Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan-Türkiyə tandeminə dünyanın dəstəyi, Makronun məktubu Ermənistanı özündən çıxardı

Image


HAVELSAN şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Araşdırma Mərkəzi Komandanlığı ilə birlikdə hazırladıqları “Advent” Döyüş İdarəetmə Sistemini (SYS) Azərbaycanın yeni inşa edilən dəniz patrul gəmilərində istifadə etməyi hədəf seçib. Bu barədə Türkiyənin HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar bildirib.

Qeyd edək ki, müvafiq sistemləri HAVELSAN şirkəti “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində nümayiş etdirib. Mehmet Akif Nacar bu xüsusda qeyd edib: “Danışıqları yekunlaşdırdıq, Türkiyədə istifadə olunan sistemləri nümayiş etdirdik. Mövcud gəmilərin modernləşdirilməsi üçün danışıqlar aparırıq. “Advent” ilə Azərbaycanın Hərbi Dəniz Qüvvələri müasir və üstün döyüş idarəetmə sisteminə sahib olacaq”. Nacar bu il Azərbaycan üçün ixrac və biznesin inkişafı fəaliyyətlərinin daha da intensivləşəcəyini bildirib: "İllərdir Türkiyə Silahlı Qüvvələrinə təqdim etdiyimiz yüksək texnologiyalı məhsul və həllərimizi dost və qardaş ölkə Azərbaycanın müvafiq qurumlarının xidmətinə təqdim etmək istəyirik”. Mehmet Akif Nacar vurğulayıb ki, təhlükəsizlik sistemləri həlləri çərçivəsində HAVELSAN tərəfindən hazırlanan barmaq izi tanıma sistemi ilə Türkiyə dünyada öz imkanları ilə biometrik məlumat sistemini inkişaf etdirən 7-ci ölkə olub. Mehmet Akif Nacarın bu açıqlamaları Ermənistanda da xüsusi diqqətlə izlənilib və izlənilməkdədir. Erməni mediası yazır ki, Türkiyə ilə əməkdaşlıq şəraitində Azərbaycan ordusunu daha da gücləndirir. Bu vəziyyətdə Ermənistanın Azərbaycanın bütün şərtlərini yerinə yetirməkdən başqa çıxış yolu da qalmır. Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, dünya dövlətləri də İrəvanın gözlədiyi kimi Azərbaycan-Türkiyə tandeminə qarşı çıxmır: “Bakı və Ankaraya heç bir təzyiq yoxdur. Türkiyə ümumiyyətlə istədiyini edir. O, NATO-nu açıq şəkildə şantaj edir, tələblərinin yerinə yetirilməsini tələb edir, istədiklərini almadığı halda Finlandiya və Danimarkanın Alyansa qoşulmasına razılıq verməyəcəyini bildirir. Bu hal Rusiyada alqışlanır. Baş “qoşulmayan” dövlət statusunu çoxdan nümayiş etdirən Azərbaycan da izləyir. Putin artıq  dəfələrlə Əliyevi tərifləyib. Amma problem ondadır ki, Əliyev həm Bayden, həm də Makron tərəfindən təriflənir. Bəli, Fransanın yenidən seçilmiş prezidenti Azərbaycan liderini müstəqillik günü münasibətilə təbrik etmək qərarına gəlib. İki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirib”.

Xatırladaq ki, bu günlərdə Fransa prezidenti Emmanuel Makron Azərbaycanın Müstəqillik Günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib. Makron məktubunda Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində möhkəm ikitərəfli əlaqələr, siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlığa nail olunduğunu vurğulayıb, ölkələrimizi birləşdirən əlaqələri daha da dərinləşdirmək arzusunu ifadə edib. Fransa prezidenti ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlara və münasibətlərin normallaşmasına dair sarsılmaz sadiqliyini bir daha təsdiqləyib: “Əmin ola bilərsiniz ki, Azərbaycanla Ermənistan arasında istər xarici işlər nazirləri səviyyəsində birbaşa təmasların qurulması, istərsə də sərhəd məsələsi üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində son aylarda yaranmış və nəticələrini gördüyümüz müsbət dinamikanı dəstəkləyirəm. Etimad mühitinin yaradılması regionda sülhün qurulması üçün vacibdir”. Emmanuel Makron hücuma məruz qalan Ukraynaya və onun əziyyət çəkən xalqına Azərbaycanın humanitar sahədə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Məktubda, həmçinin deyilir: “Müharibənin qitəmizdə təhlükəsizliyi və sabitliyi ciddi şəkildə sarsıtdığı bir vaxtda arzu edirəm ki, bu gün xüsusi əhəmiyyət daşıyan siyasi dialoqumuzu daha da gücləndirək”. Belə yanaşma Ermənistanda ciddi narazılığa səbəb olub. Bununla bağlı “armenianreport” portalı yazır ki, Fransa, digər Qərb ölkələri Azərbaycanla münasibətləri dərinləşdirir və bu da Bakının diplomatik gedişlərinin nəticəsidir: “Azərbaycan Rusiya ilə Ukrayna arasında müharibənin gedişindən mümkün qədər məharətlə faydalanır. Makron bunu açıq şəkildə qeyd edə bilərdi. Amma etmədi. O bildirib ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müsbət dinamikanı qoruyur. O, həmçinin, regionda sülhün bərqərar olması üçün etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb. Və sonra bütün bunlara Fransanın necə reaksiya verəcəyinizi bilmirsiniz. Reallıqda Ermənistanın belə dostları varsa, bizə düşmən də lazım deyil. Makron elə edir ki, sanki Qarabağın gələcəyi ilə bağlı məsələnin məqsədyönlü şəkildə gündəmdən silinməsi ilə bağlı gedən prosesin mahiyyətini başa düşmür. Digər tərəfdən, onun dostu Şarl Mişel də ermənilərin əleyhinə qərarlar verir. Azərbaycana sevinc bəxş edən də budur. Makron bütün bunları başa düşür və “özünü başa düşməyən kimi göstərir”. Makron Bakı ilə Ankara arasında dərinləşən hərbi əməkdaşlığı “görmür”. O, erməni əsgərinin öldürülməsini və rəsmi Bakının istətyinə çatmaqda israrlı olduğunu açıq şəkildə bəyan etməsini “görmür”. O, bu Makrondur”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ