Cümə günü, 13 noyabr 2026
     

Rusiya Ukrayna müharibəsinə Xəzər hövzəsini də cəlb etdi

Image


Rusiya prezidenti Vladimir Putin, Qərb Kyevi uzun mənzilli silahlarla təmin edəcəyi təqdirdə, Ukraynada “hələ vurulmayan” hədəflərə zərbə endiriləcəyini bildirib. “Rossiya-1” dövlət televiziya kanalına müsahibəsindən çıxarışlarda Putin deyib ki, Qərbin Ukraynaya silah verməsi ilə bağlı hay-küy münaqişəni uzatmaq üçün bir hiylədir.

Putin Rusiyanın hansı yeni hədəfləri vura biləcəyini açıqlamayıb. Lakin yeni hədəflərə zərbə endirilməsi Ukraynada müharibənin uzadılması deməkdir. Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi hücuma başlayıb. 100 gündən çox davam edən döyüşlərdə on minlərlə insan həlak olub, milyonlarla insan ölkəni tərk edib. Rusiya münaqişə zamanı itkiləri barədə ətraflı məlumat yaymayıb. Lakin Qərb və Ukrayna təhlilçilərinə əsasən, itkilər Moskvanın ilkin olaraq gözlədiyindən qat-qat çoxdur. Belə bir vaxtda bəlli olub ki, Ukrayna Rusiya qüvvələrinin dərinliyinə zərbələr endirmək üçün M270 və M142 HIMARS raket sistemi əldə etmək istəyir. ABŞ prezidenti Co Bayden raket sistemlərinin Rusiya daxilindəki hədəfləri vurmaq üçün istifadə olunmayacağına əmin edildikdən sonra Ukraynaya HIMARS sisteminin veriləcəyini bildirib. Belə ki, Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb: "Mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan etmişəm. Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək vəziyyətdədir”. Baydenin sözlərinə görə, növbəti hərbi yardım paketinə qabaqcıl silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir. Elə bu fonda Putin bildirib ki, yeni silahlar Ukrayna texnikasının itkilərini əvəz etmək üçün nəzərdə tutulub və mahiyyətcə heç nəyi dəyişməyəcək. Onun fikrincə, söhbət sadəcə olaraq, döyüş əməliyyatları zamanı itirilmiş silah ehtiyatlarının doldurulmasından gedir. Putin vurğulayıb ki, məsafə sistemin özündən deyil, istifadə olunan raketlərdən asılıdır: “Gördüklərimizin, eşitdiklərimizin, bildiklərimizin Ukrayna rejiminə etimad və ya inamsızlıqla heç bir əlaqəsi yoxdur, bu, amerikalıların hansı raketləri təmin etməsindən asılıdır. Amma bu gün eşitdiklərimiz və anladığımız raketlərin növündən asılı olaraq düz 45-70 kilometr  uçan raketlərdir. Bax, eyni şey “Qrad”lar, “Qasırğa”lar, “Tornado”larda da mövcuddur. Onların da 40-70 kilometr uçuş məsafəsi var. Yeni heç nə yoxdur. ABŞ-ın Ukraynaya reaktiv yaylım atəşi raket sistemlərinin tədarükü mahiyyətcə heç nəyi dəyişmir. Rusiya xüsusi əməliyyata başlayanda Ukrayna ordusunda təxminən 515 raket kompleksi var idi, onlardan 380-i məhv edilib. Lakin bəziləri bərpa edilib və ya ehtiyatlardan götürülüb. Hazırda Kiyevdə 360-a yaxın belə raket kompleksi var. Kiyevə uzaq mənzilli raketlər verilərsə, bu halda Moskva lazımi nəticələr çıxaracaq və indiyə qədər toxunulmayan obyektlərə zərbələr endiriləcək”.

Hazırda Rusiya özü Ukraynaya ən ağır silahlarla zərbə endirir. Hətta bazar günü Rusiya Kiyevə Xəzər dənizindən Tu-95 strateji bombardmançı təyyarələrindən raketlər atıb. Müharibənin danışıqlar yolu ilə dayandırılmasına isə hələlik heç bir ümid yoxdur. Kreml hesab edir ki, Qərb Ukraynaya təzyiq edib onun danışıqalr aparmasına əngəl olur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirir ki, Qərb rəsmi Kiyevə Moskva ilə danışıqlar prosesini davam etdirməyi qadağan edib. Onun sözlərinə görə, Qərb ölkələri rəsmi Kiyevlə Moskva arasında danışıqların aparılmasına imkan vermir: "Bu, danışıqlar üçün hər hansı perspektivin olub-olmaması sualına cavabdır. Qərb Ukraynaya danışıqlar aparmağa imkan vermir. İki ay əvvəl Ukrayna bu məsələnin həlli ilə bağlı təklif irəli sürürdü. Bunu əsas təklif kimi qəbul etdik. Beləliklə, Qərb gün ərzində ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”. Kiyev hesab edir ki, müharibənin dayandırılması Moskvadan asılıdır. Ukrayna prezidenti Volodimir Zelenski vurğulayır  ki, Kremlin rəhbəri Vladimir Putin verdiyi bir əmrlə Ukraynadakı müharibəni bitirə bilər. Lakin hələ də belə bir sərəncam yoxdur. Dövlət başçısı vurğulayıb ki, Putin belə bir əmr versə, müharibə hər an dayana bilər: "Rusiya ordusu kilsələri yandırmağı, şəhərləri dağıtmağı, uşaqları öldürməyi dayandıra bilər. Əgər məhz o şəxs Moskvada sadəcə əmr versə... Və hələ də belə bir əmrin olmaması bütün dünya üçün açıq-aşkar təhqirdir”. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da qeyd edir ki, Kreml müharibəni dayandırmağa tələsmir. O qeyd edir ki, başlıca səbəb bundan ibarətdir ki, Kiyev Rusiyanın əsas məqsədi olaraq qalır, ona görə də daim təhdid altındadır: “Biz həmişə açıq şəkildə demişik ki, Kiyev daim təhdid altındadır. Həqiqətən də insanlar paytaxta müxtəlif səbəblərdən qayıdırlar. Bununla belə, biz başa düşməliyik ki, müharibə qızğın mərhələdədir və Kiyev Rusiyanın əsas məqsədi olaraq qalır”. Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə qeyd edir ki, Rusiya bütün Ukrayna ərazisində hərbi əməliyyatlar aparır: “Müharibənin nə vaxt bitəcəyini hələlik proqnozlaşdırmaq mümkün deyil, lakin mənim optimist proqnozlarım ondan ibarətdir ki, bunu həqiqətən də bu il etmək olar”. O qeyd edib ki, Kreml hakimiyyətinin arzusu keçmiş torpaqlarını bərpa etməkdir: “Növbəti Polşa, Baltikyanı ölkələr, Slovakiya və başqaları olacaq. Ona görə də biz Rusiyanı dayandırmalı və gələcəkdə onun qarşısını almalıyıq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ