Cümə günü, 13 noyabr 2026
     

İrəvan Vaşinqtonu Moskvaya satdı...

Image


Ermənistan, Qazaxıstan və Mərkəzi Asiyada ABŞ tərəfindən maliyyələşdirilən biolaboratoriyalar var. Belə bir açıqlama bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirlilib.

Lakin erməni hüquq müdafiəçisi Artur Sakunts hesab edir ki, ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar mövzusu narahatlıqlar və təhlükələr baxımından sünidir, bunun heç bir əsası yoxdur. Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının müxtəlif ölkələrdə, o cümlədən Ermənistandakı müştəriləri vasitəsilə postsovet regionu ölkələrinə təzyiq göstərmək üçün rıçaq kimi istifadə etdiyi uydurma mövzudur: “Geosiyasi vəziyyətdən asılı olaraq bu mövzu müntəzəm şəkildə qızışır. Rusiya Ermənistanı da təcridolma sahəsinə köçürmək istəyir, biolaboratoriyalarla bağlı Lavrovun bəyanatı rüsvayçılıqdır”. Lakin elə Ermənistanın “Qraparak” nəşri yazır ki, əslində Kreml biolaboratoriyalarla bağlı İrəvana indi daha çox təzyiq etməyə başlayıb. Bundan irəli gələrək Ermənistan hökuməti çox əlamətdar qərar qəbul edib. Qeyd olunur ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin təklifi ilə “Ermənistan Fövqəladə Hallar Nazirliyi və ABŞ Müdafiə Departamenti arasında bioloji silahların yaradılması üçün istifadə olunan texnologiyanın, patogenlərin və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” razılaşmanı dəyişdirmək qərara alınıb: “2010-cu ilin sentyabrında imzalanmış müqaviləyə əsasən, Ermənistan profilaktik, qoruyucu və ya digər dinc məqsədlər üçün Ermənistanda toplanmış təhlükəli patogenlərin epidemioloji məlumatlarını və nümunələrini ABŞ-a təqdim etməyi öhdəsinə götürüb. Ancaq indi İrəvan bundan imtina etmək qərarına gəlib. Hakimiyyətdəkilər Rusiyanın qəzəbindən qorxurlar, yaxud Rusiyanın məcburiyyətinə itaət edirlər. Rusiya-Ukrayna müharibəsindən əvvəl də Rusiya dəfələrlə bəyan edib ki, ABŞ Ukraynada biolaboratoriyalar açıb, bioloji silahlar hazırlayıb və adi Ukrayna vətəndaşlarını sınaqdan keçirib. Müharibə zamanı bəzi sənədlər müsadirə olundu, Rusiya bununla dediklərini sübut etdi və indi Ermənistan bioloji sahədə ABŞ-la əməkdaşlıqdan imtina edir. Bu, Rusiyanın təşəbbüsüdür. Əgər “məxmərilər” ABŞ-a epidemiologiya və digər məlumatların ötürülməsində bizim üçün risq və təhlükə görsəydilər, 4 il ərzində bundan imtina edərdilər. Ermənistanda da biolaboratoriyalar var və çətin ki, Ukraynadakı biolaboratoriyalar ətrafında baş verən proseslər “məxmərilərin” sözügedən qərarı ilə bağlı olmasın”.

Bu fonda Ermənistanın “Past” nəşri biolaboratoriyalarla bağlı məsələdə İrəvanın ABŞ-a xəyanət etməsinin başqa bir mühüm səbəbdən də qaynaqlandığını yazır. Qeyd edilir ki, daxili siyasi vəziyyətdən çox narahat olan Nikol Paşinyan bu günlərdə xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Moskvaya unikal “sövdələşmə” təklif edib. Təklif ondan ibarətdir ki, iyunun 10-da İrəvana gələn Rusiya xarici işlər naziri Sergey Lavrov mövcud hakimiyyətə açıq şəkildə dəstəyini bildirsə, üstəlik təklifin “dozası” ilə müxalifətin ünvanına tənqid səsləndirsə, Paşinyan amerikalıları “ataraq” bioloji laboratoriyaların “qapıları”nı rusların üzünə açacaq: “Hökumətdəki mənbəmizin məlumatına görə, hələlik Rusiyadan yekun cavab gəlməyib, lakin Mirzoyana başa salıblar ki, sövdələşmə baş versə belə, bunun əksi olmalıdır, əvvəlcə laboratoriyalar, sonra tənqidlər”. Hər halda, Sergey Lavrovun səfərindən sonra biolaboratoriyalarla bağlı məsələnin dəqiq inkişaf axarı bəlli olacaq. İndilikdə dəqiq olan budur ki, Ermənistan biolaboratoriyalar məsələsində ABŞ-ın etimadını doğrultmur. Rusiya da biolaboratoriyaların mövcudluğundan ciddi narazıdır. Daha öncə Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayaraq qeyd edib ki, Ukraynada biolayihələrdə iştirak edən strukturların Ermənistanda olması diqqətlə təhlil edilməlidir. Diplomatik nümayəndəliyin bəyanatında ​​qeyd olunur ki, Rusiya bioloji təhlükəsizlik sahəsində Ermənistanla məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Səfirlik onu da qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiya sərhədlərinin bilavasitə yaxınlığında, Ermənistanda nə etdiklərinin izahatını vermirlər. Və bu amil Rusiyanın bioloji təhlükəsizliyinin təmin edilməsi kontekstində nəzərdən keçirilir.

Qeyd edək ki, Rusiya rəsmiləri ABŞ-ın Ukraynadan sonra Qafqazda, konkret olaraq Gürcüstanla Ermənistanda təhlükəli biolayihələr həyata keçirdiyini bəyan edirlər. Hər iki ölkədə Rusiya əleyhinə bioloji laborotoriyalar qurulduğu deyilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Rusiyanı sakitləşdirmək istəsə də istəyinə nail olmayıb. O bu xüsusda qeyd edib: “Ölkəmizdəki laboratoriyalarda Ermənistan vətəndaşları işləyir və onlar qanunvericilik çərçivəsində fəaliyyət göstərirlər. İşçilərin fəaliyyətləri dövlətin maraqlarına xidmət etməyə yönəlib”.  O xatırladıb ki, baş nazir Nikol Paşinyanın fərmanına əsasən ölkədə biotəhlükəsizlik sahəsini əlaqələndirən işçi qrup fəaliyyət göstərir. Qrupun işini isə Ermənistan Təhlükəsizlik Şurasının katibi əlaqələndirir. Qriqoryanın sözlərinə görə, qrup bütün beynəlxalq tərəfdaşlarla intensiv şəkildə işləyir: “Ermənistan tərəfi onların qaldırdığı bütün məsələlərə dolğun cavablar verib. Ermənistan və Rusiya arasında hətta biotəhlükəsizliyə dair hökumətlərarası anlaşma memorandumu imzalanıb. Ermənistan müxtəlif təhdidlərlə mübarizədə öz imkanlarını artırmaq məqsədilə biotəhlükəsizlik məsələlərində bütün tərəfdaşları ilə əməkdaşlığı davam etdirir”. Lakin bu yanaşma Rusiyanı qane etmir və Kreml biolaboratoriyaların bağlanmasını Ermənistandan tələb edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ