Cümə günü, 13 noyabr 2026
     

Aclıq təhlükəsi Qərbi Rusiya qarşısında geri çəkilməyə vadar edir

Image


Aparılan hesablamalar göstərir ki, Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyada anbarlarda cəmi 10 həftəlik buğda qalıb. BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker də qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu problemi daha dərinləşdirib: “Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmadı, sadəcə olaraq, uzun müddətdir yanan alovun üzərinə yanacaq əlavə etdi. Sabah müharibə başa çatsa belə, razılaşdırılmış tədbirlər olmadan bizim ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq”.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadan buğda ixracına mane olmaqda ittiham etsə də, Rusiya bunu qəti şəkildə rədd edib. Blinken iddia edir ki, Moskva buğdanı müharibədə silah kimi istifadə edir. Kremlin mətbuat katibi Dmitri Peskov isə qeyd edir ki, Qərb özü Ukraynadan buğda daşınmasına maneə olan qanunsuz qərarları ləğv etməlidir. Onun sözlərinə görə, Rusiya Ukraynadan buğda daşınmasına maneə törətməsi ilə bağlı ittihamları qəbul etmir: “Rusiya Federasiyası Ukraynadan buğda daşınmasına maneçiliklə bağlı ünvanına səslənən ittihamları qətiyyən qəbul etmir. Qərbin qərarları blokadaya gətirib çıxarıb. Qərb Ukraynadan buğda daşınmasına əngəl olan qanunsuz qərarları ləğv etməlidir”. Qanunsuz qərarlar deyilərkən Kreml Rusiyaya qarşı sanksiyaları nəzərdə tutur. Görünən budur ki, sözügedən məsələdə Rusiya istəyinə çatmaq üzrədir. İtaliya baş naziri Mario Draqinin açıqlamaları da bunu təsdiq edir. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna limanlarını blokadadan çıxarmağı müzakirə etməyə hazırdır: “Putin mənə dedi ki, limanlar ukraynalıların minalaması səbəbindən bağlıdır. Təbii ki, bu, rus gəmilərinin Ukraynaya hücumunun qarşısını almaq üçün edilib. Bir tərəflə limanların minalardan təmizlənməsi, digər tərəflə isə həmin zaman hücum etməməsi üçün danışıqlar aparmaq vacibdir”. Baş nazir bildirib ki, Ukraynanın buna hazır olub-olmadığını bilmək üçün Zelenski ilə danışmaq istəyir. Draqi Ukrayna limanlarında milyonlarla sentner taxılın tədarük üçün gözlədiyini bildirib: “Amma Putin mənə dedi ki, bu, ərzaq böhranını həll etməyə kifayət deyil”. Qeyd edək ki, Putin bundan öncə Rusiyaya qarşı siyasi sanksiyalar götürüləcəyi halda Ukrayna limanlarının blokadasını qaldıra biləcəyini açıqlayıb. Dünyada isə qidalıq buğda böhranı getdikcə dərinləşməkdədir. Əsas buğda ixracatçılarından biri olan Ukraynada müharibə gedir, ölkənin milyon tonlarla məhsulu minalanma səbəbindən limanlardan ayrıla bilmir, Rusiya qidalıq buğdanın ixracına qadağa qoyub, Çin və Hindistan da buğda ixracını məhdudlaşdırıb. Rusiya bu vəziyyətdən maksimum istifadə etməyə və ixrac qadağasını ləğv etdirməyə çalışır. Qərb artıq bununla barışmaq məcburiyyətində qalıb.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer bu durumda Ukraynadakı vəziyyətlə bağlı dünyanın müxtəlif regionlarında kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq edib: "Dünyanın bir çox bölgələri, xüsusilə Şərqi və Cənubi Afrika qarşıdakı aylarda aclıq və ölüm təhlükəsi ilə üzləşir". Eyni zamanda o, Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrinin torpaqların quruduğu və münbitləşdiyi bölgələrə mənfi təsir etdiyini iddia edib. Almaniya prezidenti əlavə edib ki, milyonlarla ton taxılın Ukrayna limanlarında blokadada olması səbəbindən bu məhsulun dünya qiymətləri kəskin artıb. Böyük Britaniya isə Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq bildirir ki, müharibə başlayandan bəri Odessaya və ya Odessadan ticari gəmilərin əhəmiyyətli fəaliyyəti olmayıb: “Rusiyanın əsas Qara dəniz limanlarının sonradan dəniz blokadası alması ticari gəmiçilik sənayesini ərazidə fəaliyyət göstərməkdən çəkindirib. Ukraynanın qurudan ixrac mexanizmlərinin Rusiyanın blokadası nəticəsində yaranan gəmiçilik qabiliyyəti çatışmazlığını əvəz etmək ehtimalı çox azdır. Sonucda Ukrayna taxıl ehtiyatlarının önəmli hissəsi ixrac oluna bilmir və saxlancda qalır. Qarşıdurma artıq qlobal taxıl qiymətlərinə dolayı təzyiq göstərib. Rusiyanın dəniz blokadası təhlükəsi kommersiya gəmilərinin Ukrayna limanlarına girişini əngəlləməkdə davam etsə də, sonucda tədarük çatışmazlığı bir çox əsas məhsulların qiymətini daha da artıracaq”. MT-nin mayın 1-nə olan məlumatına görə, hazırda Ukrayna limanlarında ixrac üçün nəzərdə tutulmuş 4,5 milyon ton taxıl qalıb. Daha çox taxıl ehtiyatının Odessa limanında qaldığı bildirilir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen isə vurğulayır ki, Ümumdünya İqtisadi Forumu dünyanı təhlükə altına alan Rusiyanın Ukraynada apardığı müharibənin fəsadlarını nəzərdən keçirməlidir: “Məhz bu səbəbdən Rusiya işğalına qarşı mübarizə dünya ictimaiyyətinin qarşısında duran vəzifədir. Müxtəlif enerji mənbələrinə ehtiyac duyduğumuz kimi, taxıl, litium və metal silisium kimi vacib materialların bir neçə istehsalçısından son dərəcə asılı vəziyyətdəyik”. Məhz bunlar fonunda dünyanı aclıqdan xilas etmək üçün Qərbin Rusiyaya qarşı sanksiyaları yumşaltması gözlənilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ