Cümə günü, 13 noyabr 2026
     

Ukrayna savaşı nüvə müharibəsinə çevrilir...

Image


"Ukraynada bir vaxtlar ağlasığmaz olan nüvə müharibəsi təhlükəsi yenidən mövcuddur". Bunu BMT baş katibinin müavini Rameş Racasinqam bildirib.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynada baş verənlər səbəbindən nüvə müharibəsi təhlükəsini tamamilə istisna etmək olmaz. NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussen də Rusiyadan gələn nüvə təhlükəsindən danışıb. O bildirib ki, Rusiyanın nüvə silahı atacağı ilə bağlı xəbər yeni deyil: “Bu, Ukraynaya silah tədarükünü azaltmaq üçün NATO müttəfiqlərini qorxutmaq cəhdidir. İstər taktiki nüvə, istər bioloji silahlardan istifadə zamanı Putin bilir ki, qəti cavab alacaq”. O bildirib ki, Moskvadan gələn bu təhdidlərə imkan vermək olmaz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə qeyd edir ki, nüvə müharibəsi təhlükəsi realdır və onun yolverilməzliyi Rusiyanın prinsipial mövqeyidir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də Sarovdakı nüvə mərkəzinə səfərindən sonra məsələyə münasibət bildirib: “Rusiya Üçüncü Dünya müharibəsinin başlamasına imkan verməyəcək. Ölkənin nüvə sipəri müasir, etibarlı, effektiv silahların arsenalıdır. Daim xatırlatmaq məcburiyyətindəyik ki, ölkəmizə hücum olarsa, dərhal cavab verilə bilər. Təəssüf ki, NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır. Ukraynanın silahla təmin edilməsi bu ehtimalı artırır. Beləliklə, bu da nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”. NATO isə yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir. Alyansın baş katibi Yens Stoltenberqin sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: “Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”. Stoltenberq, həmçinin, Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib: “Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz”. Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu isə bu mövqe ilə razılaşmır. Şoyqu vurğulayır ki, Ukraynanın nüvə silahı yaratması ilə bağlı real təhlükə olub:  “Ukraynanın nüvə silahı və onların çatdırılması vasitələri yaradacağına dair real təhlükə yaranmışdı”. O bildirib ki, NATO Ukraynanı Rusiyaya düşmən dövlətə çevirməklə onu Moskvaya təzyiq aləti edib: “Şimali Atlantika Alyansı bizim sərhədlərimizə yaxınlaşdı və döyüş potensialını dəfələrlə artırdı. Ukraynanın NATO-ya qoşulması, ərazisində koalisiya hərbi infrastrukturunun yerləşdirilməsi üçün səylər gücləndirildi və Rusiyaya təzyiq aləti kimi bizə düşmən olan dövlətə çevrildi”. Bu arada Finlandiya ilə də bağlı maraqlı proseslər baş verir. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova NATO-ya daxil olmaq istəyən Finlandiyaya cavabın “sürpriz” olacağını açıqlayıb. Bu fonda Rusiyanın artıq nüvə qüvvələrini Finlandiya sərhədinə köçürməyə başladığına dair məlumatlar var. “Nyu-York Post” nəşri yazır ki, Rusiya-Finlandiya sərhədindən 250 kilometr aralıda yerləşən Vıborq şəhərinə hərbi eşelon yola düşüb: “Bura təchizat maşınları, 7 “İsgəndər” raketi və digər texnikalar daxildir. Bu, yeni hərbi hissənin formalaşdırıldığı əsasını yaradır. “İsgəndər” raket kompleksi taktiki nüvə silahları üçün istifadə oluna bilər”. ABŞ Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti nəşrə bildirib ki, kəşfiyyat xidmətləri “İsgəndər” raketlərindən ehtiyatlanır və onları ciddi təhlükə olaraq görür. Bundan əvvəl isə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov açıq şəkildə bildirib ki, Finlandiya məhv ediləcək: “Finlandiya NATO-nun tərkibində Rusiya ilə silahlı qarşıdurmaya girməyə cəhd etsə, məhv olacaq. Finlandiya Rusiya ilə yaxşı münasibətlər saxlamağa çalışıb və indiyə qədər buna nail olub. İndi o, Şimali Atlantika Alyansına qoşulmaqla Moskvaya əlavə problemlər yaratmağa hazırlaşır”. Deputat həmçinin qeyd edib ki, Rusiya nüvə raketlərindən istifadə etməyə hazırdır: “Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək. ABŞ dövlətimizi təhdid edir: Buyurun, sizin üçün “Sarmat”  raketi.  Rusiyanın var olmamasını düşünürsünüzsə, sizin yerinizdə nüvə külü olacaq. Finlandiya isə ABŞ-la bir olduğunu deyir. Yaxşı, sıraya girin. Finlər ümumilikdə dövlət olduqları üçün Finlandiyanın bir ölkə kimi mövcudluğuna görə Rusiyaya minnətdar olmalıdırlar. Biz Finlandiyanı Sibirdən “Sarmat”la vura bilərik, hətta İngiltərəni də vura bilərik. Və Kalininqraddan hücum etsək... Hipersoniklərin hədəfə çatma sürəti 200 saniyədir! Davam edin, bəylər. Bizim strateji silahlarımız 20, hətta 10 saniyəyə Finlandiyaya çatacaq “Kinjal” sinifli silahlarımız olacaq”.

Qeyd edək ki, son vaxtlar Rusiya mətbuatında ölkənin inventarında olan nüvə silahları ilə bağlı daha çox məlumatlar diqqət mərkəzinə gətirilir. Hətta bu günlərdə Moskvanın nüvə hücumu xəritəsini canlı yayımlayan dövlət televziyası belə bir vəziyyətdə London, Paris və Berlinin 202 saniyəyə xəritədən silinəcəyini bildirib. Rusiyalı ekspertlər də vurğulayır ki, belə bir hücum baş verərsə, hədəfə alınan şəhərlərdə sağ qalan olmayacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ