Diplomatik korpus nümayəndələri Murovdağ tunelinin tikintisi işləri ilə tanış olublar. Trend xəbər verir ki, qonaqlara tunelin bərpa prosesi, eləcə də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi barədə məlumat verilib.
Qeyd olunub ki, tikintisinin 2024-2025-ci illərdə başa çatdırılması planlaşdırılır, tikintidən sonra bu yolda hərəkət bir saatdan az vaxt aparacaq.
Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.