Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan tarixinin “qara səhifəsi”... 4 iyuna aparan yol...

Image


1993-cü il 4 iyununda Gəncədə baş verən hadisələr Azərbaycanın tarixində bir sıra parametrlər baxımından xüsusi diqqət cəlb edir, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hələ də təhlilinə ehtiyac duyulur. Bu hadisələr ilk növbədə ciddi  təəssüf hissi ilə xatırlanır. Çünki ötən əsrdə ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycan Gəncə hadisələri fonunda yenidən suverenliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Bunun da başlıca səbəbi o vaxtkı hakimiyyətin səriştəsizliyi, idarəçilik təcrübəsinin olmaması idi. 

AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, ölkədə yaratdığı anarxiya, xaos, özbaşınalıq, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqlar Gəncə hadisələrini şərtləndirən başlıca faktorlar sırasında yer alırdı. Bundan başqa, ovaxtkı hakimiyyətə xalqın etimadı da olduqca aşağı idi. 1993-cü ilin iyununda  ölkədə vəziyyət son dərəcə ağırlaşmağa başlamışdı. Hətta bir sıra ərazilərdə, məsələn, elə Gəncənin özündə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Əlikram Hümbətovun başçılıq etdiyi “Talış-Muğan Muxtar Respublikası”nın meydana gəlməsi bunun real təzahürlərindən biri idi. Ölkənin parçalanma prosesinin davam etdiyi qarışıq zamanlarda AXC-Müsavat iqtidarının yol verdiyi səhvlər, ayrı-ayrı siyasi qüvvələr arasındakı qarşıdurmalar, ən yaxın qonşularla münasibətlərin korlanması Azərbaycanı beynəlxalq aləmdən təcrid vəziyyətinə gətirmişdi. 4 iyun 1993-cü il Gəncə qiyamı həm də hakimiyyətdə vəzifə tutmaq istəyən siyasi qüvvələr arasında yaranan gərginliyin nəticəsi idi. Daha bir mühüm nüans odur ki, hələ 1993-cü ilin fevralında o vaxtkı prezident Əbülfəz Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğvi edilməsi haqqında sərəncam imzalamışdı. Bundan əvvəlsə o, prezidentin Qarabağ məsələləri üzrə nümayəndəliyindən və baş nazirin müavini vəzifəsindən çıxarılmışdı. Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğvi edilməsi haqqında sərəncam isə vəziyyəti daha da gərginləşdirdi. Amma hərbi hissənin ləğvi ilə bağlı sərəncamın icrası reallaşmadı. Bunun ardınca 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında verilən prezident sərəncamı da icraya yönəldilmədi. Surət Hüseynov Qarabağda komandanlığın ona verilməsini və 709 saylı hərbi hissənin bərpa edilməsini tələb edirdi. 

Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti yanlış qərar qəbul etdi, əvəzində 709 saylı hərbi hissədə qiyam qalxdı. Bütün bunlar ölkədə qardaş qırğınına əsas verdi. Hakimiyyətin səriştəsizliyi bu qırğına rəvac verdi. Çünki hakimiyyət nəzərə almamışdı ki, qiyamı zərərsizləşdirmək isə o qədər də asan deyil. Surət Hüseynovun komandanlığı altında isə bütov bir ordu korpusu var idi. Qiyamı yatırmaq üçün Gəncəyə göndərilən Milli Təhlükəsizlik Nazirliyinin daxili qoşun bölmələri qiyamçıların hücumuna məruz qaldı. İyunun 4-də hadisələr daha gərgin xarakter aldı, Surət Hüseynovun tabeliyində olanlarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. 1993-cü il iyunun 4-də bir neçə saat ərzində Gəncədə polis postlarını ləğv edən silahlı qruplaşma İcra Hakimiyyətinin binasını ələ keçirdi və daha sonra tank, “Qrad” qurğusu, qumbaraatan, pulemyot və avtomatla silahlanmış 200 nəfərlik dəstə MTN-in Gəncə şöbəsinə hücuma keçdi. Bina gülləbaran edildi və binadakıların silahları təhvil verməsi, burada olan baş prokuror İxtiyar Şirinov və Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərovun onlarla hərbi hissəyə getməsi tələb olundu. Fəlakətin qarşısını almaq üçün dövlət məmurları qiyamçıların tələbilə razılaşırdılar. MTN-in Operativ Tədbirlər Dəstəsinin hərbçilərinin Gəncəni tərk eləməsi də razılaşmaya daxil edildi. Həmin vaxt Sülhəddin Əkbərov hərbi hissəyə, İxtiyar Şirinov isə qiyamçıların nəzarətinə keçən polis idarəsinə aparıldı. Həmin gün Bakıya qayıtmaq istəyən prezident qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran olundu. Qiyamçılar artıq saat 16-17 radələrində şəhərin bütün hakimiyyət və hüquq-mühafizə orqanlarını ələ keçirib, ora öz adamlarını rəhbər təyin etmişdilər. Beləliklə, 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz oldu. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırmaqla ölkəni vətəndaş müharibəsi astanasına gətirdi. Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşdi. S.Hüseynovun tabeliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başladılar.

Vətənin bu ağır günündə xalq ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdən başqa çıxış yolu olmadığını qəbul edirdi. Qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün müdriklik göstərən Heydər Əliyevin ölkəyə rəhbərliyini tələb edən milyonların istəyini əks etdirirdi. Hərbi qiyam və vətəndaş qarşıdurmasının ölkənin varlığına təhdid yaratdığını görən  Əbülfəz Elçibəy özü də vəziyyətdən yeganə çıxış yolu kimi Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdü. Heydər Əliyev xalqın və ölkənin hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O dövrdə baş verən hadisələr bir daha tarixi gerçəkliyi üzə çıxarmış oldu. Belə ki, 1993-cü ilin iyununda xalqın dəvəti ilə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”. Bu xüsusda prezident İlham Əliyevin qeyd etdikləri də xüsusi mara qdoğurur: “Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır”. Beləkilə, Heydər Əliyevin sayəsində Azərbaycan məhv olmaq təhdidindən xilas oldu. Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Qısa zaman kəsiyində müharibə bölgəsində atəşkəsə, ölkədə sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyuldu.  Bu, sabit inkişaf yoluna ölkənin qədəm qoyması üçün vacib idi.  Belə davamlı inkişaf siyasəti indi  prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Elə bundan irəli gəlir ki, Azərbaycanın güclü ordusu İlham Əliyevin rəhbərliyi ilə  işğaldakı torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdi. Artıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmoiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə daha dinamik tərəqqi yoluna qədəm qoyur. Ölkəmiz beynəlxalq miqyasa daha böyük nüfuz, həlledici söz sahibinə çevrilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ