qoyduğu vəzifələrə yönəldib: “ AXC-Müsavat cütlüyünün yalnız öz maraqlarını güddüyünü qeyd edən ölkə Prezidenti həmin dövrün reallıqlarını bu suallarla xarakterizə etdi - “Belə insanlara xalq tərəfindən inam ola bilərdimi?  Kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri?” Dövlət başçısı bu çağırışı etdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Bugünkü xoşbəxt həyatımız üçün biz kimə borcluyuq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ