Cümə günü, 13 noyabr 2026
     

Suriyanın şimalında yeni gərginlik - Rusiyadan Türkiyəyə tikanlı eyham...

Image


Son məlumatlara görə, Türkiyə ordusu Suriyanın şimalında genişmiqyaslı antiterror əməliyyatlarına start verib.

İlk olaraq, sərhəddə yerləşən Ayn əl Ərəb bölgəsini terrorçulardan təmizləyəcəyi bildirilir. Növbəti hədəf isə Tel Rifat bölgəsi olacaq. PKK/PYD terror qruplaşmasının liderləri isə Türkiyənin bu dəfə daha qətiyyətli davranacağından artıq narahat olmağa başlayıblar. Onlar öz beynəlxalq himayədarlarına müraciət edərək, Türkiyənin dayandırılmasını istəyirlər.

Təbii ki, PKK/PYD-nin himayədarları rəsmi Ankaranı antiterror əməliyyatlarından çəkindirmək üçün əlindən gələn hər şeyi edir. Ağ Evdən verilən son açıqlamada PYD-nin ABŞ-ın bölgədə strateji tərəfdaşı olduğu bildirilir. ABŞ-ın Türkiyənin antiterror əməliyyatlarına qarşı olduğu vurğulanır və rəsmi Ankara bu plandan imtina etməyə çağırılır. Ən maraqlısı Rusiyanın davranışı oldu. Rusiya, nə qədər qəribə də olsa, Türkiyənin antiterror əməliyyatlarını Suriyanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atılmış addım kimi dəyərləndirir. Həmçinin bildirir ki, Rusiyanın bu addımından sonra bölgədəki terrorçular daha da fəallaşıb. Kreml unudur ki, Rusiya heç bir ciddi səbəb olmadan Ukrayna ərazilərini işğal edib. Və indi Rusiyanın başqa bir dövlətlə bağlı ərazi bütövlüyü mövzusunu gündəmə gətirməsi ən azından məntiqsizdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, antiterror əməliyyatı mütləq davam edəcək : "Türkiyə sərhədlərin boyunca 30 kilometrlik təhlükəsizlik zonasının yaradılmasında növbəti faza başlayır. Biz Tel Rifat və Membiçi terrorçulardan təmizləyəcəyik. Buna əngəl olmaq istəyənlərin nə edə biləcəklərini də görəcəyik".

Maraqlıdır ki, Rusiya tədricən Liviya və Suriyadan öz hərbi kontingentini çıxartmaq qərarı verib. Artıq bu prosesə start verildiyi də məlumdur. Ancaq Rusiya tərk etdiyi bölgələrə nəzarəti ABŞ və Qərbin ixtiyarına buraxmaqda da maraqlı deyil.  Belə olan təqdirdə Rusiyanın Türkiyənin fəallığına etirazı başa düşülmür. Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatına hazırlığı ilə bağlı Moskvanın rəsmi reaksiyasına diqqət edək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında bildirib ki,  Ankara Suriyada onsuz da narahat olan vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməlidir: “Eyni zamanda, Suriyanın sərhəd bölgələrindən Ankaranın Türkiyənin milli təhlükəsizliyi üçün yaranan narahatlığını anlayırıq”.

Onun iddiasına görə, Suriyanın qanuni hökumətinin razılığı olmadan atılacaq belə bir addım bu ölkənin suverenliyi və ərazi bütövlüyünün birbaşa pozulması olacaq və bu, ölkədə gərginliyi daha da artıracaq

Kremlin məlum etirazlarına baxmayaraq, Rusiyanın Türkiyəyə qarşı hər hansı yolverilməz addımlar atması inandırıcı təsir bağışlamır. O halda Rusiyanın Türkiyəyə yönəlik bu eyhamını necə dəyərləndirmək olar?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, YPG və PKK terror təşkilatı Suriyanın şimalındakı təhlükəsiz bölgələrə hücumlarında baza olaraq istifadə etdiyi Tel Rıfat və Membiç rayonlarını bölgə xalqına təzyiq edərək 6 ildir işğal edib:

“Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Barış Pınarı” və “Bahar Qalxanı” əməliyyatları terror təşkilatı və tərəfdarlarının Suriyanın şimalında qurmağa çalışdığı “terror dəhlizi”nə sədd qoyub.

Hələbin Tel Rıfat rayonu 2016-cı ilin fevralında Rusiyanın hava dəstəyi ilə YPG və PKK terrorçularının əlinə keçib. Rayonun əhali strukturunu dəyişdirən YPG və PKK bu yolla Tel Rıfatı işğal edərkən təxminən 250 min mülki ərəbi köç etməyə məcbur edib. Tel Rıfatdan didərgin düşmüş insanlar Türkiyə sərhədinə yaxın ərazilərə sığınıblar.

Terror təşkilatı 2016-cı ilin əvvəlində Rusiyanın hava dəstəyi ilə o dövrdə işğal etdiyi Afrindən hücumlar həyata keçirərək Tel Rıfatı işğal edib. Rayonun işğalında Rusiyanın dəstəyini alan təşkilat ABŞ qüvvələrinin dəstəyi ilə Membiçi işğal edib.

2019-cu ildə Suriyanın şimalında başladılan "Barış Pınarı" əməliyyatı zamanı Türkiyə ABŞ və Rusiya ilə ayrı-ayrı razılaşmalar əldə edib.

YPG və PKK-ya bu razılaşmalara uyğun olaraq Türkiyə sərhədinin 30 kilometr dərinliyindəki ərazidən çəkiləcəyini vəd edən ABŞ və Rusiya 2,5 ildən sonra belə vədlərini yerinə yetirməyib.

Rusiya, həmçinin, 2019-cu ilin oktyabrında "Barış Pınarı" əməliyyatı zamanı Türkiyə ilə əldə etdiyi razılaşma ilə terror təşkilatını bütün elementləri ilə Tel Rıfat və Membiçdən çıxarmağı öhdəsinə götürüb.

Moskva Suriyada verdiyi bu vədlərin heç birini yerinə yetirməyib.

Hazırda terror təşkilatı YPG və PKK, sözügedən razılaşmalara baxmayaraq, müəyyən edilmiş sərhədlərdən və bölgələrdən çəkilməyərək işğalını davam etdirir.

Bu baxımdan da, Rusiyanın bu eyhamı nəyisə dəyişən deyil. Çünki Ankara əməliyyatı başlamaq üçün olduqca uğurlu zaman seçib. Rusiyanın əsas diqqətinin Ukraynaya yönəldiyi bir zamanda Türkiyə öz sərhədlərinin təhlükəsizliyini heç bir maneə olmadan təmin edə biləcək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ