Cümə günü, 13 noyabr 2026
     

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi bəyanat yaydı

Image


İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi ölkədən mühacirət edərək Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

 - Zaman-zaman müxtəlif səbəblərdən Avropa dövlətlərinə mühacirət adı ilə sığınanlar Avropa dəyərlərini özlərinə qalxan etməkdədirlər.

Azərbaycandan da Avropa qitəsinə mühacir kimi üz tutanların əksəriyyəti burada "siyasi alverlə" məşğul olaraq “fəaliyyətləri” ilə Azərbaycanın imicinə zərər vururlar.

Çox vaxt inkişaf etmiş ölkələr siyasi sığınacaq almaq istəyənlərin əsil niyyətlərini bilmədən, humanizm prinsiplərindən çıxış edərək onlara sığınacaq verir. Ancaq müəyyən müddət sonra aydın olur ki, bununla bağlı müraciət edənlərin heç də hamısı sağlam niyyətə dayanaraq bunu etmir.

O da məlumdur ki, artıq Avropanın bir sıra aparıcı ölkələri “siyasi mühacir” adı altında oyunbazlıqla məşğul olan müəyyən şəxslərin təbliğat xarakterli yalanlarına inanmır. Bunun nəticəsidir ki, bir çoxları Avropadan deport edilir və sözügedən proses bu gün də davam edir.

Əsasən Avropaya mühacirət edənlər ölkə olaraq Almaniyanı seçir. Ancaq reallıqlar dəyişir. Almaniyanın mühacir adı ilə ora sığınanlar barəsində təftiş siyasəti aparması bir sıra məsələlərin, daha doğrusu siyasi dələduzluqların üstünü açır. Almaniya hökuməti tərəfindən orada yaşayan mühacirlərin mərhələli şəkildə Azərbaycana deportasiya olunur. Onların bəzilərinə qarşı konkret cinayət əməlləri və faktlarına görə təhqiqatın aparılması  müəyyən qüvvələri narahat edir. Həmin qüvvələr bunu Azərbaycana qarşı istifadə etməyə və məsələni siyasiləşdirməyə çalışırlar.

Bütün bunlarla bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) olaraq bəyanatla çıxış edərək aşağıdakıları bildiririk.

Özünü “siyasi mühacir” hesab edən “Azad söz” “YouTube” kanalının rəhbəri Tural Sadıqlı ətrafında  süni qalmaqal yaradılıb. O, iddia edir ki, guya Azərbaycan hökuməti onu siyasi fəaliyyətinə görə təqib edir və “zərərsizləşdirməyə” çalışır. Dediyinə görə  onun həyatına qəsd etməyə cəhd edilir. Ancaq gəlin görək özünü “siyasi mühacir” hesab edən Tural Sadıqlı kimdir?

Araşdırmalar göstərir ki, T.Sadıqlı demokratiya, azad söz adı altında uzun illərdir xaricdə Azərbaycan dövlətinə, ölkə başçısına və ayrı-ayrı nüfuzlu şəxslərə qarşı əsası olmayan çirkin kampaniya ilə məşğul olur. Bu həmin Tural Sadıqlıdır ki, Bakı Dövlət Üniversitetindən qovulduğu üçün yarımçıq qalmış təhsilini Naxçıvan Dövlət Universitetinin (NDU) magistaturasında davam etdirmişdir. NDU-da təhsil alan Mona Zeydan adlı misirli qıza evlənəcəyini vəd edir. NDU-nun yardımı ilə Misirə elmi ezamiyyətə gedərkən Mona ilə dini nikah kəsdirir. Amma bu “nikah” Azərbaycanda rəsmiləşdirilmir. Çünki o, ayrı-ayrı qadınları aldatmaqla  macəralarını davam etdirirdi. Turalın pozğunluğundan bezən tələbə qızların və universitetin gənc xanım əməkdaşlarının şikayətlərinə əsasən Tural Sadıqlı NDU-dan uzaqlaşdırılır. Bir müddət AMEA-da fəaliyyət göstərsə də, dələduzluğu üzündən oradan xaric edilir.

Bu həmin T.Sadıqlıdır ki, illər öncə Müsavat Partiyasının aparıcı fəallarından olan Fərəc Kərimlinin həbsində fəal rol oynayıb. F.Kerimli həbs olunmasının səbəbləri barasində danışarkən  keçmiş partiyadaşı T.Sadıqlı onu satıb Turalın xüsusi xidmət orqanlarının adamı olduğunu bildirib.

Daha sonra Almaniyaya sığınan T.Sadıqlının yeni macaraları başlayır. Məsələ ondadır ki, T.Sadıqlı Almaniyanın Nurinberq şəhərində Rusiya vətəndaşı olan azərbaycanlı qadınla evlənir. Sonra həmin bu qadın hamilə olur və T.Sadıqlı öz həyat yoldaşını küçədə döyür. Nəticədə T.Sadıqlı ilə ailəsi arasında insident yaşanır. Vəziyyət o həddə gəlib çatır ki, məlum hadisə ilə bağlı Almaniya polisinə şikayət daxil olur. Nəticədə T.Sadıqlı barəsində cinayət işi açılır.  Məlum insidentdən sonra həyat yoldaşı T.Sadıqlıdan ayrılaraq Rusiyaya qayıdır.

T.Sadıqlı iyrənc əməllərini  PKK terror təşkilatına yaxın olan bir qadınla münasibət qurmaqla davam etdirir. Bu qadını da aldatdıqdan sora növbəti münaqişə yaranır. PKK-lı olduğu bildirilən  qadın T.Sadıqlını döyür, vəziyyət o həddə gəlib çatır ki, həmin qız qardaşlarını Türkiyədən çağırır. Vəziyyəti belə görən T.Sadıqlı Almaniyadan Böyük Britaniyanın paytaxtı Londona qaçır.

Bundan sonra T.Sadıqlı belə bir hay-küy qoparır ki, guya Azərbaycan hökuməti onu Almaniyada izlətdirir, öldürmək istəyirlər. Ancaq məlum faktlar onu göstərir ki, deyilənlərin hamısı yalan və iftiradır. Hazırda tələbə vizası ilə Londona sığınan T.Sadıqlı çıxışlar edərək yalan məlumatlar yayaraq guya Azərbaycan dövləti onu fiziki cəhətdən aradan götürməyə cəhd edir iddialarını tirajlayır.Bütün bu şoularda məqsədi Londonda mühacir statusu almaqdır. Eyni zamanda  Almaniyada onun barəsində açılan cinayət işindən yayınmağa çalışmaqdadır. İstəyir ki, şantaj yolu ilə Almaniyanın Prokurorluq və polis orqanları tərəfindən başlamış bir neçə onun haqqında cinayət və təhqiqat işləri bağlanılsın. Bu hazırlanmış siyasi teatrı  atası Əlövsət Sadıqlı  da Bakıda özünəməxsus şəkildə davam etdirməkdədir.

Bütün bunlar müxalifətçilik, siyasi blogerlik fəaliyyətindən çox uzaqdır. Bu adamın fəaliyyəti siyasi dələduzluq və möhtəkirlik üzərində qurulub. Ayrı-ayrı partiya üzvlərini xaricə yola salan onlara saxta  sənəd düzəltməklə külli miqdarda pul qoparıb miqrant kimi göndərməklə məşğul olub. İndidə Avropa ölkələrində şantaj xarakterli fikirlər səsləndirməklə siyasi dələduzluqla məşğuldur. Məişət zəminində yaranan insidenti gizlədərək Azərbaycan dövlətini "siyasi qətildə" ittiham etməkdədir.

İstər Böyük Britaniya, istərsədə Almaniya Avropanın inkişafında müstəsna rol oynayan ölkələr olmaqla yanaşı, dünya düzəninin formalaşmasına, elmi-texniki tərəqqinin inkişafına müstəsna töhvələr veriblər. Zəngin dövlətçilik ənənələrinə malik olan bu dövlətlər demokratiya və söz azadlığından sui-istifadə edənlərə sığınacaq yeri olmamalıdır. Çox yaxşı olardı ki, bu kimi dövlətlər öz resurslarından istifadə edərək Tural kimi siyasi dələduzların əsil məqsədlərini zamanında ortaya çıxarsınlar. Heç şübhəsiz ki, bu cür diqqətli yanaşma olarsa, inkişaf etmiş Avropa belə dələduzlara sığınacaq mərkəzi olmaz. Çünki belələri həm də Avropa dəyərlərinə kölgə salır.İSBAM olaraq bir daha bəyan edirik ki, hazırda Londonda "Youtube blogerliyi" edən Tural Sadıqlı Azərbaycanda və Avropada ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq böhtan və müxtəlif cinayət tərkibli əməllərin icraçısıdır. O, eyni zamanda  törətdiyi əməllərlə təkcə Azərbaycan Respublikasının imicinə deyil, eyni zamanda bir müddət "mühacir" kimi məskunlaşdığı Almaniyanın və hazırda sığındığı Böyük Britaniyanın qanunverici sisteminə, demokratiya və insan azadlıqları prinsiplərinə zərərli fəaliyyət aparmaqdadır.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM)olaraq  Tural Sadıqlının əməllərini qınamaqla yanaşı Almaniya və Böyük Britaniya hökümət strukturlarını Tural Sadıqlı ilə bağlı hüquq çərçivəsində tədbirlər görməyə çağırır.

İSBAM idarə heyəti

06.iyun 2022-ci il



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ