Bakıda TEKNOFEST Aerokosmik və Texnologiya Festivalının bağlanış mərasimi keçirilib.
Trend xəbər verir ki, festivalın bağlanış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar, eləcə də Azərbaycanın və Türkiyənin bir sıra digər nazirləri iştirak ediblər.
R.Nəbiyev vurğulayıb ki, bu dörd gün ərzində Azərbaycan gəncləri festivaldan çox şey öyrəniblər.
Öz növbəsində S.Bayraktar növbəti" TEKNOFEST"in Bakıda və ölkənin digər şəhərlərində yenidən keçirilə biləcəyini bildirib.
R.Nəbiyev və S.Bayraktar tədbirdən məmnun olduqlarını bildiriblər, həmçinin "TEKNOFEST"in Azərbaycanda keçirilməsinə imkan yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.
Qeyd edək ki, dörd gün ərzində, mayın 26-29-da festivalda Türkiyə və Azərbaycan şirkətlərinin beynəlxalq sərgiləri, əyləncə proqramları, aviaşoular və bir sıra digər tədbirlər təşkil olunub.