Cümə günü, 13 noyabr 2026
     

Romada Müstəqillik Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub - FOTO

Image


Azərbaycanın İtaliyadakı Səfirliyi Müstəqillik Günü və Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Romanın The Westin Excelsior mehmanxanasında rəsmi qəbul təşkil edib. Qəbulda İtaliya tərəfdən əsas qonaq qismində İtaliya Respublikasının dövlət iyerarxiyasında ən yüksək ikinci vəzifə olan Senatın Sədri Maria Elisabetta Kasellati iştirak edib. Tədbirdə, habelə İtaliya Respublikası Deputatlar Palatasının Sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri Ettore Rosato, Bərabər İmkanlar və Ailə Məsələləri üzrə Nazir Elena Bonetti də iştirak ediblər. Qəbula İtaliya Parlamentinin çoxsaylı senator və deputatları, komissiya sədrləri, Avropa Parlamentinin İtaliyadan olan üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, Romada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, işgüzar, mədəniyyət, akademik çevrələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri qatılıblar.

İki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edib. Diplomat Müstəqillik Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb, 104 il öncə 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd edib. Diplomat dövlət müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın üzləşdiyi çətin problemlərdən danışıb, müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət institutlarının əsasının qoyulduğunu, dövlətçiliyin və müstəqilliyin möhkəmləndiyini, Prezident İlham Əliyevin strateji xəttinin Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdiyini və ölkəmizi regionun lider dövlətinə çevirdiyini bildirib. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və bölgədə davamlı sülhün bərqərar olması üçün perspektivlərin açıldığını deyib.

M.Əhmədzadə çıxışında Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyənin əldə edildiyi və bu xüsusda, son illərdə İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfərlərinin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliyaya, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana rəsmi səfərlərinin əhəmiyyətindən bəhs edib. “Bu gün münasibətlərimizdə çoxölçülü strateji tərəfdaşlıq kimi yüksək səviyyəyə nail olmuşuq. İnstitusional səviyyədə mükəmməl əlaqələr, iqtisadi səviyyədə güclü əməkdaşlıq, mədəniyyət və akademik sahələrdə əla təmaslar var. 30 il ərzində münasibətlərimizdə qurduğumuz möhkəm əsaslar tərəfdaşlığımızın möhtəşəm gələcəyindən xəbər verir”, deyə diplomat bildirib, habelə əlavə edib ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, ölkələrimizi fiziki olaraq birləşdirir və mükəmməl tərəfdaşlığımızın göstəricisidir. Diplomat iki ölkə arasında möhkəm dostluğun bariz nümunəsi olaraq Vətən müharibəsindən dərhal sonra ölkəmizə və işğaldan azad olunmuş ərazilərimizə Qərb ölkələrindən ilk hökumət və parlament nümayəndə heyətlərinin məhz İtaliyadan gəldiyini xatırladıb.

Sonra İtaliya tərəfdən Deputatlar Palatasının Sədr müavini Ettore Rosato çıxış edib. O bildirib ki, bu gün Roma ilə Bakı arasında imtiyazlı münasibətlər var və İtaliya-Azərbaycan tərəfdaşlığı bütün sahələrdə inkişaf üçün davamlı imkanlar yaradır. Sədr müavini Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əlaqələrdən bəhs edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasından danışıb, bu təşəbbüsü iki ölkə arasında gələcək əməkdaşlığın əsas sütunlarından biri kimi xarakterizə edib. Ərazi bütövlüyünə təhdidin nə demək olduğunu Azərbaycanın yaxşı bildiyini vurğulayan Deputatlar Palatasının Sədr müavini, bu xüsusda 2020-ci ilin dekabrında müharibədən dərhal sonra özünün rəhbərliyi ilə Qərb ölkələrindən ilk olaraq İtaliya parlament heyətinin ölkəmizin azad edilmiş ərazilərinə etdiyi səfərin təəssüratları ilə bölüşüb, bölgədə sülhün bərqərar olması istiqamətində ölkəmizin səylərindən danışıb. “Azərbaycan bölgədə sülhün təmin olunmasında liderliyə malikdir və İtaliyanın strateji müttəfiqidir”, deyə Ettore Rosato bildirib.

Tədbir azərbaycanlı bəstəkar-pianoçu Kəmalə Əlizadə və italyan bəstəkar-gitaraçı Stefano Muskaritolonun ifasında “Dostluq notları” adlı konsert proqramı ilə davam edib. Konsert proqramına Azərbaycan və İtaliyanın tanınmış bəstəkarlarının, eləcə də musiqiçilərin özlərinin bəstələdiyi mahnılar daxil edilib. Musiqiçilərin “Sarı gəlin”, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq”, “Cənnətim Qarabağ” kimi mahnıları etno-caz üslubunda ifa etməsi auditoriyanın xüsusi alqışlarına səbəb olub.

Sonda möhtəşəm ifalarına görə musiqiçilərə təşəkkür edən səfir Məmməd Əhmədzadə Kəmalə Əlizadə və Stefano Muskaritolonun yaradıcılıqla yanaşı, ailə həyatını da bölüşdüyünü və bu azərbaycanlı-italyan ailəsinin iki ölkənin xalqları arasında möhkəm dostluğu təcəssüm etdirdiyini deyib və bugünkü tədbirə məhz onların dəvət edilməsinin də xüsusi rəmzi məna daşıdığını bildirib. Diplomat əlavə edib ki, konsert proqramına Qarabağ və Şuşa ilə bağlı mahnıların daxil edilməsi də xüsusi əhəmiyyət daşıyır, çünki Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbaycanda Şuşa ili elan olunub. Konsertdə sonuncu mahnının “Cənnətim Qarabağ” olduğunu deyən diplomat, Prezident İlham Əliyevin dediyi kimi, Qarabağı cənnətə və dünyanın ən gözəl bölgələrindən birinə çevirəcəyimizi, bu gün azad olunmuş ərazilərimizdə böyük bərpa və yenidənqurma işlərinin getdiyini və həmin işlərə italyan şirkətlərinin fəal cəlb olunduğunu vurğulayıb.

Tədbir rəsmi ziyafətlə davam edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ