Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) qərərgahında Azərbaycan Xalq Cüqmhuriyyətinin 104 illiyi münasibətilə dəyirmi masa keçirib.
Şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlanan tədbirdə AVCİYA-nın Prezidenti Elxan Süleymanovun təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra AVCİYA-nın I vitse prezidenti, t.e.d.,prof. Məhərrəm Zülfüqarlı Azərbaycan Xalq Cüqmhuriyyətinin fəaliyyəti ilə bağlı geniş məruzə edib.
Məruzəçi assosiasiyanın Azərbaycan Xalq Cüqmhuriyyətinin taleyüklü məslələri ilə bağlı bir sıra kitablar nəşr etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Belə kitablardan 2014-cü ildə Azərbaycan və İngilis dillərində nəşr olunmuş “ Məhəmməd Əmin Rəsulzadə”, AXC-nin qorunmasında müstəqsna əhəmiyyərəti olmuş Göyçay döyüşləri ilə bağlı 2017 və 2018-ci illlərdə nəşr olunmuş “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)” və Göyçay döyüşləri - Türkiyə tarixşünaslığında” kitablarının adları xüsusi qeyd olunub. Bundan əlavə Göyçay qəzasından Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları kimi tarixə düşmüş şəxsiyyətlər Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə (1865–1944), Mustafa Mahmudov (1878-1937), Rza bəy Həzrət bəy oğlu Ağabəyov, Hacı Hüseyn Əfəndiyevin (1887–1920) həyat və fəaliyyətləri haqqında da ətraflı məlumat verilib.
Məruzələrdən sonra tədbir iştirakçılarının çıxışları dinlənib və müxtəlif suallar cavablandırılıb.